Banerlər
Xəbərlər

 

TOFİQ QULİYEVİN ANADAN OLMASININ 100 İLLİYİ MÜNASİBƏTİLƏ POÇT MARKASI HAZIRLANIB

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC tərəfindən Azərbaycanın Xalq Artisti, bəstəkar, ictimai xadim Tofiq Quliyevə həsr olunan poçt markası hazırlanıb.

Nazirlikdən bildirilib ki, poçt markası Tofiq Quliyevin anadan olmasının 100 illiyi münasibətilə çap olunub. 40x28 millimetr ölçüsündə olan markanın tirajı 200 000 ədəd təşkil edir.

Marka “Belarusskiy dom peçati” mətbəəsində, Belarus Respublikasında yüksək keyfiyyətlə nəşr olunub.

Tofiq Quliyev 1917-ci il noyabrın 7-də Bakı şəhərində mühəndis-iqtisadçı Ələkbər Quliyevin ailəsində anadan olub. O, Azərbaycan caz və estrada musiqisinin banilərindən biri, bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin müəllifidir.

Tofiq Quliyev Azərbaycanın Əməkdar İncəsənət Xadimi, Xalq Artisti fəxri adına layiq görülüb. Eyni zamanda, ümummilli lider Heydər Əliyev tərəfindən “İstiqlal ordeni” ilə təltif olunub.

2000-ci il oktyabrın 4-də dünyasını dəyişən Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Bakı şəhərinin küçələrindən biri və 12 saylı musiqi məktəbi bəstəkarın adını daşıyır.

BAKI. 08.11.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7002
Avro
2.0070
Rusiya rublu
0.0285
Hava proqnozu
+17°
 / +11°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010