Banerlər
Xəbərlər

 

MACARISTANDA KEÇİRİLƏCƏK DİPLOMATİK YARMARKADA AZƏRBAYCANIN SƏFİRLİYİ DƏ TƏMSİL OLUNACAQ

Noyabrın 26-da Budapeştdə Diplomatik Yarmarka keçiriləcək.

Macarıstanda akkreditə olunmuş diplomatik missiyalar tərəfindən ildə bir dəfə təşkil edilən Diplomatik Yarmarkada hər ölkənin köşkü yaradılır, həmin ölkəyə aid milli yeməklərin, geyimlərin, suvenirlərin simvolik qiymətlərlə satışı həyata keçirilir və əldə edilən vəsait təşkilatçılar tərəfindən yardıma ehtiyacı olan insanlara xərclənir.

Tədbirdə konsert və uşaq guşəsi də təşkil ediləcək. Dövlət səviyyəsində keçirilən tədbir Macarıstanın Birinci xanımının himayəsi və iştirakı ilə reallaşacaq.

Hər il ənənəvi tədbirə qatılan Azərbaycanın Macarıstandakı səfirliyi bu il də yarmarkada iştirak edəcək.

BAKI. 08.11.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7002
Avro
2.0070
Rusiya rublu
0.0285
Hava proqnozu
+17°
 / +11°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010