Banerlər
Xəbərlər

 

GÜLƏŞ ÜZRƏ BAKI ÇEMPİONATINDA DİN-İN İDMAN CƏMİYYƏTİNİN KOMANDALARI YÜKSƏK NƏTİCƏLƏR GÖSTƏRİBLƏR

Hövsan Olimpiya İdman Kompleksində keçirilən sərbəst və yunan-Roma güləşi üzrə Bakı çempionatı başa çatıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildiriblər ki, paytaxtın bütün idman klub və cəmiyyətlərinin təmsil olunduğu yarışlarda nazirliyin İdman Cəmiyyətinin komandaları da yüksək nəticələr göstəriblər. DİN-in təmsilçiləri yarışa əvəzedici heyətlə qatılıb.

Sərbəst güləşçilərin yarışında DİN İdman Cəmiyyətinin üzvlərindən Vurğun Əliyev, Elçin Məmmədov və Cavid Sadıxov öz çəki dərəcələrində qalib olublar. Nurəddin Əliyev isə bürünc medal qazanıb. İdmançıları bu yarışa polis polkovnik-leytenantları İlyas Siracov, İlham Mustafayev, kapitan Elşad Allahverdiyev hazırlayıblar.

Yunan-Roma güləşi üzrə paytaxt pəhləvanlarının mübarizəsində isə Murad Allahverdiyev, Orxan Məmmədli gümüş medal qazanıblar. Orxan Qəhtiranov isə bürünc medala sahib olub. DİN İdman Cəmiyyətinin pəhləvanlarını bu yarışa polis polkovnik-leytenantları, Əməkdar məşqçilər Radik Hüseynov, Əli Əliyev və polis mayoru Vilayət Ağayev hazırlayıblar.

BAKI. 08.11.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7002
Avro
2.0070
Rusiya rublu
0.0285
Hava proqnozu
+17°
 / +11°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010