Banerlər
Xəbərlər

 

PARİSDƏ AZƏRBAYCANLI MODELYERİN KOLLEKSİYASI NÜMAYİŞ ETDİRİLİB

Azərbaycanın Fransadakı səfirliyi və Azərbaycanın Dostları Assosiasiyasının (ADA) dəstəyi ilə Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Avstraliyada yaşayan azərbaycanlı modelyer Həcər Qalanın (Mme Challie brendi) kolleksiyası nümayiş etdirilib.

Azərbaycanın Dostları Assosiasiyasından bildiriblər ki, Paris moda həftəsi çərçivəsində "Fashion Glam Couture"-ün sədri Miryam Lariyerin (Myriam Larriere) təşkilatçılığı ilə keçirilən moda nümayişində assosiasiyanın prezidenti Jan-Fransua Mansel, Azərbaycanın Fransadakı səfirliyinin konsulu Zaur Fərhadov, Paris Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva, bu ölkənin tanınmış aktyorları, incəsənət xadimləri, modelyerlər iştirak ediblər.

Həcər Qala 25 ildən artıqdır ki, Avstraliyada bu sǝnǝtlǝ mǝşǧul olur. Vətəndǝn uzaqda yaşamasına baxmayaraq, o, əl işlərini Azərbaycanın geyimlərinin zəngin çalarlarından, mədəni irsindən ilhamlanaraq yaradır. Azǝrbaycan milli geyimlərinin səciyyəvi elementlərindən, dekorativ tikmə növlərindǝn istifadǝ edǝn modelyer rǝngarǝng kolleksiyası ilǝ ölkəmizi dünyada təmsil edir.

Azərbaycan klassik musiqisinin sədaları altında keçirilǝn moda nümayişi tamaşaçıların rǝǧbǝtinǝ vǝ böyük marağına səbəb olub.

BAKI. 06.10.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7001
Avro
2.0063
Rusiya rublu
0.0296
Hava proqnozu
+20°
 / +12°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010