Banerlər
Xəbərlər

 

AZƏRBAYCAN SERGEY YESENİNİN EV-MUZEYİNƏ EKSPONATLAR HƏDİYYƏ EDƏCƏK

Azərbaycan Sergey Yeseninin Ryazandakı ev-muzeyinə eksponatlar hədiyyə edəcək.

Bu barədə jurnalistlərə muzeyin direktoru Boris İoqanson məlumat verib.

B.İoqanson deyib ki, Azərbaycan məşhur rus şairi Sergey Yeseninin Ryazan vilayətinin Konstantinovo kəndindəki ev-muzeyinə XX əsrin əvvəllərinə aid yüzlərlə eksponat, o cümlədən xalçalar, kitablar, geyim elementləri hədiyyə edəcək. Bu əşyalar S.Yeseninin həyatının Qafqaz dövrünə həsr edilmiş ekspozisiyaya əlavə olunacaq.

Böyük rus şairi 1895-ci ildə Ryazanda anadan olub. 1924-1925-ci illərdə Azərbaycana səfər edib. Şairin doğulduğu kənddə ev-muzeyi 1965-ci ildə yaradılıb.

BAKI. 05.10.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7001
Avro
2.0032
Rusiya rublu
0.0289
Hava proqnozu
+12°
 / +7°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010