Banerlər
Xəbərlər

 

NİZAMİ GƏNCƏVİ BEYNƏLXALQ MƏRKƏZİNİN HƏMSƏDRLƏRİ LATVİYA UNİVERSİTETİNDƏ MÜHAZİRƏ OXUYUBLAR

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - Latviyanın sabiq Prezidenti Vayra-Vike Freyberqa və İsgəndəriyyə Kitabxanasının sabiq direktoru İsmail Serageldin Latviya Universitetində keçirilən “Prezident mühazirələri” layihəsi çərçivəsində xüsusi mühazirə ilə çıxış ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Latviya Prezidenti Raymonds Veyonisin təşəbbüsü və iştirakı ilə keçirilən mühazirələrə bir çox sabiq ölkə başçıları, ictimai-siyasi xadimlər də qatılıblar.

Qeyd edək ki, layihə çərçivəsində Latviya Universitetində Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab, ABŞ-ın sabiq Prezidenti Barak Obamanın Maliyyə Resursları üzrə Məsləhət Şurasının vitse-prezidenti Con Hop Bryant, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç mühazirələrlə çıxış ediblər.

Mühazirələrdən sonra Latviya Prezidenti Raymonds Veyonis mühazirəçiləri qəbul edib. Qəbulda qlobal, iqtisadi, siyasi və sosial məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

BAKI. 03.10.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7001
Avro
2.0063
Rusiya rublu
0.0296
Hava proqnozu
+20°
 / +12°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010