Banerlər
Xəbərlər

 

“RETRO BAKI” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ KONSERT OLUB

Sentyabrın 8-də Fəvvarələr meydanında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsinin növbəti konserti təqdim olunub.

Budəfəki “Retro Bakı”nın qonaqları - tanınmış müğənnilər İlqar Sail, Samir Rəcəbov və Elxan Çələbi, reper Anar Nağılbaz maraqlı repertuarla tamaşaçıların görüşünə gəliblər.

Qeyd edək ki, layihə əhalinin və turistlərin asudə vaxtının xoş keçməsi, Azərbaycan musiqi incilərinin, korifey bəstəkarların əsərlərinin səsləndirilməsi məqsədini daşıyır.

Konsertdə, həmçinin “Köhnə Bakı” rəqs qrupunun çıxışı xoş əhvali-ruhiyyə yaradıb, qonaqlar da paytaxt sakinlərinə qoşularaq şən musiqi sədaları altında rəqs ediblər.

Konsertlər hər həftə cümə və şənbə günləri sentyabrın 15-dək davam edəcək.

BAKI. 09.09.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7009
Avro
2.0209
Rusiya rublu
0.0292
Hava proqnozu
+34°
 / +21°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010