Banerlər
Xəbərlər

 

“YUĞ”UN KOLLEKTİVİ YENİ TAMAŞALAR TƏQDİM EDƏCƏK

Azərbaycan Dövlət “Yuğ” Teatrı yeni mövsümdə yeni tamaşalarla çıxış edəcək. Sənət ocağı cari mövsümdə Təranə Vahidin “Quş dili” və Qan Turalının “Polkovnikin üç günü” əsərləri əsasında hazırlanan tamaşalarla teatrsevərlərin görüşünə gələcək.

Bu sözləri teatrın mətbuat xidmətinin rəhbəri Könül Cəfərova deyib. Bundan başqa, sənət ocağının yaradıcı kollektivi H.İbsenin “Vahimə ” əsərləri əsasında hazırlanan tamaşanı da teatrsevərlər üçün təqdim etməyi planlaşdırır. Qeyd edilən tamaşaların premyeraları oktyabr ayına nəzərdə tutulub.

Səhnə əsərləri A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində təqdim olunacaq.

BAKI. 08.09.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7002
Avro
2.0070
Rusiya rublu
0.0285
Hava proqnozu
+17°
 / +11°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010