Banerlər
Xəbərlər

 

“NEFT DAŞLARI”NDA YENİ QUYU QAZILIR

“Neft Daşları” yatağında 1637A nömrəli estakadayanı meydançadan 2648 nömrəli quyuda qazma işləri uğurla davam etdirilir.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki altı lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 1770 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft və 1000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.

BAKI. 07.08.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7008
Avro
1.9972
Rusiya rublu
0.0284
Hava proqnozu
+31°
 / +23°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010