Banerlər
Xəbərlər

 

SƏUDİYYƏLİ NAZİR MƏŞHUR HEDCİNQ FONDLARI İLƏ QLOBAL NEFT BAZARINDAKI VƏZİYYƏTİ MÜZAKİRƏ EDİB

Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih iyulda dünyanın ən əsas hedcinq fondları ilə görüşlər keçirib.

Nazir ötən ay məşhur hedcinq fondlarından bəziləri ilə görüşərək bazarın vəziyyətinə dair investorların fikirləri barədə maraqlanıb. Görüşlərdə dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı investorların qlobal neft bazarındakı rolunu yenidən nəzərdən keçirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı daha əvvəllər hedcinq fondlarını Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) bazarda sabitliyin təmin olunmasına dair səylərinə mənfi təsir edən qurumlar kimi qiymətləndirərək pisləmişdi.

BAKI. 07.08.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7001
Avro
1.9983
Rusiya rublu
0.0287
Hava proqnozu
+12°
 / +7°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010