Banerlər
Xəbərlər

 

BAKIDA “ALMANİYA BİR RƏSSAMIN GÖZÜ İLƏ” ADLI RƏSM MÜSABİQƏSİ ELAN EDİLİB

Almaniyanın ölkəmizdəki səfirliyinin dəstəyi, “Qız Qalası” İncəsənət Qalereyası və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə Bakıda “Almaniya bir rəssamın gözü ilə” adlı rəsm müsabiqəsi elan edilib.

Əməkdar İncəsənət Xadimi Rafiq Kərimov məlumat verib. Onun sözlərinə görə, müsabiqədə rəssamlığa marağı olan hər kəs iştirak edə bilər. Lakin artıq mükafatlandırılan fırça ustaları sözügedən müsabiqəyə qatıla bilməzlər.

“Əsərlər yalnız kətan üzərində yağlı boya ilə, eni 60-80 sm, uzunluğu isə 60-100 sm olmaqla işlənməlidir. Müsabiqədə rənglərə və süjet seçiminə məhdudiyyət qoyulmur. Əsərlərin son qeydiyyat tarixi sentyabrın 15-də başa çatır. İştirakçılar sənət əsərlərini Almaniyanın Bakıdakı səfirliyinə (Nizami küçəsi 69, “İSR” Plaza, 10-cu mərtəbə) və Rəssamlıq Akademiyasının beynəlxalq əlaqələr şöbəsinə təhvil verməlidirlər”, - deyə R.Kərimov vurğulayıb.

Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, “Qala Həyat” sığorta şirkəti və “Berlin-Bakı” Rəsm Qalereyası da müsabiqəyə dəstək verən təşkilatçılar sırasındadır.

BAKI. 31.07.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7001
Avro
1.9983
Rusiya rublu
0.0287
Hava proqnozu
+12°
 / +7°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010