Banerlər
Xəbərlər

 

BAKIDA “DƏNİZ KUBOKU - 2017” BEYNƏLXALQ YARIŞLARININ TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ KEÇİRİLƏCƏK

“Beynəlxalq Ordu Oyunları – 2017” çərçivəsində ölkəmizdə keçiriləcək “Dəniz kuboku - 2017” beynəlxalq yarışlarının təntənəli açılış mərasimi avqustun 1-də saat 18:30-da Bakı Dənizkənarı Bulvarında (Saat qülləsinin qarşısında) başlanacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, açılış mərasiminə ictimaiyyət nümayəndələri, şəhər sakinləri, hərbçilər və xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş nümayəndələri qatılacaqlar.

Yarışlarda Azərbaycan, Rusiya, İran və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin gəmi heyətləri, eləcə də müşahidəçi qismində Türkiyə, Səudiyyə Ərəbistanı və Bəhreyn Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

BAKI. 31.07.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7001
Avro
1.9983
Rusiya rublu
0.0287
Hava proqnozu
+12°
 / +7°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010