Banerlər
Xəbərlər

 

GÜNƏŞLİ BAKI “JARA” HƏYƏCANI İLƏ YAŞAYIR

Azərbaycan paytaxtı möhtəşəm beynəlxalq musiqi festivalına yüksək səviyyədə hazırlaşıb

Sabah Bakıda musiqi həvəskarlarının böyük səbirsizliklə və həyəcanla gözlədikləri “Jara” Beynəlxalq Festivalı start götürəcək. Dörd gün davam edəcək bu musiqi bayramı paytaxtımızın sakinlərinə və çoxsaylı qonaqlarına unudulmaz və sevinc dolu anlar yaşadacaq.

Qriqori Leps, Alla Puqaçova, Dima Bilan, Valeriya, LOBODA, Kristina Orbakayte, Filip Kirkorov, Sofiya Rotaru, Ani Lorak, Emin, Lolita, Vera Brejneva, Oleq Qazmanov və digər meqaulduzların eyni səhnəni bölüşəcəyi “Jara” həm iştirakçı və tamaşaçı kontingentinə, həm də müddətinə görə keçənilkindən fərqlənir. Bu və digər fərqlər festivalın başlanması ərəfəsində “Sea Breeze” istirahət mərkəzinə qədəm qoyarkən dərhal nəzərə çarpır. Jurnalistlər üçün yaradılmış şəraitdən tutmuş səhnəyə qədər hər şey incə zövq və dəqiqliklə hazırlanıb. Səhnə dekorasiyası, tamaşaçı yerləri, servis hazırlığı yüksək səviyyəsi ilə diqqəti ilk baxışda cəlb edir. “Sea Breeze” səhnəsində isə festivalqabağı son məşqlər gedir...

Hərarətli musiqi və Bakımızın gözəlliyi, Xəzər sahilinin əsrarəngiz mənzərəsi bir məkanda birləşərək, həm festival iştirakçılarına, həm də tamaşaçılara dörd gün ərzində yaddaqalan anlar yaşadacaq. “Jara” bu isti iyul günlərində paytaxtımızın mədəni həyatına özünəməxsus hərarət gətirəcək.

Bu möhtəşəmlik və yüksək hazırlıq səviyyəsi göstərir ki, Bakıda ikinci dəfədir təşkil olunan “Jara” dünyanın ən məşhur musiqi festivalları ilə rəqabətə girə bilər.

Beləliklə, tamaşaçılar gözəl ifalardan, perfomanslardan zövq alacaq, jurnalistlər isə həm musiqidən, həm də onlar üçün yaradılan geniş imkandan. Tədbiri işıqlandırmaq üçün Bakıya gələn nüfuzlu KİV nümayəndələrini festivaldan əvvəl geniş mətbuat konfransı da gözləyir.

BAKI. 27.07.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7001
Avro
2.0063
Rusiya rublu
0.0296
Hava proqnozu
+20°
 / +12°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010