Banerlər
Xəbərlər

 

AZƏRBAYCAN-TÜRKMƏNİSTAN ƏLAQƏLƏRİNİN DAHA DA MÖHKƏMLƏNDİRİLMƏSİ ÜÇÜN GENİŞ POTENSİAL MÖVCUDDUR

Azərbaycanın Baş naziri Artur Rasi-zadə Türkmənistanın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb.

İyulun 27-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Türkmənistanın ölkəmizdə yeni təyin olunmuş səfiri Mekan İşanquliyevlə onun xahişi ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüş zamanı səfir Mekan İşanquliyev Türkmənistanın dövlət və hökumət rəhbərlərinin səmimi salamlarını Azərbaycanın Baş nazirinə çatdırıb. Hər iki xalq arasında tarixən yüksək səviyyəli milli-mədəni əlaqələrin olduğunu deyən səfir bu əlaqələrin daha da dərinləşdirilməsi üçün öz səlahiyyətləri daxilində var qüvvəsi ilə çalışacağını bildirib.

Türkmənistan səfirini yeni şərəfli vəzifəyə təyin olunması münasibətilə təbrik edən Baş nazir Artur Rasi-zadə əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün kifayət qədər potensialın olduğunu xatırladaraq, iqtisadi-ticari əməkdaşlığın bir çox istiqamətlər üzrə, xüsusən, energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat və yükdaşımaları sahəsində, habelə humanitar sferada geniş imkanların mövcudluğunu diqqətə çatdırıb.

Mekan İşanquliyevə diplomatik fəaliyyətində uğurlar arzulayan Baş nazir Artur Rasi-zadə əmin olduğunu bildirib ki, səfir Azərbaycan ilə Türkmənistan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcək.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

BAKI. 27.07.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7001
Avro
1.9983
Rusiya rublu
0.0287
Hava proqnozu
+12°
 / +7°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010