Banerlər
Xəbərlər

 

BAŞ NAZİRİN MÜAVİNİ ƏLİ ƏHMƏDOV ÖZBƏKİSTAN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞÜB

İyulun 11-də Baş nazirin müavini Əli Əhmədov Nazirlər Kabinetində Özbəkistanın Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupov və Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Usmonxon Alimovla görüşüb.

Görüşdə Baş nazirin müavini Əli Əhmədov qeyd edib ki, Özbəkistan və Azərbaycan dost ölkə olaraq və tammiqyaslı tərəfdaşlığa sadiqliklərini təsdiq edərək çoxşaxəli əməkdaşlıq potensialını həyata keçirmək üçün güclü səy göstərirlər. Hər iki ölkə bir-birinə səmimi qardaşlıq münasibətləri, tarixi, dili, mədəniyyəti və adət-ənənələrimizin yaxınlığı ilə sıx bağlıdır. Əli Əhmədov xalqlarımız arasında möhkəm və sarsılmaz qarşılıqlı anlaşma, etimad və hörmət prinsiplərinə əsaslanan ənənəvi dostluq münasibətlərinin ölkələrimizin mənafeyi və rifahı naminə bundan sonra da durmadan inkişaf edəcəyinə əminliyini ifadə edib.

Qonaqlar Özbəkistan-Azərbaycan münasibətlərinin həqiqətən əsrlərin dərinliyinə gedib çıxdığını vurğulayaraq, dost ölkə olaraq Azərbaycanın inamlı addımlarla irəliləyən və gələcəyini quran qüdrətli bir ölkəyə çevrildiyindən məmnun olduqlarını bildiriblər. Özbəkistanın Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri bu cür qarşılıqlı səfərlərin əlaqələrimizin möhkəmlənməsində önəmli rol oynadığını vurğulayıb, eyni zamanda hər iki ölkənin rəhbərləri tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin Özbəkistan-Azərbaycan münasibətlərinin perspektivliyinə və gələcəyinə böyük ümid verdiyini qeyd edib.

BAKI. 12.07.2017. AzərTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7017
Avro
1.9590
Rusiya rublu
0.0288
Hava proqnozu
+38°
 / +25°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010