Banerlər
Xəbərlər

 

İSVEÇ-AZƏRBAYCAN FEDERASİYASI BEYNƏLXALQ QURUMLARA ETİRAZ MƏKTUBU ÜNVANLAYIB

İsveç-Azərbaycan Federasiyası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin həlak olması ilə bağlı beynəlxalq qurumlara etiraz məktubu ünvanlayıb.

Məktub BMT, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə, Avropa Parlamentinə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Avropa Şurası Parlament Assambleyasına, İsveç hökumətinə, İsveç Xarici İşlər Nazirliyinə, İsveçin Avropa İttifaqındakı Parlament nümayəndəliyinə və ATƏT-in Minsk qrupunun həmsədrlərinə ünvanlanıb.

Sənəddə bildirilir ki, iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində mülki şəxslər Sahibə Quliyevanın, nəvəsi 2 yaşlı Zəhranın həlak olması, Sərvinaz Quliyevanın yaralanması faktı beynəlxalq qurumlar tərəfindən qəti şəkildə pislənilməlidir.

Bəyanatda deyilir: “Biz, beynəlxalq ictimaiyyəti, ATƏT-in Minsk qrupunda həmsədr ölkələri, BMT-ni təcavüzkar erməni silahlı qüvvələrinə qarşı konkret addımlar atmağa, habelə beynəlxalq hüquq norma və prinsiplərinə uyğun sərt sanksiyalar tətbiq etməyə çağırırıq”.

Azərbaycanın mülki əhalisinə qarşı bu cür hücumları həyata keçirən Ermənistan ordusunun Cenevrə Konvensiyalarının müddəalarını açıq şəkildə pozduğunun qeyd olunduğu məktubda belə hallara qarşı mübarizə aparılmadıqda onların təkrarlanması təhlükəsi vurğulanır.

Müraciətdə Ermənistanın uzun illərdir Azərbaycan ərazilərinin 20 faizini işğal etdiyi, dinc əhalinin, o cümlədən qocaların, qadınların, körpə uşaqların qətlə yetirdiyi diqqətə çatdırılır, münaqişəyə dünya birliyi tərəfindən daha çox diqqət ayrılmasının, ölkəmizin haqlı mövqeyinin dəstəklənməsinin vacibliyi bildirilir.

BAKI. 07.07.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7017
Avro
1.9590
Rusiya rublu
0.0288
Hava proqnozu
+38°
 / +25°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010