Banerlər
Xəbərlər

 

AZƏRBAYCANIN AVSTRALİYADAKI DİASPORU ALXANLI FACİƏSİ İLƏ BAĞLI XARİCİ İŞLƏR NAZİRLİYİNƏ MÜRACİƏT EDİB

Avstraliya Azərbaycanlıları Assosiasiyası 2017-ci il iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslər Sahibə Quliyevanın və nəvəsi 2 yaşlı Zəhranın həlak olması, Sərvinaz Quliyevanın isə yaralanması faktları ilə bağlı Avstraliyanın xarici işlər naziri xanım Culi Bişopa müraciət edib.

Sənəddə bildirilir ki, bu faciə Azərbaycan torpaqlarının işğal altında saxlanılmasının region üçün nə qədər ciddi təhlükə olduğunu, eyni zamanda, Ermənistan dövlətinin terrorçu və işğalçı mahiyyətini bir daha ortaya qoyur.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönəlmiş artilleriya zərbələri sübut edir ki, Ermənistan dövləti təcavüzkar siyasəti ilə beynəlxalq hüquq normalarını, beynəlxalq humanitar hüququ və insan haqlarını, xüsusilə 1949-cu il Cenevrə konvensiyalarını və ona 1 saylı Əlavəni, həmçinin uşaqların hüquqlarına dair və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı ciddi şəkildə pozmaqda davam edir.

Vurğulanır ki, beynəlxalq təşkilatlar, o cümlədən dünya ictimaiyyəti bu faciəyə biganə qalmamalı, beynəlxalq hüququn tələblərinə uyğun olaraq təcavüzkar Ermənistana qarşı sərt tədbirlər görməlidir.

Diaspor təşkilatımız Azərbaycan dövlətinin torpaqlarımızın işğaldan azad olunması, təcavüzkarın cəzalandırılması istiqamətində atdığı bütün addımları dəstəklədiyini qeyd edib.

BAKI. 07.07.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7008
Avro
2.0296
Rusiya rublu
0.0295
Hava proqnozu
+23°
 / +18°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010