Banerlər
Xəbərlər

 

“SOCAR METHANOL” YARIM İLDƏ 100 MİN TONDAN ÇOX METANOL İSTEHSAL EDİB

“SOCAR Methanol" MMC bu ilin yanvar-iyun aylarında 100 min tondan çox metanol istehsal edib.

MMC-dən bildirilib ki, qısa zaman kəsiyində yüksək məhsuldarlıq göstərən metanol zavodu artıq qarşıya qoyulan məqsədlərə çatmaqdadır. Belə ki, cari il üçün 250 min ton istehsalı planlaşdırılan zavodun ilk yarımildəki cəmi istehsalı 100 min 848,34 ton təşkil edib. Dünya bazarında metanolun idxalına olan tələbatın sabit artımını nəzərə alaraq istehsalın ildə 500 min tona çatdırılması “SOCAR Methanol" MMC-nin öndə duran əsas hədəflərindəndir.

BAKI. 07.07.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7008
Avro
2.0296
Rusiya rublu
0.0295
Hava proqnozu
+23°
 / +18°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010