Banerlər
Xəbərlər

 

AZƏRBAYCANIN QƏTNAMƏ LAYİHƏSİ ATƏT PA-NIN GÜNDƏLİYİNƏ DAXİLİ EDİLİB

ATƏT Parlament Assambleyasının Minsk şəhərində keçirilən 26-cı illik sessiyasının əsas devizi ATƏT regionunda sülh və inkişaf naminə qarşılıqlı etimad və əməkdaşlığın möhkəmləndirilməsi mövzusuna həsr edilib.

Əvvəlcə Daimi Komitənin iclası keçirilib. İclasda sessiyanın gündəliyinə salınacaq qətnamə layihələri müzakirə edilərək səsverməyə qoyulub. Təqdim olunan 15 qətnamə layihəsindən 14-ü sessiyanın gündəliyinə daxil edilib.

Azərbaycan nümayəndə heyətinin üzvü Tahir Mirkişilinin müəllifi olduğu “Multikulturalizm – qloballaşma şəraitində demokratiyanın inkişafında mədəni dəyərlərin rolu” adlı qətnamə layihəsi də gündəliyə daxil edilən yeddinci layihə olub. Qətnamə layihəsi əsasən müxtəlif mədəni dəyərləri qoruyub inkişaf etdirməklə ATƏT regionunda demokratik inkişafa töhfə verməyi və Azərbaycanın sahib olduğu multikulturalizm ənənələrini beynəlxalq hüquq müstəvisində yaymağı nəzərdə tutur.

BAKI. 06.07.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7008
Avro
2.0296
Rusiya rublu
0.0295
Hava proqnozu
+23°
 / +18°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010