Banerlər
Xəbərlər

 

VETERAN CÜDOÇULARIMIZ AVROPA ÇEMPİONATININ QALİBİ OLUBLAR

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən veteran cüdoçular arasında Avropa çempionatının komanda yarışları millimiz üçün uğurlu olub.

Azərbaycan Cüdo Federasiyasından bildiriblər ki, 30-40 yaş kateqoriyası üzrə komanda yarışında mübarizə aparan millimiz bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanıb.

Qeyd edək ki, fərdi yarışlarda veteran cüdoçularımız 4 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıblar.

BAKI. 19.06.2017. AZERTAC.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7008
Avro
1.9972
Rusiya rublu
0.0284
Hava proqnozu
+31°
 / +23°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010