Banerlər
Xəbərlər

 

TÜRKİYƏ İLƏ AZƏRBAYCANDA ARASINDA HƏRBİ TİBB SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ YÜKSƏK SƏVİYYƏDƏDİR

İyunun 13-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Tibb Xidməti rəisi, kontr-admiral Hayati Bilgiç ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Z.Həsənov ikitərəfli əlaqələrin möhkəmlənməsi, qarşılıqlı əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi və təcrübə mübadiləsinin vacibliyini vurğulayıb. Nazir Türkiyə ilə hərbi tibb sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Azərbaycana səfərindən məmnunluğunu bildirən kontr-admiral H.Bilgiç dövlətlərimiz arasında bütün istiqamətlərdə olduğu kimi, hərbi tibb sahəsində də əməkdaşlığın yüksək səviyyədə qurulduğunu və daim inkişaf etdiyini qeyd edib.

Söhbət zamanı hərbi tibb sahəsində əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi məqsədilə tibb mütəxəssislərinin qarşılıqlı səfərlərinin və müxtəlif kursların təşkili, hərbi həkimlərin hazırlanmasında Türkiyənin imkanları və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

BAKI. 14.06.2017. AZERTAC.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7001
Avro
2.0032
Rusiya rublu
0.0289
Hava proqnozu
+12°
 / +7°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010