Banerlər
Xəbərlər

 

AZƏRBAYCAN DÖYÜŞÇÜSÜ BEYNƏLXALQ TURNİRİN QALİBİ OLUB

Almaniyanın Herni şəhərində kikboksinqin K-1 versiyası üzrə “Fight Vision Europe” beynəlxalq turniri keçirilib.

Reytinq xarakterli yarışda 13 ölkədən 26 idmançı iştirak edib. Azərbaycanı bu yarışda “Royal Fight” klubunun idmançısı Şikar Bədəlov təmsil edib.

Turnirdə 75 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız rinqdə almaniyalı rəqibini üçüncü raundda texniki nokautla məğlub edərək yarışın qalibi olub.

Qeyd edək ki, Şikar Bədəlov bundan əvvəl Almaniyada keçirilən reytinq xarakterli “Qəhrəmanların döyüşü” adlı yarışda da qalib gəlib.

BAKI. 13.06.2017. AZERTAC.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7022
Avro
1.8999
Rusiya rublu
0.0285
Hava proqnozu
+29°
 / +20°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010