Banerlər
Xəbərlər

 

RAMİN ƏZİZOV “BAKI-2017”DƏ AZƏRBAYCAN TAEKVANDOÇULARININ AKTİVİNƏ ALTINCI QIZIL MEDALI YAZDIRIB

“Bakı-2017”də kişilər arasında taekvando yarışlarında ölkəmizi təmsil edən Ramin Əzizov (87 kq) qızıl medal qazanıb.

Azərbaycan idmançısı final görüşündə iranlı Əhməd Məhəmmədi ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə rəqibinə 16:14 hesabı ilə qalib gələn Ramin Əzizov "Bakı-2017"də Azərbaycan taekvandoçularının aktivinə altıncı qızıl medalı yazdırıb.

Bürünc medalları Türkiyə idmançısı Sərdar Yüksəl və Kot D7acute;İvuar təmsilçisi Seydou Qbane əldə ediblər.

Mübarizəyə dörddəbir finaldan qoşulan Ramin Əzizov iordaniyalı Anas Sadekə 27:8 hesabı ilə qalib gəlib. Təmsilçimiz yarımfinalda türkiyəli Sərdar Yüksəldən 13:5 hesabı ilə üstün olub.

BAKI. 19.05.2017. AZERTAC.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7020
Avro
1.9062
Rusiya rublu
0.0300
Hava proqnozu
+23°
 / +16°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010