Banerlər
Xəbərlər

 

MƏHƏMMƏDRƏSUL MƏCİDOV AZƏRBAYCAN BOKSÇULARININ AKTİVİNƏ ÜÇÜNCÜ QIZIL MEDALI YAZDIRIB

Mayın 18-də IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarının sonuncu qızıl medalına Azərbaycan idmançısı Məhəmmədrəsul Məcidov sahib olub.

91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizənin həlledici qarşılaşmasında idmançımızın rəqibi suriyalı Manaf Asaad olub.

Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada 4:1 hesabı ilə qalib gələn Məhəmmədrəsul Məcidov boks millimizin aktivinə İslamiadanın üçüncü qızıl medalını yazdırıb.

Mərakeşli Mohammed Arjaoui və iordaniyalı Hüsseyn İaşaiş bu çəki dərəcəsində bürünc medallara layiq görülüblər.

BAKI. 19.05.2017. AZERTAC.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7001
Avro
2.0152
Rusiya rublu
0.0291
Hava proqnozu
+10°
 / +8°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010