Banerlər
Xəbərlər

 

MALKOLM HONLAYN: YƏHUDİ İCMASI TARİXƏN AZƏRBAYCANDA SÜLH ŞƏRAİTİNDƏ YAŞAYIB

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədrinin müavini Malkolm Honlayn ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlığın perspektivləri, həmçinin ABŞ-ın yəhudi icması ilə əlaqələrə dair fikir mübadiləsi aparılıb.

Malkolm Honlayn Azərbaycana öncəki səfərlərini xatırlayaraq, ölkəmizin ildən-ilə müxtəlif sahələrdə inkişafının təqdirəlayiq olduğunu bildirib. O, həmçinin yəhudi icmasının tarixən Azərbaycanda sülh şəraitində yaşadığını və cəmiyyətə inteqrasiya etdiyini bildirib, bu istiqamətdə Azərbaycan hökuməti tərəfindən görülmüş işlərə görə təşəkkürünü ifadə edib.

Nazir E.Məmmədyarov mövcud çağırışlar fonunda Azərbaycanda müxtəlif konfessiyaların nümayəndələrinin sülh şəraitində birgəyaşayışının nümunəvi xarakter daşıdığını deyərək, Azərbaycan hökuməti tərəfindən mədəniyyətlərarası və dinlərarası dialoqun təşviq edilməsinə xüsusi diqqət yetirildiyini vurğulayıb.

Görüşdə, həmçinin beynəlxalq və regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

BAKI. 18.05.2017. AZERTAC.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7009
Avro
2.0209
Rusiya rublu
0.0292
Hava proqnozu
+34°
 / +21°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010