Banerlər
Xəbərlər

 

YAZIÇIMIZ FRANSADAN TƏLTİF ALIB

Azərbaycan yazıçısı Varis Yolçuyevin beynəlxalq miqyaslı uğurları davam etməkdədir.

Bu dəfə yazıçımız Fransanın “L`Autographe” (“Avtoqraf”) almanaxına daxil edilmiş “İyirmi bir” adlı hekayəsinə görə Antuan de Sent Ekzüperi medalının nominantı elan olunaraq “Antuan de Sent Ekzüperi diplomu”na layiq görülüb.

Mükafatın təşkilat komitəsi rəsmisi Simon Qarnier yazıçımızın əsərini “İnsanla təbiətin mistik vəhdətinin gözəl nümunəsi” adlandırıb.

Xatırladaq ki, “L`Autographe” dünya yazarlarının seçmə nəsr nümunələrindən ibarət illik ədəbi almanaxdır. Almanax nəsr əsərini təqdim etməklə yanaşı, yazıçının xəttini də avtoqraf kimi oxucularına nümayiş etdirir.

BAKI. 17.05.2017. AZERTAC.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7001
Avro
2.0152
Rusiya rublu
0.0291
Hava proqnozu
+10°
 / +8°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010