Banerlər
Xəbərlər

 

KRAKOVDA AZƏRBAYCANIN MİLLİ-MƏDƏNİ İRSİ HAQQINDA MƏRUZƏ TƏQDİM EDİLİB

Azərbaycanın Polşadakı səfirliyinin, Krakov şəhər meriyasının, şəhər şurasının, Yaqellon Universitetinin hüquq və administrasiya, həmçinin idarəetmə və turizm fakültələrinin himayədarlığı ilə “Tarixi abidələrin hüquqi baxımdan qorunma formaları” adlı Polşa üzrə III elmi konfrans təşkil edilib.

Səfirlikdən bildirilib ki, konfransda səfir Həsən Həsənov “Azərbaycanın milli-mədəni irsi” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanın çoxəsrlik tarixi, mədəniyyəti, incəsənəti, dili və ədəbiyyatı haqqında bir saatlıq məruzə zamanı qonaqlara, həmçinin fotolardan ibarət elektron təqdimat da nümayiş olunub. Səfir Həsən Həsənov, eyni zamanda, Qarabağ regionunun Azərbaycanın milli-mədəni irsində tutduğu xüsusi yeri vurğulayaraq, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumat verib.

Konfransda, həmçinin Yaqellon Universitetinin magistri Vitold Qurnı “İdman-irs-turizm. 2010-2017-ci illərdə Azərbaycan Respublikasının təbliğat istiqamətində fəaliyyətinin təhlili” mövzusunda çıxış edib. O, Azərbaycanda milli və mədəni dəyərlərdən istifadə olunmaqla ölkənin təbliğatının düzgün aparıldığını vurğulayıb. Azərbaycanda təşkil olunan dünya miqyaslı idman yarışlarının həm turizmin inkişafında, həm də əcnəbilərin ölkəmiz ilə yaxından tanışlığında mühüm rol oynadığını xüsusi qeyd edib.

BAKI. 16.05.2017. AZERTAC.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7009
Avro
2.0209
Rusiya rublu
0.0292
Hava proqnozu
+34°
 / +21°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010