Banerlər
Xəbərlər

 

DİASPOR RƏHBƏRİ BEYNƏLXALQ FESTİVALIN MÜNSİFLƏR HEYƏTİNDƏ AZƏRBAYCANI TƏMSİL EDİB

İtaliyada “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri, xoreoqraf, Milan Konservatoriyasının professoru Mais Nuriyev bu il San-Remo Beynəlxalq Rəqs Müsabiqəsinin münsiflər heyətində təmsil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, soydaşımız dünyanın bir sıra ölkələrindən gəlmiş rəqqaslar arasından ən yaxşılarının seçilməsində iştirak edib. Festivala qatılan Azərbaycan təmsilçisi Rüstəm Kərimov müsabiqənin xüsusi diplomu ilə mükafatlandırılıb.

Bundan başqa, diaspor rəhbəri Mais Nuriyev Qırğızıstanın paytaxtı Bişkekdə keçirilmiş Beynəlxalq Mədəniyyət Forumunda iştirak edərək Azərbaycan mədəniyyətini tanıdıb. Soydaşımız Qırğızıstan Mədəniyyət Nazirliyinin dəvəti ilə Bişkek Xoreoqrafiya Akademiyasında dünya xalq rəqslərinə quruluş verib və ustad dərsləri deyib. O, təşkilatçıların istəyi ilə Azərbaycan xalq rəqslərinin tarixi, milli bayramlarımız, adət-ənənələrimiz, milli geyimlərimiz, folklor rəqsləri barədə mühazirə deyib.

On beş ilə yaxındır Milanda yaşayan Mais Nuriyev “Aida” və “Orizon” Rəqs Akademiyasının rəhbəri və Milan Konservatoriyasının professorudur. O, İtaliyada və digər ölkələrdə bir sıra əsərlərə xoreoqrafik quruluş verib. Məşhur bəstəkarımız Fikrət Əmirovun 90 illiyi ilə əlaqədar onun “Qarabağ Azərbaycanın incisidir” əsəri əsasında yaradılan "Qarabağ" kompozisiyası və Xocalıya həsr olunan “Qarabağ - İtaliyaya yaxın və uzaq” Mais Nuriyev uğurlu işləri sırasındadır.

BAKI. 12.05.2017. AZERTAC.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7020
Avro
1.9062
Rusiya rublu
0.0300
Hava proqnozu
+23°
 / +16°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010