Banerlər
Xəbərlər

 

AZƏRBAYCANIN İKİ CÜDOÇUSU AVROPA ÇEMPİONATINDA MEDAL QAZANIB

Aprelin 20-də Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatına start verilib.

Yarışın ilk günündə Azərbaycan milli komandasının dörd üzvü tatami üzərinə çıxıb. Onlardan ikisi aktivinə medal yazdırıb. Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) Avropa çempionatının bürünc medallarına sahib olublar.

Digər cüdoçularımız Aişə Qurbanlı (48 kq) və Nəzakət Əzizova (52 kq) isə mübarizəni erkən dayandırıblar.

Xatırladaq ki, aprelin 21-də daha üç cüdoçumuz - Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq) və Rüfət İsmayılov (81 kq) tatami üzərinə çıxacaqlar.

BAKI. 21.04.2017. AZERTAC.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
2.0024
Rusiya rublu
0.0287
Hava proqnozu
+12°
 / +7°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010