Banerlər
Xəbərlər

 

AZƏRBAYCAN SAMBOÇULARI AVROPA BİRİNCİLİYİNİN İLK GÜNÜNDƏ İKİ MEDAL QAZANIBLAR

Çexiyanın paytaxtı Praqada yeniyetmələr arasında sambo üzrə Avropa birinciliyi davam edir.

Qitə birinciliyinin ilk günündə Azərbaycan milli komandası iki medal qazanıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Yaşar Nəcəfov (60 kq) və Emin Hüseynov (62 kq) bürünc medala sahib olublar.

Aprelin 21-də yekun vurulacaq yarışda 23 ölkədən 282 samboçu birincilik uğrunda mübarizə aparır.

BAKI. 21.04.2017. AZERTAC.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
2.0024
Rusiya rublu
0.0287
Hava proqnozu
+12°
 / +7°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010