Banerlər
Xəbərlər

 

ÖZBƏKİSTANDA QARABAĞ GEYİMLƏRİ TƏQDİM EDİLİB

Özbəkistan Rəssamlıq Akademiyasının sərgi salonunda keçirilən “Ənənəvi təsviri incəsənət festivalı”nda Azərbaycanı bu ölkədəki səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

Tədbir çərçivəsində “Qarabağ şikəstəsi”nin sədaları altında Qarabağın XVII-XIX əsrlərə aid mərasim, toy libasları, şənlik geyimləri, zadəgan xanımların geyimləri nümayiş etdirilib.

Qarabağ geyimlərini Özbəkistanın Kəmaləddin Bexzod adına Rəssamlıq və Dizayn İnstitutunun tələbələri təqdim edib.

Sərgidə nümayiş etdirilən milli geyimlər Bakı Geyim Evi tərəfindən hazırlanıb və Mədəniyyət Mərkəzinin “Azərbaycan milli geyimləri”d muzeyində müntəzəm olaraq nümayiş etdirilir və iştirakçıların böyük marağına səbəb olur.

Sərgidə, həmçinin AMM-nin “Azərbaycan qızları” rəqs ansamblının üzvləri “Arşın mal alan” əsərindən musiqili səhnəni təqdim ediblər.

İştirakçılara festival çərçivəsində Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağda Azərbaycan xalqının yaratdığı zəngin mədəniyyət, mədəni irs barədə məlumatlar təqdim olunub, milli geyimlərin hər bir xalqın qədim tarixinin, zəngin mədəniyyətinin göstəricisi olduğu vurğulanıb.

BAKI. 21.04.2017. AZERTAC.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7009
Avro
2.0030
Rusiya rublu
0.0288
Hava proqnozu
+36°
 / +23°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010