Banerlər
Xəbərlər

 

AZƏRBAYCAN İDMANÇILARI BRAZİLİYA CİU-CİTSUSU ÜZRƏ DÜNYA ÇEMPİONATINDA İKİ MEDAL QAZANIBLAR

Abu-Dabidə Braziliya ciu-citsusu üzrə dünya çempionatı keçirilir. Mundialda 100 ölkədən 7 minədək idmançı birincilik uğrunda mübarizə aparır.

Azərbaycan Ciu-Citsu Milli Federasiyasının birinci vitse-prezidenti Rəsul Məmmədov bildirib ki, yarışda ölkəmizi 4 idmançı təmsil edib.

Böyüklərin yarışında 94 kiloqram çəki dərəcəsində çıxış edən Azər Bəydullayev dünya çempionatının bürünc medalına sahib olub. 12-13 yaşlı idmançıların mübarizəsində isə milli komandamızın üzvü Xəqani Mürsəlov (41 kq) yarışı üçüncü pillədə başa vurub.

Dünya çempionatına aprelin 23-də yekun vurulacaq.

BAKI. 20.04.2017. AZERTAC.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7009
Avro
2.0030
Rusiya rublu
0.0288
Hava proqnozu
+36°
 / +23°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010