Banerlər
Xəbərlər

 

BAKIDA “YOUTHVISION” İKİNCİ BEYNƏLXALQ MAHNI MÜSABİQƏSİ KEÇİRİLƏCƏK

Gənclər və İdman Nazirliyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə aprelin 21-də Bakıda “Həmişə gənc” şüarı altında “Youthvision” ikinci beynəlxalq mahnı müsabiqəsi keçirəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, müsabiqənin keçirilməsi təşəbbüsü Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına məxsusdur.

Əsas məqsəd yaradıcı və istedadlı gənclərin mədəni potensiallarının reallaşdırılması və onlar arasında beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.

Müsabiqə haqqında məlumatın yerləşdirilməsi və iştirakçıların onlayn qeydiyyatı məqsədilə 2016-cı ildə youthvision.az saytı istifadəyə verilib. Müsabiqə 14-35 yaş arası gənclər üçün təşkil edilir.

Qiymətləndirilmə beynəlxalq münsiflər heyəti tərəfindən aparılır. Bu məqsədlə hər iştirakçı dövlətdən bir nəfər münsif üzvü dəvət olunur.

Müsabiqəyə xarici ölkələrdən iştirakçılar, münsiflər və onları müşayiət edən şəxslər daxil olmaqla 80-90 nümayəndənin gəlişi gözlənilir.

BAKI. 19.04.2017. AZERTAC.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7022
Avro
1.8999
Rusiya rublu
0.0285
Hava proqnozu
+30°
 / +20°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010