Banerlər
Xəbərlər

 

AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİ MALTADA VƏ İTALİYADA SƏFƏRDƏ OLACAQ

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Maltaya rəsmi səfərə yola düşüb. Nazir oradan İtaliyaya səfər edəcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində Elmar Məmmədyarovun Maltadan, İtaliyadan olan həmkarları ilə və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

İtaliyaya səfər çərçivəsində nazir Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə həsr olunan fotosərginin açılışında iştirak edəcək. O, Beynəlxalq Təşkilatlar üzrə İtaliya Cəmiyyəti Təşkilatında “Azərbaycanın xarici siyasəti və İtaliya ilə münasibətlər” mövzusunda mühazirə oxuyacaq.

BAKI. 18.04.2017. AZERTAC.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7009
Avro
2.0030
Rusiya rublu
0.0288
Hava proqnozu
+36°
 / +23°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010