Banerlər
Xəbərlər

 

MİNSKDƏ NOVRUZ BAYRAMI QEYD OLUNUB

Belarusun paytaxtı Minsk şəhərində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Tədbir Belarus Respublikasında “Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyi tərəfindən təşkil edilib.

Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov, diplomatik korpusun təmsilçiləri, elm və mədəniyyət xadimləri, habelə ölkə ictimaiyyətinin nümayəndələri bayram gecəsinin qonağı olublar.

“Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyinin sədri Natiq Bağırov tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib.

Səfir Lətif Qəndilov bayram ovqatının xaricdə yaşayan azərbaycanlıların hətta Vətəndən uzaqda belə bu gözəl bayramın ab-havasını duymasına imkan verdiyini qeyd edib. O, həmçinin Belarusda azərbaycanlıların Novruz bayramı ənənələrini qoruyub saxlamasının vacibliyini vurğulayıb.

Konsert proqramı ilə davam edən bayram gecəsində Olesya Kosoykinanın rəhbərliyi ilə “Sarı gəlin” Azərbaycan rəqs ansamblı və Vüsal Qarayevin bədii rəhbəri olduğu “Qafqaz əfsanələri” kollektivi çıxış edib. Konsertin aparıcısı Gülnarə İmanovanın Azərbaycan şairlərinin əsərlərindən səsləndirdiyi nümunələr bayrama xoş ovqat qatıb.

Azərbaycanın Belarusdakı diasporunun nümayəndəsi, Belarusun “Eurovision-2015” uşaq mahnı müsabiqəsində təmsilçisi Ruslan Aslanov və “Novaya volna” uşaq müsabiqəsinin laureatı, Rusiyanın “Qolos.deti” layihəsinin iştirakçısı Helena Merai musiqi kompozisiyaları ilə gecənin qonaqlarını təbrik ediblər.

Həmvətənimiz, gənc müğənni və bəstəkar Elcan Rzayev bayram konsertinin əsas qonağı olub. O, gecədə Azərbaycanın məşhur mahnılarını ifa edib.

İştirakçılar Azərbaycan milli mətbəxinin ləziz yeməklərindən dadıb, ənənəvi şirniyyatlar - şəkərbura, paxlava, qoğal və badamburaya, ətirli Azərbaycan çayına qonaq olublar.

BAKI. 27.03.2017. AZERTAC.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7022
Avro
1.8242
Rusiya rublu
0.0303
Hava proqnozu
+16°
 / +8°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010