Banerlər
Xəbərlər

 

AZƏRBAYCAN GÜRCÜSTANIN XARİCİ TİCARƏT TƏRƏFDAŞLARI SIRASINDA İKİNCİ YERDƏDİR

Gürcüstan cari ilin ilk aylarında Avropa İttifaqı, MDB və digər ölkələrlə xarici ticarət dövriyyəsini genişləndirib. Yanvar-fevral aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 2016-cı ilin eyni dövrü ilə müqayisədə 22 faiz artaraq 651 milyon dollardan çox olub.

Ölkənin Milli Statistika Xidmətinin yaydığı məlumatda deyilir ki, 2017-ci ilin yanvar-fevral aylarında Gürcüstanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 27 faiz artaraq 174 milyon dollar təşkil edib. MDB ölkələri ilə ticarət dövriyyəsi 32 faiz artaraq 220 milyon dollara çatıb.

Ümumi xarici ticarətin 67 faizi Gürcüstanın əsas ticarət tərəfdaşlarının payına düşüb. Tərəfdaşlar arasında ilk onluqda siyahıya 86 milyon dollarla Türkiyə başçılıq edir. İkinci yerdə 73 milyon dollarla Azərbaycan, üçüncü yerdə isə 72 milyon dollarla Rusiya gəlir.

Fevral ayında Gürcüstan 177 milyon dollarlıq (2016-cı ilin eyni dövrü ilə müqayisədə 45 faiz çox) mal ixrac edib. İdxalın həcmi də 15 faiz artaraq 474 milyon dollar təşkil edib.

Ölkənin ticarət balansında, bu ilin yanvar ayında 297 milyon dollarlıq mənfi saldo yaranıb. Bunun da 46 faizi xarici ticarət dövriyyəsinin payına düşür.

BAKI. 15.03.2017. AZERTAC.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7002
Avro
2.0070
Rusiya rublu
0.0285
Hava proqnozu
+17°
 / +11°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010