Banerlər
Xəbərlər

 

AZƏRBAYCANLI TAEKVANDOÇULAR NİDERLANDDA KEÇİRİLƏN BEYNƏLXALQ TURNİRDƏ BEŞ MEDAL QAZANIBLAR

Böyüklərdən və gənclərdən ibarət taekvando üzrə Azərbaycanın yığma komandasının üzvləri Niderlandda keçirilən açıq birincilikdə uğurlu çıxış ediblər. Eyndhoven şəhərində təşkil edilən “Dutch Open” beynəlxalq turnirinin ilk günündə idmançılarımız 2 qızıl, 1 gümüş və 2 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar.

Yarışda böyüklərdən ibarət yığmamızın idmançıları - 87 kiloqram çəki dərəcəsində mübarizə aparan Ramin Əzizov və Fəridə Əzizova (67 kq) qarşılaşdıqları bütün rəqibləri yarışdan kənarlaşdıraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Ayxan Tağızadənin (68 kq) isə yarımfinal döyüşü məğlubiyyətlə başa çatıb. O, yarışı bürünc medalla başa vurub.

Gənc yığmamızın üzvlərindən Ayaz Qənbərli (51 kq) həlledici final döyüşündə məğlub olaraq gümüş medala layiq görülüb. Onun komanda yoldaşı Cavad Ağayevin (63 kq) isə yarımfinal rəqibi keçilməz olub. C.Ağayev turnirdə bürünc medalla kifayətlənib.

Qeyd edək ki, “G1” kateqoriyalı yarışın qalibi olan taekvandoçular öz reytinq xalına 10 xal əlavə etmiş olur.

BAKI. 13.03.2017. AZERTAC.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7009
Avro
2.0209
Rusiya rublu
0.0292
Hava proqnozu
+34°
 / +21°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010