Banerlər
Xəbərlər

 

MACARISTANDA TOĞRUL NƏRİMANBƏYOVUN RƏSMLƏRİNDƏN İBARƏT TƏQVİM NƏŞR OLUNMUŞDUR

Budapeştdə fəaliyyət göstərən Macar-Azərbaycan Dostluq Cəmiyyəti ənənəvi olaraq 2012-ci il üçün Azərbaycan və macar dillərində təqvim hazırlamışdır. Builki təqvim görkəmli Azərbaycan rəssamı Toğrul Nərimanbəyova həsr olunmuşdur. Təqvimin hər səhifəsində rəssamın tanınmış əsərləri, onların adları və çəkilmə illəri göstərilmiş, son səhifəsində isə rəssamın tərcümeyi-halı və nailiyyətləri əksini tapmışdır. Bu rəsmlər arasında rəssamın avtoportreti, Bakının panoramı, Azərbaycan süfrəsi, muğam triosu, nağıllarımız, meyvələrimiz və başqa milli atributlarımız yer almışdır. Hazırlanmış təqvim Macarıstanda yaşayan və təhsil alan azərbaycanlılara, yerli əhaliyə, dövlət və qeyri-hökumət təşkilatlarına, biznes qurumlarına paylanmışdır.

Xatırladaq ki, Macar-Azərbaycan Dostluq Cəmiyyəti 1994-cü ildən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərir. Üzvlərinin 90 faizi macarlardan ibarət olan bu cəmiyyət Azərbaycanın tarixi və bu günü, adət-ənənələri, milli bayramlarımız, dövlətimizin qazandığı nailiyyətlər barədə Macarıstan ictimaiyyətində informasiya yaymaq məqsədi daşıyır.

BAKI. 27.01.2012. AzərTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9245
Rusiya rublu
0.0252
Hava proqnozu
+15°
 / +9°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010