Banerlər
Xəbərlər

 

ALMANİYANIN MAQDEBURQ ŞƏHƏRİNDƏKİ TƏDBİRDƏ AZƏRBAYCANIN DİASPOR TƏSKİLATLARI FƏAL İŞTİRAK ETMİŞLƏR

2012-ci il yanvarın 14-də Almaniyanın Maqdeburq şəhərində “Demokratiya yollari” adlı tədbir keçirilmişdir. Tədbirdə 145 cəmiyyət iştirak etmişdir. Bu tədbirdə Azərbaycanı Maqdeburq şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan mədəniyyət cəmiyyəti təmsil etmişdir.

Cəmiyyətin sədri Yaşar Niftəliyev, Hannover şəhərində fəaliyyət göstərən “Xəzər” cəmiyyətinin sədri Etibar Qəniyev, Alman-Azərbaycan mədəniyyət cəmiyyətinin üzvləri Nils Assel, Fuad Ağayev, Günay Ağayeva, Rəşid Amanov tədbir iştirakçılarına Azərbaycan haqqında geniş məlumat vermişlər. Azərbaycan səfirliyi və Almaniyadakı Azərbaycanlıların koordinasiya mərkəzi (AAKM) tərəfindən toplanış iştirakçılarına nümayiş etdirilən kitablar, milli geyimlər hamının marağına səbəb olmuşdur. Zaxhsen-Anhalt əyalətinin daxili işlər naziri Holger Stahlkneşt, SPD partiyasının lideri Sigmar Gabriel və digər rəsmi şəxslər Azərbaycan diasporu üzvləri ilə xatirə şəkli çəkdirmiş, onların həyat tərzi ilə maraqlanmış, Azərbaycan haqqında kitablara baxmışlar.

Altı saat davam edən tədbirin sonunda AAKM-dən gətirilmiş 20 Yanvar faciəsi barədə sənədli film nümayiş etdirilmişdir.

BAKI. 16.01.2012. AzərTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
0.7844
Avro
0.9723
Rusiya rublu
0.0172
Hava proqnozu
+8°
 / +5°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010