Banerlər
Xəbərlər

 

PREZİDENT İLHAM ƏLİYEV VƏ XANIMI MEHRİBAN ƏLİYEVA ŞAHDAĞ QIŞ-YAY TURİZM KOMPLEKSİNİN 2 NÖMRƏLİ KANAT VƏ XİZƏK ENİŞİNİN AÇILIŞINDA İŞTİRAK ETMİŞLƏR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva fevralın 27-də Qusar rayonunda Şahdağ Qış-Yay Turizm Kompleksinin 2 nömrəli kanat və xizək enişinin açılışında iştirak etmişlər.

Məlumat verilmişdir ki, Şahdağ Qış-Yay Turizm Kompleksinin inşasına 2009-cu ilin sentyabrında başlanılmışdır. Dövlətimizin başçısının Qusar rayonuna səfəri çərçivəsində bu möhtəşəm kompleksin təməlqoyma mərasimi keçirilmişdir. Prezident İlham Əliyevin birbaşa tapşırığı ilə Qusar şəhərindən 30 kilometr şimalda, rayonun Dağlıq Alayan kəndi ərazisində yerləşən Şahdağ Qış-Yay Turizm Kompleksində inşaat işləri yüksək standartlara uyğun olaraq həyata keçirilir. Tikinti işlərinin gedişinə Mədəniyyət və Turizm Nazirliyi nəzarət edir.

Şahdağ Milli Parkının ərazisində salınan bu kompleksin tikintisi ölkəmizdə dağ xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradacaqdır. Kompleksdə tikinti işlərini yerli və xarici mütəxəssislərdən ibarət briqadalar yerinə yetirirlər.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.

Dövlətimizin başçısı 2 nömrəli kanat yolunu sınaq məqsədi ilə işə saldı.

Azərbaycan Prezidenti və xanımı lift bazasının anbarı ilə də tanış oldular.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva xizək sürdülər.

Dövlətimizin başçısı idmanın və turizmin inkişafı istiqamətində həyata keçirilən geniş infrastruktur layihələrindən biri olan Şahdağ Qış-Yay Turizm Kompleksinin tikintisinin ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığını qeyd etdi.

Sonra Prezident İlham Əliyev inşaat işlərini həyata keçirən yerli və xarici şirkətlərin rəhbərləri ilə müşavirə keçirdi. İnşaatçılar görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdilər.

Azərbaycan Prezidenti layihənin ikinci fazasının həyata keçirilməsi ilə bağlı inşaatçılara müvafiq tapşırıqlarını verdi.

BAKI. 28.02.2010. AzərTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9245
Rusiya rublu
0.0252
Hava proqnozu
+15°
 / +9°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010