Banerlər
Xəbərlər

 

“SƏRKƏRDƏ LƏYAQƏTİ: GENERAL ƏLİAĞA ŞIXLİNSKI” SƏNƏDLİ TELEVİZİYA FİLMİ ÇƏKİLMİŞDİR

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində “Sərkərdə ləyaqəti: general Əliağa Şıxlinski” sənədli televiziya filminin istehsalı başa çatmışdır.

QSC-nin mətbuat xidmətindən bildirmişlər ki, film Azərbaycan tarixində xüsusi yeri olan, “ rus artilleriyasının Allahı” sayılan Əliağa Şıxlinskinin keçdiyi şərəfli ömür yoluna, bir hərbçi kimi gördüyü bənzərsiz işlərə həsr olunmuşdur.

Ekran əsərinin ssenari müəllifi Eldar İsgəndərzadə, rejissoru Vasif Məmmədzadə, operatoru Mahir Cahangirovdur.

BAKI. 21.02.2010. AzərTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9245
Rusiya rublu
0.0252
Hava proqnozu
+15°
 / +9°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010