Banerlər
Xəbərlər

 

“JA AZƏRBAYCAN” TƏŞKİLATI “METLİFE” FONDU TƏRƏFİNDƏN QRANTA LAYİQ GÖRÜLMÜŞDÜR

Azərbaycan – MetLife Fondu Junior Achievement (JA) Azərbaycan təşkilatına “JA tətbiqi iqtisadiyyat” proqramının Azərbaycan dilinə tərcüməsi və adaptasiyası üçün maliyyə yardımı göstərmişdir. Vəsait orta məktəblərdə tətbiqi iqtisadiyyat sahəsində yeni tədris proqramı üçün ayrılmışdır. Bu il MetLife Fondunun ayırdığı qrantı dörd ölkədə fəaliyyət göstərən təşkilat almışdır. “JA Azərbaycan” təşkilatı ilə yanaşı “JA Kolumbiya”, “JA Meksika” və “JA Makedoniya” təşkilatları qranta layiq görülmüşlər. “JA Azərbaycan” təşkilatının ölkə üzrə icraçı direktoru Vüsal Xanlarov bildirmişdir ki, “JA tətbiqi iqtisadiyyat” proqramı təcrübi vasitələrdən istifadə edərək şagirdlərə mürəkkəb mövzuların qavranılmasında, onların daha rahat anlaşılmasında yardımcı olur. JA şagirdləri dünya iqtisadiyyatına hazırlayan dünyanın ən böyük təşkilatlarından biridir. Təşkilat əsas üç istiqamətdə -işə hazırlıq, sahibkarlıq və maliyyə savadı üzrə proqramlar təşkil edir. 1976-cı ildə yaradılmış MetLife Fondu səhiyyə, təhsil, ictimai, mədəniyyət proqramlarını dəstəkləyir və maliyyə yardımı ayırır.

BAKI. 01.08.2009. AzərTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
0.8036
Avro
1.0494
Rusiya rublu
0.0266
Hava proqnozu
+39°
 / +25°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010