SİYASİ PARTİYALAR

Azərbaycan Respublikası Konstitusiyasından çıxarış

Maddə 58. Birləşmək hüququ

I. Hər kəsin başqaları ilə birləşmək hüququ vardır.

II. Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcüd birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir.

III. Heç kim hər hansı birliyə daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz.

IV. Azərbaycan Respublikasının bütün ərazəsində və ya hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi güdən birliklər qadağandır. Konstitusiyanı və qanunları pozan birliklərin fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər.

Bütün müasir siyasi sistemlər kimi Azərbaycanın siyasi sisteminə də çoxpartiyalılıq, plyuralizm xasdır. Siyasi partiyalar qanunverici və yerli özünüidarəetmə orqanlarında təmsil olunmaq vasitəsi ilə dövlət hakimiyyətinin həyata keçirilməsində iştirak etmək imkanı qazanır. Hazırda Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış 55 siyasi partiya fəaliyyət göstərir.

Sıra
№-si
PARTİYANIN ADI Sıra
№-si
PARTİYANIN ADI Sıra
№-si
PARTİYANIN ADI
1 Azərbaycan Milli İstiqlal Partiyası 20 Azərbaycan Respublikaçılar Partiyası 39 Azərbaycan Vahid Kommunist Partiyası
2 Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası 21 Azərbaycan Xalq Partiyası 40 Sosial Ədalət Partiyası
3 Azərbaycan Xalq Demokratik Partiyası 22 Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) 41 Milli Konqres Partiyası
4 "ANA VƏTƏN" Partiyası 23 Azərbaycan Demokrat Partiyası 42 Azərbaycan Azad Respublikaçılar Partiyası
5 Milli Demokrat İdrak Partiyası 24 Azərbaycan Mübarizlər Partiyası 43 Milli Demokrat Partiyası
6 Azərbaycan Kəndli Partiyası 25 "Ədalət" Partiyası 44 Böyük Quruluş Partiyası
7 Vətəndaş Həmrəyliyi Partiyası 26 "Milli Vəhdət" Partiyası 45 Azadlıq Partiyası
8 Müsavat Partiyası 27 Müasir Müsavat Partiyası 46 Demokratik İslahatlar Partiyası
9 "BİRLİK" Partiyası 28 Yeni Azərbaycan Partiyası 47 Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
10 Azərbaycan Ümid Partiyası 29 Vahid Azərbaycan Milli Birlik Partiyası 48 Tərəqqi Partiyası
11 "QORQUD" Partiyası 30 Vahid Azərbaycan Partiyası 49 Böyük Azərbaycan Partiyası
12 Azərbaycan Milli Hərəkat Partiyası 31 Demokratik Azərbaycan Dünyası Partiyası 50 Təkamül Partiyası
13 Azərbaycan Kommunist Partiyası 32 Müstəqil Azərbaycan Partiyası 51 Vətəndaş Birliyi Partiyası
14 Azərbaycan Milli Dövlətçilik Partiyası 33 Milli Qurtuluş Partiyası 52 Klassik Xalq Cəbhəsi Partiyası
15 Azərbaycan Vətənpərvərlər Partiyası 34 Azərbaycan Yurddaş Partiyası 53 Vətəndaş və İnkişaf Partiyası
16 Azərbaycan Demokratik Sahibkarlar Partiyası 35 Azərbaycan Sosial Rifah Partiyası 54 Aydınlar Partiyası
17 Azərbaycan Naminə Alyans Partiyası 36 Azərbaycan liberal Partiyası 55 Milli Dirçəliş Hərəkatı Partiyası
18 Azərbaycan Demokratik Maarifçilik Partiyası 37 Azərbaycan Sosial Demokrat Partiyası
19 Vəhdət Partiyası 38 Azərbaycan Xalq Cəbhəsi Partiyası