MEHMANXANALAR

Diplomat Bakı oteli
Hale Kai
Sea Port oteli
Noahs Ark oteli
Kiçik Qala 98
Sərin
Ambassador
Crown
Red Lion
East Legend Panorama
Girkan Inn Bakı
Balion oteli
Buta Guest House
Holiday Inn Bakı Aeroportu
Excelsior Bakı oteli
AYF Palace
12inn Bulvar
Empire Bakı oteli
Ramada Bakı
İrşad oteli
Radisson SAS Plaza oteli
Sultan Inn Boutique oteli
Park Hyatt Bakı
Premier oteli
Grand Europe oteli
Austin Bakı oteli
Hyatt Regency Bakı
Park Inn Azərbaycan



Diplomat Bakı oteli
Mehmanxana 2003-cü ildə inşa olunmuşdur.
Ünvan: Bakı, S.Rəhimov küç. 185.
Mehmanxana 9 mərtəbəlidir.
Şərait: qeydiyyat dayağı olan vestibül, seyf, biznes mərkəzi, konfransların keçirilməsi üçün imkanlar, inzibati mərtəbə, bağ/park, restoran, vegetarianlar üçün yemək, bar, istirahət otağı, qəzet dayağı, tüstü detektorları, siqaret çəkməyənlər üçün otaqlar, telefon, internetə çıxış, TV otaq, vestibül, pulsuz avtomobil dayanacağı, avtobus dayanacağı, allergiyası olan insanlar üçün otaqlar, arabalı əlillər üçün otaqlar, lift. İdmanla məşğul olmaq üçün çimərlik mövcuddur.


http://www.diplomathotelbaku.com/index_en.html

Hale Kai
Ünvan: Bakı, Mirzə İbrahimov küç. 18
Şərait: kondisioner, vanna otağı vannası ilə, televizor, peyk televiziyası, çarpayının yanında telefon, masanın üstündə telefon, faks, açılan pəncərələr, səs keçirməyən pəncərələr, şalvar üçün pres, mini bar, seyf, fen, büro, eyvan.
Həmçinin: qeydiyyat dayağı olan vestibül, seyf, filmləri sifariş etmək imkanı, konfransların keçirilməsi üçün şərait, restoran, bar, istirahət otağı, tüstü detektorları, siqaret çəkməyənlər üçün otaqlar, telefon, beynəlxalq telefon xətti, internetə çıxış, pulsuz avtomobil dayanacağı.


http://hotelhalekai.com

Sea Port oteli
2 mərtəbəli, 14 otaqlı
Ünvan: Bakı, Neftçilər pr. 58
Burada sizi yüksək keyfiyyətli servis gözləyir. Həmçinin oteldə biznes, səyahət etmək istəyənlər üçün ən yaxşı şərait yaradılmışdır.


http://www.seaport.az/index4.html

Noahs Ark oteli
Mehmanxana 2008-ci ildə tikilmişdir.
5 mərtəbəli, 28 otaqlı
Ünvan: İçəri Şəhər, Məmmədyarov küç.
Şərait: ventilyasiya, kondisioner, vanna otağı su masajı ilə, vanna otağı duşla, dəhlizdə vanna otağı, radio, televizor, peyk televiziyası, çarpayının yanında telefon, masanın üstündə telefon, faks, lokal şəbəkə, açılan pəncərələr, səs keçirməyən pəncərələr, şalvar üçün pres, mini bar, seyf, kosmetik güzgü, fen, büro, eyvan.
Həmçinin: qeydiyyat dayağı olan vestibül, seyf, konfransların keçirilməsi üçün şərait, restoran, biznes mərkəzi, bağ/park, kafe/bistro, allergiyası olanlar üçün otaqlar, əlillər üçün otaqlar, arabada olan əlillər üçün otaqlar, restoran, tüstü detektorları, siqaret çəkməyənlər üçün otaqlar, telefon, beynəlxalq telefon xətti, internetə çıxış, vestibül, pullu avtomobil dayanacağı, pulsuz qapalı avtomobil dayanacağı, avtobus dayanacağı.
İdmanla məşğul olmaq üçün tennis, qapalı hovuz, trenajor zalı, bilyard, boulinq nəzərdə tutulmuşdur.


http://www.noahsark-hotel.com/index_az.html

Kiçik Qala 98
Mehmanxana 1905-ci ildə inşa olunmuşdur, beynəlxalq GEF LLC mehmanxanalar qovşağına daxildir.
Ünvan: Bakı, İçərişəhər.
Mehmanxana 3 mərtəbəlidir, 13 otaqlıdır.
Şərait: kondisioner, vanna otağı duşla, televizor, peyk televiziyası, çarpayının yanında telefon, açılan pəncərələr, səs keçirməyən pəncərələr, mini bar, seyf, fen, büro, eyvan.
Həmçinin: qeydiyyat dayağı olan vestibül, seyf, konfransların keçirilməsi üçün şərait, restoran, biznes mərkəzi, vegetarianlar üçün yemək, restoran, tüstü detektorları, siqaret çəkməyənlər üçün otaqlar, telefon, beynəlxalq telefon xətti, internetə çıxış, vestibül, pulsuz avtomobil dayanacağı, avtobus dayanacağı. İdmanla məşğul olmaq üçün çimərlik mövcuddur.


http://www.hotelgef.com/98.html

Sərin
Mehmanxana 2000-ci ildə inşa olunmuşdur və beynəlxalq Serin Company Ltd mehmanxanalar qovşağına daxildir.
3 mərtəbəlidir.
Ünvan: Bakı, Babək prospekti, 76.
Şərait: ventilyasiya, kondisioner, vanna otağı vanna ilə, radio, televizor, peyk televiziyası, çarpayının yanında telefon, masanın üstündə telefon, faks, açılan pəncərələr, səs keçirməyən pəncərələr, mini bar, seyf, kosmetik güzgü, fen, büro, eyvan.
Həmçinin: qeydiyyat dayağı olan vestibül, seyf, konfransların keçirilməsi üçün şərait, restoran, biznes mərkəzi, vegetarianlar üçün yemək, restoran, tüstü detektorları, siqaret çəkməyənlər üçün otaqlar, telefon, beynəlxalq telefon xətti, internetə çıxış, vestibül, pulsuz avtomobil dayanacağı, pulsuz qapalı avtomobil dayanacağı, avtobus dayanacağı.
İdmanla məşğul olmaq üçün çimərlik, tennis, balıq tutmaq, at çapmaq, stadion, piyada zolaqları, açıq hovuz, boulinq nəzərdə tutulmuşdur.


http://www.serin.az/otaqlar_h.htm

Ambassador
Address: AZ 1078 934, Samad Vurgun str.
Ünvan: Bakı, Səməd Vurğun küç. 934.
Şərait: ventilyasiya, kondisioner, vanna otağı vanna ilə, vanna otağı su masajı ilə, vanna otağı duşla, radio, televizor, peyk televiziyası, masanın üstündə telefon, faks, açılan pəncərələr, səs keçirməyən pəncərələr, şalvar üçün pres, mini bar, seyf, kosmetik güzgü, fen, büro.
Həmçinin: qeydiyyat dayağı olan vestibül, biznes mərkəzi, seyf, konfransların keçirilməsi üçün şərait, inzibati mərtəbə, damda bağ, disko/klub, kafe/bistro, restoran, vegetarianlar üçün yemək, restoran, tüstü detektorları, siqaret çəkməyənlər üçün otaqlar, telefon, beynəlxalq telefon xətti, internetə çıxış, TV otaq, vestibül, pulsuz avtomobil dayanacağı, pulsuz qapalı avtomobil dayanacağı, avtobus dayanacağı, sauna, allergiyası olan insanlar üçün otaqlar, arabalı əlillər üçün otaqlar, fontan, lift.
İdmanla məşğul olmaq üçün qapalı hovuz, trenajor zalı mövcuddur.


http://www.hotelambassador.az/en/default.html

Crown
Mehmanxana 2007-ci ildə tikilmişdir və beynəlxalq The Crown Hotel mehmanxanalar qovşağına daxildir.
9 mərtəbəlidir.
Ünvan: Bakı, Neftçi Qurban Abbasov küc.7.
Şərait: kondisioner, vanna otağı vanna ilə, vanna otağı duşla, televizor, peyk televiziyası, masanın üstündə telefon, faks, lokal şəbəkə, səs keçirməyən pəncərələr, şalvar üçün pres, mini bar, seyf, kosmetik güzgü, fen, büro, eyvan.
Həmçinin: qeydiyyat dayağı olan vestibül, seyf, filmləri sifariş etmək imkanı, biznes mərkəzi, konfransların keçirilməsi üçün şərait, canlı bitki və ağaclarla bəzədilmiş otaq, açıq havada restoran, restoran, bar, istirahət otağı, qəzet dayağı, tüstü detektorları, siqaret çəkməyənlər üçün otaqlar, telefon, beynəlxalq telefon xətti, TV otaq, vestibül, pulsuz avtomobil dayanacağı, sauna, fontan, lift.
İdmanla məşğul olmaq üçün qapalı hovuz, trenajor zalı mövcuddur.


http://www.crownhotelbaku.com/

Red Lion
Mehmanxana 2006-cı ildə inşa olunmuşdur və beynəlxalq RED LION mehmanxanalar şəbəkəsinə daxildir.
4 mərbəli, 22 otaqlıdır.
Ünvan: Bakı, Y.Məmmədəliyev, 7.
Şərait: kondisioner, vanna otağı vanna ilə, vanna otağı duşla, radio, televizor, peyk televiziyası,çarpayının yanında telefon, faks, səs keçirməyən pəncərələr, mini bar, seyf, kosmetik güzgü, fen, büro, eyvan.
Həmçinin: qeydiyyat dayağı olan vestibül, biznes mərkəzi, seyf, filmləri sifariş etmək imkanı, istirahət zonası, açıq havada restoran, kafe/bistro, restoran, bar, istirahət otağı, tüstü detektorları, siqaret çəkməyənlər üçün otaqlar, telefon, beynəlxalq telefon xətti, internetə çıxış, TV otaq, vestibül, pulsuz avtomobil dayanacağı. İdmanla məşğul olmaq üçün bilyard mövcuddur.


http://www.redlion.az/<

East Legend Panorama
4 mərtəbəli, 18 otaqlıdır, dəniz kənarında yerləşir.
Ünvan: Bakı, Bayıl, Xanlar küç. 38.
Şərait: ventilyasiya, kondisioner, vanna otağı duşla, radio, televizor, peyk televiziyası, masanın üstündə telefon, faks, açılan pəncərələr, lokal şəbəkə, internetə çıxış, mini bar, seyf, kosmetik güzgü, fen.
Həmçinin: qeydiyyat dayağı olan vestibül, biznes mərkəzi, seyf, konfransların keçirilməsi üçün şərait, restoran, vegetarianlar üçün yemək, bar, istirahət otağı, restoran, tüstü detektorları, siqaret çəkməyənlər üçün otaqlar, telefon, beynəlxalq telefon xətti, internetə çıxış, TV otaq, pulsuz avtomobil dayanacağı, pulsuz qapalı avtomobil dayanacağı, avtobus dayanacağı, sauna.
İdmanla məşğul olmaq üçün çimərlik, açıq hovuz, trenajor zalı mövcuddur.


Girkan Inn Bakı
3 mərtəbəli, 6 lüks otaqlıdır.
Ünvan: Bakı, Neftçilər pr. 81.
Mehmanxana şəhərin mərkəzində, Qız Qalasına baxır, yaxınlıqda Prezident Sarayı, Xaqani Ticarət Mərkəzi yerləşir. Mərkəzdən otelə məsafə cəmi 200 m. Şəhərin ən məşhur restoran və biznes ofisləri yaxınlıqda yerləşir.


http://www.hotel-az.com

Balion oteli
Birmərtəbəli, 20 otaqlı.
Ünvan: Bakı, Tərlan Əliyarbəyov küç. 12
Şərait: sürətli internet, yuma və kimyəvi təmizləmə, peyk televiziyası, tüstü detektorları, avtomobillərin kirayəsi, mini bar, çoxdilli işçi heyəti, xəbərlər agenti, hədiyyələr mağazası, butik, şəxsi sazlanma kondisioner sistemi, trenajor zalı, hovuz, təhlükəsizlik qutusu, fen, yemək otağı və mətbəx, şəhər daxilində və kənarına təşkil olunmuş turlar, hər otağın təkrarolunmaz dizaynı, eyvanlar, bütün tipli restoranlara, gecə klublarına səfərlər.


http://www.balionhotel.com/

Buta Guest House
5 mərtəbəli, 9 otaqlı.
Ünvan: AZ 1095, Bakı, İçərişəhər
Buta Guest House şəhərin tarixi məkanında, Şirvanşahlar Sarayı və Yunanıstan Səfirliyinin yanında yerləşir. Otelin əlverişli yerdə yerləşməsi şəhərin hər hansı bir hissəsinə tez çatmağa imkan yaradır. Bütün otaqlarda müasir vanna otaqları, bar, soyuducu, tənzimlənən kondisionerlər, peyk televiziyası, televizor, telefon və istilik sistemi mövcuddur.


Holiday Inn Bakı Aeroportu
4 mərtəbəli, 207 otaqlı
Ünvan: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı
Bu yaxında inşa olunmuş otel Heydər Əliyev adına Beynəlxalq Hava Limanının yanında yerləşir və InterContinental Hotels Group otellər şəbəkəsinə daxil olan birinci oteldir. Otel həm biznesmenlər həm də turistlər üçün əlverişlidir. Oteldə uşaqlar üçün yer, pulsuz yemək, bütün otaqlarda sürətli internet mövcuddur. Vestibül və konfrans zalları Wi-Fi sistemləri ilə təchiz olunub. Oteldə 450 qədər qonaq qəbul etmək, işgüzar və ictimai görüşlər keçirmək üçün 8 otaq düzəldilmişdir.
Şərait: avtomobil dayanacağı, beynəlxalq mətbəx, restoran, bar. Şəhərə qədər avtobus fəaliyyət göstərir. Həmçinin, açıq və qapalı hovuz, masaj, fitnes və ən müasir gözəllik proseduraları təklif olunur.


http://www.ichotelsgroup.com/h/d/hi/1/en/hotel/bakap

Excelsior Bakı oteli
Ünvan: AZ 1154, Bakı, Heydər Əliyev pr., 2
Otel ənənə və innovasiyanın müasir dəbdəbə ilə vəhdətini özündə əks etdirir. Eyni zamanda antikliyi də burada görmək olur. Excelsior Hotel Baku oteli təmtəraqlı üslub və zərifliklə ilə seçilir. Bütün 61 qonaq otaqları və dəbdəbəli lyuks otaqlar zövqlə dekorasiya olunub. Oteldə restoran, barlar, müasir gimnastik zal, böyüklər və uşaqlar üçün açıq və qapalı hovuzlarla Aura Wellness spa Mərkəzi, tennis kortu, 2 skvoç-kort, yay terrası, spa və relaksasiya otaqları.


http://www.excelsiorhotelbaku.az/

AYF Palace
8 mərtəbəli, 18 otaqlı
Ünvan: Bakı, Xətai pr. 39
Şərait: ventilyasiya, kondisioner, peyk televiziyası, fen, telefon, şəxsi kompüter və internet, seyf, mini bar içkilərlə, 24 saat xidmət, yuma və kimyəvi təmizləmə. Hər otaq (bir nəfərlik lyuks - 40 м2, kral otağı - 72 м2, prezident otağı – 220 м2) şəhərə baxır, eyni zamanda, geniş yataq otaqları, jakuzi, interyer və kabinet vardır. Palace Hotel pulsuz xidmətlər göstərir: hava limanından otelə çatdırılma, səhər yeməyi, sifarişlərin gecə-gündüz çatdırılması, pulsuz internet, əyləncə mərkəzi. Əlavə məlumat: ödəniş manatla həyata keçirilir, oteldə valyutaların mübadiləsi məntəqəsi fəaliyyət göstərir.


http://ayf-palacehotel.com/

12inn Bulvar
3 mərtəbəli, 12 otaqlı
Ünvan: Bakı, Üz. Hacıbəyov küç. 27
Otel Bakının biznes və əyləncənin mərkəzində, tarixi İçəri Şəhərdən piyada 5 dəqiqəlik yoldur. Həmçinin, əsas mədəniyyət və incəsənət ocaqlarına, səfirliklərə çox yaxındır.


Empire Bakı oteli
Empire Hotel Baku
Ünvan: AZ 1010, Bakı, Xaqani küç. 49
Empire Hotel şəhərin mərkəzində yerləşir. Heç bir nəqliyyat vasitəsindən istifadə etmədən tarixi İçəri Şəhəri ziyarət etmək olar. Otel Dənizkənarı Milli Parkın yaxınlığındadır. Qonaqlar şəhərin mərkəzində dəbdəbəli restoran və barlara baş çəkməklə yerli və beynəlxalq mətbəxindən dada bilər, bununla da Bakıda olmaqlarından zövq almaq imkanını əldə etmiş olurlar.


Ramada Bakı
7 mərtəbəli, 82 otaqlı
Ünvan: AZ 1023, Salyan şossesi, Şixov çimərliyi
Şərait: aeroportdan avtobus, otaqlarda və ictimai yerlərdə pulsuz internet, iki restoran, beynəlxalq və milli mətbəx, gecə yarısına qədər pab-bar, dəniz kənarında yerləşir, şəxsi çimərlik, dəniz idman növləri ilə məşğul olmaq imkanı, yarı olimpiya açıq və qapalı hovuz, tam təchiz olunmuş gimnastika zalı, sauna və buğxana, uşaq maneji, aeroportda VİP servis, tennis kortu, konfrans-zallar, banket və biznes mərkəzi, qənnadı mağazası, açıq hovuzun yanında bar, valyuta dəyişmə, aptek, suvenir mağazası.


http://www.ramadabaku.com/en/index.html

İrşad oteli
15 otaqlı
Ünvan: Bakı, Vaqif küç. 11a
İrşad oteli Caparidze parkının yanında yerləşir. Hər otaq özünəməxsus bəzədilib. Otaqlarda peyk televiziyası, kondisioner, mərkəzi isitmə sistemi, telefon, jakuzi və mini barla vanna otağı mövcuddur.


http://www.irshad.in-baku.com/

Radisson SAS Plaza oteli
17 mərtəbəli, 40 otaqlı
Ünvan: AZ 1000, Bakı, Nizami küç. 340
5 ulduzlu otelin bütün otaqları lyuksdur. Otel müasir ofis binası olan Isr plazanın yuxarı mərtəbəsində yerləşir. Xəzər dənizinə və köhnə Bakıya baxır, şəhərin biznes və mədəni mərkəzində, İçərişəhər və başqa görməli yerlərinin yaxınlığında yerləşir, internet pulsuzdur.


http://www.radissonsas.com/

Sultan Inn Boutique oteli
3 mərtəbəli, 11 otaqlı
Ünvan: AZ 1095, Bakı, Böyük Qala küç. 20
Şərait: ənənəvi Aralıq dənizi və milli mətbəx, bar, terrasa, Bakının tarixi hissəsinə və Qız Qalasına baxan restoran, siqaret çəkməyənlər üçün otaqlar, əl ilə tənzimlənən kondisioner, buxarı, peyk televiziyası, simsiz internet, mini bar, elektron seyf, fen, birbaşa telefon, gecə-gündüz servis.


http://www.sultaninn.com/en/

Park Hyatt Bakı
159 otaqlı
Ünvan: AZ 1065, Bakı, İzmir küç. 1033
Şərait: Hyatt Beynəlxalq Mərkəzinə bitişikdir, müasir gimnastika zalı, aerobika studiyası, açıq və qapalı hovuz, tennis və skvoş kortları, sauna və buğxanalı 3 mərtəbəli fitnes və sağlamlıq mərkəzi. Oteldən nəqliyyat vasitəsi ilə şəhərin mərkəzinə 5 dəqiqəlik, Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanına 30 dəqiqəlik yoldur.


http://baku.park.hyatt.com/hyatt/hotels/

Premier oteli
6 mərtəbəli, 19 otaqlı
Ünvan: AZ 1069, Bakı, Ş.Rəhimov küç. 28
Şərait: otelin vestibülu Azərbaycanın tanınmış rəssamlarının əsərləri ilə bəzədilib, gözəl milli və beynəlxalq mətbəx, sauna, açıq hovuz, otaqlarda və prosedura otaqlarında masaj, aeroporta və şəhərin digər istiqamətlərinə avtobus, gecə-gündüz servis və çoxdilli ştat, hədiyyə mağazası, aktiv istirahət üçün avtomobillər təklif olunur, simsiz internet, peyk televiziyası, iqlim nəzarəti, mini bar, fen, xələt, şap-şap, seyf.


http://www.premierhotel.az/

Grand Europe oteli
9 mərtəbəli, 94 otaqlı
Ünvan: Bakı, Tbilisi pr. 30
Mehmanxanadan şəhərin əsas biznes və hökumət binalarına bir neçə dəqiqəlik yoldur. Həmçinin, otel Beynəlxalq Sərgi Mərkəzinin yanında yerləşir. Mehmanxanadan Xəzər dənizinə gözəl mənzərə açılır. Müasir dizaynı və qədimliyi birləşdirən mehmanxana unikal üsluba malikdir.


Austin Bakı oteli
Ünvan: AZ 1095, Bakı, Nizami küç. 58
4 ulduzlu Austin Hotel Baku mehmanxanasından Heydər Əliyev adına Beynəlxalq Hava Limanına 30 dəqiqəlik yoldur. Otel əsas biznes, əyləncə mərkəzlərinin, dünya səviyyəli restoran və mağazaların əhatəsində yerləşir. Oteldə 31 sadə və lyuks otaqlar, kondisioner, beynəlxalq çıxışı olan telefon, internet, sauna, qapalı hovuz, su masajı, aroma terapiyalı jakuzi, fitnes.


http://austinhotel.az/

Hyatt Regency Bakı
4 mərtəbəli, 160 otaqlı
Ünvan: AZ 1065, Bakı, Bakıxanov küç. 1
Oteldən nəqliyyat vasitəsi ilə şəhərin mərkəzinə 5 dəqiqəlik, Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanına 30 dəqiqəlik yoldur.


http://www.baku.regency.hyatt.com/hyatt/hotels/index.jsp

Park Inn Azərbaycan
10 mərtəbəli, 248 otaqlı
Ünvan: AZ 1000, Bakı, Azadlıq pr. 1
Mehmanxana şəhərin mərkəzində yerləşir və Xəzər dənizinə baxır. Oteldən İçərişəhərə və Fəvvarələr Meydanına piyada 5-10 dəqiqəlik yoldur. Biznes mərkəzləri, səfirliklər yaxınlıqda yerləşir. Otelin həmçinin avtomobillər üçün rahat dayanacağı var.


http://www.baku.rezidorparkinn.com/

REGİONLARDA İSTİRAHƏT ZONALARI


I. Şimal istiqaməti.

Quba (Bakıdan 168 km məsafədə). Zəngin bitki örtüyü və çoxlu sayda alma bağları olan mənzərəli diyardır. Bura gələn turistlərin maraqla baş çəkdikləri yerlərdən Afurca, Kunxart və Pirbənövşə şəlalələrini, Qəçrəş, Nügədi, Təngə Altı kurort yerlərini, isti hidrogen sulfidli bulaq suları ilə doldurulmuş qədim daş hovuzlarını göstərmək olar. Sakinləri dünyanın heç bir yerində heç kimin bilmədiyi bir dildə danışan yüksək dağ kəndi olan Xınalıqda odpərəstlərin IX əsrə aid nadir məbədi qalmaqdadır. Digər memarlıq abidələrindən Ağbil kəndindəki məqbərəni, Cümə məscidini və Səkinə-xanım məscidini, qədim qüllələri qeyd etmək olar.

İstirahət üçün “Long forest”, “Cənnət Bağı”, “Balbulağ”, “Olimpiya Mərkəzi”, “Uzun Meşə”, “Quba”, “Şahdağ”, “Qəçrəş” istirahət zonalarını təklif edilir.

Xaçmaz (Bakıdan 157 km məsafədə). Xəzərin düz sahilinədək sıx bitən meşələr üçün mülayim iqlim ideal şərait yaradır və şəhərin tüstü və səs-küyündən istirahət etməyə can atan çoxlu sayda turistləri özünə cəlb edir. Burada çoxlu mineral bulaqlar var, onların içərisində ən məşhuru fəvvarə vuran “İstisu”dur. Xaçmaz bölgəsi həmçinin tarixi, mədəni və memarlıq abidələri ilə zəngindir. Bunlardan qədim Xudat qala-şəhərini, Şah Abbas məscid-mədrəsəsini, Şeyx Yusif (XV əsr) məscidini, bürünc dövrünün qədim yaşayış məskənlərini və kurqanlarını, Dərbənd qalasının “Dəmir Qapılarını” göstərmək olar. Bu bölgənin ən böyük turist zonası çoxsaylı çimərlikləri, mənzərəli sahilləri, inkişaf etmiş turizm infrastrukturu olan Nabrandır. Müxtəlif səviyyəli çoxlu istirahət zonaları, kafelər, restoranlar, gecə diskotekaları Nabranda istirahəti maraqlı və yaddaqalan edir.

Nabranda “Palermo”, “Qrin Villa”, “Atlant”, “Lotos”, “Akva park”, “Dalğa”, “Ober Lyuks”, “Orman”, “Palermo”, “Mayak”, Seyidli qəsəbəsində “Meşəbəyi evi”, “Mirvari”, “Elvin”, “Malibu” istirahət zonalarını təklif edilir.

Dəvəçi (Bakıdan 122 km məsafədə). Rayon Böyük Qafqazın dağətəyi zonasında yerləşən “Qalaaltı” müalicəvi mineral bulağı, ovçuluq və balıqçılıq təsərrüfatları, tarixi abidələri (qədim Çıraq Qala qalasının qalıqları, Şabran qədim yaşayış məskəni, qədim memarlıq abidələri), dağ, dərə və meşələrin əsrarəngiz mənzərələri ilə məşhurdur.

Qusar (Bakıdan 180 km məsafədə). Dağıstan ilə həmsərhəd rayondur. Enliyarpaqlı meşələrlə örtülmüş, çoxlu sayda bulaqları, şəlalələri, kiçik gölləri olan bu dağlıq ərazi istirahət üçün cəlbedicidir. Burada Azərbaycanın ən yüksək nöqtəsi – Bazardüzü dağı (4466 m) yerləşir. Böyük bir ərazidə dövlət qoruğu yaradılıb. Yay sərinliyi ilə fərqləndiyi halda, qış şaxtalı hava və davamlı qar örtüyü həvəskarlarını özünə cəlb edir. Siz “Alistan baba” fıstıq meşəsində və xalçaçılıq, ağac üstə oyma, tikmə sənəti kimi xalq tətbiqi incəsənət növləri ilə tanışlıq marşrutu üzrə gəzintiyə çıxa bilərsiniz.

Rayonun tarixi abidələrindən XV əsrin Şeyx Cüneydə məqbərəsini, 170 il əvvəl burada olmuş rus şairi Lermontovun muzeyini xüsusi qeyd etmək olar. Ekzotik mətbəx həvəskarları kiçik yerli restoranlarda ətirli göyərtilər və kəskin ədviyyatlar əlavə edilmiş qeyri-adi dada malik zərif ət xörəklərindən dada bilərlər.

“Suvar”, “Qaya Bulaq” istirahət zonalarında istirahət etməyi təklif edilir.

Xızı (Bakıdan 104 km məsafədə yerləşir). Bakının yaxınlığında yerləşən dağ rayonudur. Mülayim quraq iqlimə malikdir. Şərqdən Xəzər dənizi ilə əhatələnən rayonun çox hissəsi meşələrlə örtülüdür. Rayonun diqqətəlayiq yerlərindən biri özünün möcüzəli formasına görə Beşbarmaq adlandırılan və çoxlu əfsanələr qoşulmuş Beşbarmaq dağıdır.

Rayonda, həmçinin, Azərbaycanın təbii gözəlliyə malik olan yerlərindən biri – Altıağac yerləşib. Burada zəngin flora və faunası olan Altıağac Milli parkı yaradılıb. Rayonda çoxlu tarixi abidələr var: Başbarmaq qalasının divarları (VIII əsr), antik şəhərin və Xızı qalasının (V əsr) xarabalıqları və s.

“Cənnət bağı” istirahət zonasını təklif edilir.

Şimal istiqamətində təklif edilən turlar:

İl boyu turlar:

Bakı-Quba-Bakı (2 gün). Quba şəhəri “Olimpiya Mərkəzində” yerləşdirməklə;

Bakı-Qusar-Bakı (3 gün) “Suvar” istirahət zonasında yerləşdirməklə;

Qıs turları:

Bakı-Dəvəçi-Bakı, Dəvəçi şəhərində “Karvan” motelində yerləşdirməklə;

Yay turları:

Bakı-Quba-Nabran-Bakı (6 gün), Quba şəhərində “Olimpiya Mərkəzində” (2 gün) və Nabran qəsəbəsində ”Lotos” və ya “Mayak” turbazalarında (4 gün) yerləşdirməklə.

II. Şimal-Qərb istiqaməti.

Şamaxı (Bakıdan 135 km məsafədə). Şamaxının ətrafı valehedici çəmən və meşələr, dağ xizək idmanı və alpinizm üçün əlverişli olan qarlı dağlardır. Dağlarda həmçinin Pirqulu qoruğu yerləşir, N.Tusi adına astrofizika observatoriyası fəaliyyət göstərir.

Şamaxı tarixi 3000 ildən az olmayan qədim şəhərdir. Bizim dövrdə turistlər Gülüstan və Qala-Buqurt qalalarının qalıqlarına, Şirvan xanlarının sərdabəsinə, orta əsr türbələrinə, iki minarəli Cümə məscidinə (743 il), qədim yeraltı hamamlı karvan – saray kompleksinə (XIV əsr) və keçmişin digər tikili və memarlıq abidələrinə baş çəkə bilərlər.

Şamaxı rayonu istənilən kəndində dadına baxmaq mümkün olan desert çaxırları ilə məşhurdur. Meşə meyvələri və müalicə otlarının bolluğu ilə diqqəti cəlb edir.

İstirahət üçün “Fortuna”, “Xarı bülbül”, “Cənnət bağı”, “Dədə Qorqud”, “Dağlar qoynunda”, “Samir”, “Pirqulu”, “Sehrli həyat” turist bazalarını təklif olunur.

İsmayıllı (Bakıdan 185 km məsafədə). Burada iqlim düzən və dağətəyi zonada mülayim isti, yüksək dağlarda soyuqdur. Rayonda müxtəlif bitki və heyvan növləri qorunan “İsmayıllı” qoruğu yaradılıb. Qasımxan, Cavanşir, Qırxoşaq qalalarının qalıqları, əfsanəvi Fitdağ qalası, Xan qalası və Xanarlı kəndində “Qız qalası” (11-12 əsrlər) keçmiş və tarix həvəskarları olan bir çox turistləri özünə cəlb edir.

“Lahıc” istirahət zonasını, “Talisman” motelini təklif olunur.

Qəbələ (Bakıdan 225 km məsafədə). Meşələrlə örtülmüş dağlar, büllur bulaqlar, əsrarəngiz subalp və alp çəmənlikləri, yaşı 500 ildən çox olan kiçik şabalıd meşəsi müxtəlif yaşlı çoxsaylı istirahətçiləri bura cəlb edir.

Burada qədim şəhərin qalıqları, türbələr və müqəddəs pirlər, məscidlər və qalalar, məbədlər, IX əsrə məxsus qədim müdafiə tikilisi və digər çoxlu sayda keçmişə məxsus abidələr vardır.

Qəbələ rayonu çoxdan bəri istər qısamüddətli və uzunmüddətli istirahət, istərsə də qədim diyara ekskursiyalar təklif etməklə gələn qonaqlara xidmət göstərmək üzrə ixtisaslanmışdır.

Şəki-Qax-Zaqatala regionu (Bakıdan 300-370 km məsafədə). Bu regionun ərazisi Böyük Qafqazın cənub yamacında yerləşib, fistıq, vələs, şabalıd, qoz, palıd və digər ağaclardan ibarət olan meşələrlə örtülmüşdür. Burada yerləşmiş Zaqatala, İlisu və Türyançay qoruqlarında çoxlu nadir heyvanlar yaşayır və təbii şəraitdə nadir Eldar şamı bitir.

Burada bitən bəzi çinarların yası 500 ildən çoxdur. Zaqatala şəhərindəki “Dədə Qorqud” parkında isə 8 çinardan birinin yaşı 700 ilə çatır. Şəkidən şimalda Gələrsən-Görərsən ərazisində əl dəyilməmiş meşələr uzanır, bura təmiz hava ilə nəfəs almağa gəlirlər. Əsası 2600 il əvvəl qoyulmuş Şəki şəhəri çoxsaylı tarixi abidələri ilə turistləri özünə cəlb edir. Böyük memarlar tərəfindən tikilmiş qədim yaşayış yerləri, qalalar, qüllələr, məscidlər, Şəki xan sarayı, XVIII əsrin karvansarayları, həmçinin Hacı Muradın qəbri. Şəki rayonunun Kiş kəndində əsası II əsrdə qoyulmuş Müqəddəs Yelisey kilsəsi-ən qədim alban məbədi qalmışdır.

Şəki sənətkarları özlərinin digər işləri, dulusçuluq nümunələri, metal və ağac suvenirləri, ipək parçaları və xalçaları ilə məşhurdur. Zəngin Şəki mətbəxi, xüsusilə onun şirniyyatları Azərbaycandan uzaqlarda da məşhurdur.

Şəkidə “Şəki-Karvansaray”, “Şəki-Olimpik” mehmanxana komplekslərini, “Marxal”, “Səadət”, “Gələrsən-Görərsən” istirahət zonalarını, “Sahil” mehmanxanasını, Zaqatalada “Ləzzət” istirahət zonasını, Qaxda “İlisu” və “Qax İstirahət Evi” istirahət zonalarını və “Şəfa” pansionatını təklif olunur.

Şimal-qərb istiqamətində təklif edilən turlar:

Bakı-Şamaxı (2 gün) – İsmayıllı (2 gün) – Qəbələ (2 gün) – Zaqatala (2 gün) – Bakı;

Bakı – Şamaxı – Bakı (2 gün);

Bakı – Zaqatala – Bakı (İsmayıllı, Lahıc, Basqal, Qəbələ və Oğuza ekskursiyalar ilə) – 3 gün.

III. Cənub istiqaməti.

Masallı (Bakıdan 232 km məsafədə). Rayon bir tərəfdən Xəzər dənizi, digər tərəfdən Talış dağları ilə əhatə olunub. Burada çox gözəl iqlim meşələrində kiçik göllər və şəlalələr, ən məşhuru İstisu bulağı olan çoxlu kükürdlü bulaqlar var.

Tarixi abidələri XVI-XIX əsrlərə aid məscidlər, Seyid Sadıq məqbərəsi, Ərkivan qalası ilə təmsil olunur. Ənənəvi sənətkarlıq sirləri nəsildən nəslə ötürülür.

Rayonun kəndlərində ağacdan düzəldilmiş rəngarəng, xırda məmulatlar, xalçalar, orijinal hörülmüş həsir örtüklər tapmaq olar.

“Daşvənd”, “Türkan”, “Dəmirağac”, “Rasim” mehmanxanalarını, “İstisu” sanatoriyasını, “Nil bağı” istirahət zonasını, “Masallı” mehmanxanasını təklif olunur.

Lənkəran-Astara (Bakıdan 268-313 km məsafədə). Subtropik iqlim, çaylar və isti bulaqlar il boyu tərəvəz yetişdirilməsi, həmçinin burada çoxlu meyvə bağlarının və çay plantasiyalarının salınması üçün əlverişli şərait yaradır.

Hündür olmayan Talış dağları relikt ağaclar üstünlük təşkil edən meşələrlə örtülmüşdür. Rayonun ərazisində yerləşən Hirkan Milli Parkı və Qızılağac qoruğunda çoxlu nadir heyvanlar – maral, cüyür, vaşaq, canavar yaşayır və hətta nadir halda pələngə da rast gəlinir.

Xüsusilə Astarada yaxşı çimərliklər (qumlu, çınqıllı) var, su burada çox şəffaf və təmizdir. Memarlıq abidələrindən Lənkəranda Ballabur qalası, xan sarayı, XIX əsrə aid məscid və minarə, Astarada qədim qalanın xarabalıqları, XVII əsr karvansarayı, XII əsr məqbərəsi qalmışdır. Yerli mətbəx özünün balıqdan, ov quşlarının ətindən olan, qeyri-adi ədviyyatlar istifadə edilər xörəkləri ilə xüsusilə məşhurdur.

İstirahət üçün Lənkəranda “Lənkəran Otel Qala”, “Xəzər” mehmanxanalarını, “Hirkan” motelini, “Xan Bülan” pansionatını, “1001 gecə” istirahət bazasını və Astarada “Savalan” mehmanxanasını təklif edilir.

Cənub istiqamətində təklif edilən turlar:

Bakı – Masallı – Bakı (3 gün);

Bakı – Lənkəran – Bakı (Astaraya ekskursiya ilə) – 3 gün.

IV. Qərb istiqaməti.

Gəncəbasar (Bakıdan 300 km məsafədə). Bu ad altında məşhur olan zonaya Azərbaycanın qərbində Gəncə, Mingəçevir, Qazax, Ağstafa və digər şəhərlərin ətraf ərazilərində yerləşən 10 rayon daxildir.

Şərqin qədim mərkəzlərindən olan bu region tarixi, memarlıq və dini abidələrlə boldur. Onların içərisində Gəncədə XIX əsrin Cümə məscidini, Şeyx İbrahimin və Nizaminin məqbərələrini, XVI əsrin İmamzadə kompleksini, şəhər hamamlarını, orta əsr qalasını, Qazaxda XII əsrə aid nadir “Sınıq körpü”nü, Xanlarda bürünc əsrinin kurqanları, qədim qala və qüllələri, Şəmkirdə gözəl feodal qəsrini göstərmək olar. Bu zonada mülayim iqlim hakimdir, dağ meşə və çəmənliklərdə cüyür, dağ keçisi, qaban və bir çox digər heyvan növləri vardır. Gəncə şəhərindən 25 km məsafədə, ətrafında Göygöl qoruğu yaradılmış Azərbaycan təbiətinin incisi Göygöl yerləşib.

Bu regionun təbiətində digər baxımlı yerləri - “Qızıl Qala”, Aveydağ dağının mağaraları və zəngin tuqay meşələrini qeyd etmək olar. Regionda qədimdən xalçaçılıq, toxuma və tikmə, ipək, çini istehsalı inkişaf edib. Və əlbəttə qurmanlar çoxlu sayda olan kiçik restoranlarda, turist bazalarında və istirahət zonalarında yerli mətbəxin təkrarolunmaz zərif yeməklərini dada bilərlər.

Gəncədə “Hacıkənd” istirahət zonasını, “Kəpəz”, “Gəncə”, “Lyuks” mehmanxanalarını, Mingəçevirdə “Səməni” motelini və “Orxan”, “Səbuhi”, “Kür” mehmanxanalarını, Ağstafada “Ağstafa” mehmanxanasını təklif olunur.

Tövsiyə edilən marşrutlar:

Qış marşrutu:

Bakı – Gəncə (Qazağa, Ağstafaya, Tovuza ekskursiyalar. Və 2 gün Hacıkənd istirahət zonasında qalmaqla) – 4 gün

Yay marşrutu:

Bakı – Mingəçevir (Mingəçevir su anbarı sahilində istirahət ilə) – 3 gün;

Bakı – Gəncə (Göygöl, Maralgöl göllərinə, Xanlara, Şəmkir arıçılıq təsərrüfatına və alman koloniyaçılarının çaxır zirzəmilərinə səyahətlə) – 3 gün

V. Naxçıvan Muxtar Respublikası.

Naxçıvan Muxtar Respublikası ərazisinin çox hissəsi dəniz səviyyəsindən 1000 metr yüksəkdə yerləşən dağlıq diyar olmaqla zəngin təbii və nadir mədəni irsə malikdir. Onun paytaxtı – Şərqin qədim mədəni mərkəzlərindən biri olan Naxçıvan şəhərində çoxlu sayda muzey, mehmanxana, restoran və müasir Olimpiya kompleksi vardır.

Bu diyarın şəhərləri özünün tarixi abidələri, rahat küçə və meydanları, təkrarolunmaz qonaqpərvərliyi ilə seçilir. Respublikanın bitki aləmi enliyarpaqlı ağac növləri olan meşələrlə zəngindir. Burada çoxlu nadir heyvan növləri yaşayır.

Arasında Yusif Küseyr və Möminə xatun türbələri, Nəimi türbəsi, Əlincə qalası, Gilan şəhərinin xarabalıqları, qədim körpülər və s. olan çoxlu sayda tarixi və memarlıq abidələri qalmaqdadır. Qədim zamanlardan yerli sənətkarlar xalçaçılıq, tikmə, ağacda oyma, ipək parça istehsalı üzrə təkmilləşmişlər.

Naxçıvan şəhərində “Hotel Grand Nakhchivan”, “Ukrayna”, “Qartal”, “Azər”, “Gənclik”, “Xəyal” mehmanxanalarının, Culfa şəhərində “Araz”, Şərur şəhərində “Muğan” və “Şərur”, Şahbuz şəhərində “Şahbuz” mehmanxanalarında yerləşdirməyi təklif olunur.

yuxarı