AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT TORPAQ VƏ XƏRİTƏÇƏKMƏ KOMİTƏSİ



DTXK-nın tarixi

Dövlət Torpaq Komitəsi 17 iyul 1992-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin 54 saylı Fərmanı ilə yaradılmışdır. DTK 1996-cı ildən başlayaraq, əsası böyük Dövlət xadimi Heydər Əliyev tərəfindən hələ Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etdiyi dövrdə, yəni 1992-ci ildə Muxtar Respublikanın Julfa rayonunun Şurut və Gal kəndlərində qoyulmuş torpaq islahatlarının bütünlükdə respublika ərazisində həyata keçirilməsini icra etməyə başlamışdır. 2001-ci ildə ölkədə aparılan struktur islahatları çərçivəsində Dövlət Torpaq Komitəsi və Dövlət Geodeziya və Kartoqrafiya Komitəsi ləğv edilərək onların bazasında Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2001-ci il tarixli 460 nömrəli Fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yaradılmışdır.

Komitə Dövlət torpaq kadastrı, torpaqların monitorinqi, geodeziya, topoqrafiya, xəritəçəkmə, qravimetriya, torpaq islahatı, torpaq ehtiyatlarından səmərəli istifadənin təşkili, torpaqların münbitliyinin bərpası və artırılması, torpaq-vətəndaş münasibətlərinin tənzimlənməsi, ərazi vahidlərinin müəyyən edilməsi, geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Bundan başqa Komitə qanunvericilikdə müəyyən edilmiş qaydada torpaq üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının təşkili üçün texniki sənədləri hazırlayır, dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılması, ümumcoğrafi, torpaq, geobotaniki, siyasi-inzibati, elmi məlumat və digər sahələrarası mövzu xəritələrinin layihələşdirilməsini və nəşrini təmin edir.

Azərbaycan Respublikasının dövlət sərhədlərinin, o cümlədən sərhəd sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin delimitasiyası və demarkasiyası işlərini həyata keçirir.

Bu vaxtadək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin həyata keçirdiyi başlıca işlərdən biri torpaq islahatları olmuşdur. Bu mərhələdə torpaq payı almaq hüququ olan 3 milyon 500 minə qədər subyektə torpaq payı verilmişdir. Vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaqlar naturada onlara tanıdılmış və mülkiyyət hüququnu təsdiq edən dövlət aktları ilə təmin edilmişdir.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində olmuş ABŞ, Kanada, Türkiyə, Yaponiya, Fransa, İsveçrə, Finlandiya, Almaniya, Hollandiya və s. kimi ölkələrdən gəlmiş mütəxəssislər Komitənin müasir avadanlıq və informasiya texnologiyası ilə təmin olunma səviyyəsini çox yüksək qiymətləndirirlər. Respublikamızda aparılan torpaq islahatları digər MDB ölkələrinin daima marağına səbəb olmuş, bu istiqamətdə Azərbaycanda torpaq islahatlarının aparılması prosesini əhatə edən hüquqi bazanın öyrənilməsinə maraq göstərilmiş və prosesin idarə edilməsi və həyata keçirilməsi mexanizmlərinə xüsusi diqqət yönəldilmişdir. Hazırda Ukrayna, Rusiya, Belorusiya, Qazaxstan, Dağıstan, Tacikistan və s. kimi ölkələrin müvafiq qurumları ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi arasında sıx əməkdaşlıq mövcuddur.

DTXK-nın strukturu

I. Rəhbərlik

Sədr

Sədrin müavini

Sədrin köməkçisi

Hüquq üzrə baş məsləhətçi

II. Yerquruluşu və torpaq islahatı şöbəsi

Şöbə müdiri

Şöbə müdirinin müavini
 

1. Yerquruluşu sektoru 2. Torpaq islahatı sektoru
Sektor müdiri Sektor müdiri
Böyük məsləhətçi Böyük məsləhətçi
Böyük məsləhətçi Böyük məsləhətçi
Aparıcı məsləhətçi Aparıcı məsləhətçi
Məsləhətçi Məsləhətçi

III. Torpaq ehtiyatlarından istifadəyə, geodeziya və xəritəçəkmə işlərinə nəzarət şöbəsi

Şöbə müdiri
1. Torpaq ehtiyatlarının istifadə olunmasına və mühafizəsinə nəzarət sektoru 2.Geodeziya və xəritəçəkmə fəaliyyətinə nəzarət sektoru 3.Ərazi vahidləri sərhədlərinin müəyyənləşdirilməsi sektoru
Şöbə müdirinin müavini – sektor müdiri Sektor müdiri Sektor müdiri
Böyük məsləhətçi Böyük məsləhətçi Böyük məsləhətçi
Böyük məsləhətçi Məsləhətçi Böyük məsləhətçi
Aparıcı məsləhətçi   Aparıcı məsləhətçi
Məsləhətçi    
IV. Torpqların kadastrı və monitorinqi şöbəsi

Şöbə müdiri
1. Torpqların uçotu və monitorinqi sektoru
 
2.Torpaq bazarının təşkili sektoru 3. Hüquqi sənədlərin qeydiyyatı sektoru
 
4. Dövlət torpaq kadastrı fondu üzrə sektor
Şöbə müdirinin müavini – sektor müdiri Sektor müdiri Sektor müdiri Sektor müdiri
Böyük məsləhətçi Böyük məsləhətçi Böyük məsləhətçi Böyük məsləhətçi
Böyük məsləhətçi Böyük məsləhətçi Böyük məsləhətçi
 
Məsləhətçi
Aparıcı məsləhətçi Aparıcı məsləhətçi Aparıcı məsləhətçi  
Məsləhətçi Məsləhətçi    

V. Topoqrafiya, geodeziya və xəritəçəkmə şöbəsi

Şöbə müdiri

1. Topogeodeziya sektoru 2. Ekspertiza sektoru 3. Xəritəçəkmə sektoru
Şöbə müdirinin müavini – sektor müdiri
 
Sektor müdiri Sektor müdiri
Böyük məsləhətçi Böyük məsləhətçi Böyük məsləhətçi
Böyük məsləhətçi Aparıcı məsləhətçi Aparıcı məsləhətçi
Aparıcı məsləhətçi   Məsləhətçi
Məsləhətçi    

VI. İqtisadiyyat, maliyyə və mühasibat şöbəsi

Şöbə müdiri

1. Mühasibat uçotu sektoru
 
2.İqtisadi-planlaşdırma sektoru 3.Təsərrüfat, təchizat sektoru
Şöbə müdirinin müavini – sektor müdiri Sektor müdiri Sektor müdiri
Aparıcı məsləhətçi
 
Böyük məsləhətçi Məsləhətçi
Məsləhətçi Aparıcı məsləhətçi Böyük mütəxəssis-anbar müdiri
    Xadimə
    Baş mütəxəssis-sürücü
     Baş mütəxəssis-sürücü

VII. Xüsusi sektor

Sektor müdiri

Aparıcı məsləhətçi

Aparıcı məsləhətçi

VIII.Ümumi şöbə

Şöbə müdiri

Böyük məsləhətçi

Aparıcı məsləhətçi

Məsləhətçi

Məsləhətçi

Böyük mütəxəssis-katibə-stenoqrafçı

1.Mətbuat xidməti və analitik informasiya sektoru

Şöbə müdirinin müavini- sektor müdiri

Böyük məsləhətçi

Aparıcı məsləhətçi

DTXK-nın fəaliyyət istiqamətləri

Komitə ona həvalə olunmuş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

Torpaq ehtiyatlarından səmərəli istifadə olunması və onların mühafizəsi, torpaqların münbitliyinin bərpası və artırılması, yerquruluşu, geodeziya, topoqrafiya və kartoqrafiya sahəsində dövlət proqramlarını hazırlayır və aidiyyəti orqanlarla birlikdə onları həyata keçirir;

Torpaqların eroziyadan, şorlaşma, şorakətləşmə və müxtəlif antropogen və texnogen çirklənmələrdən mühafizəsi, torpaqların münbitliyinin qorunması layihələrini aidiyyəti təşkilatlarla birlikdə tərtib edir, həmin layihələrin yerinə yetirilməsinə nəzarət edir;

Dövlət torpaq kadastrının, torpaqların monitorinqinin aparılması, habelə Yerquruluşunun həyata keçirilməsi üzrə işləri və tədbirləri təşkil edir və həyata keçirir;

Torpaq islahatının həyata keçirilməsi, torpaqdan səmərəli istifadə olunması və onun mühafizəsi, geodeziya, topoqrafiya, qravimetriya və kartoqrafiya sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydada beynəlxalq təşkilatlarla, xarici ölkələrlə elmi-texniki əməkdaşlıq edir, onların təcrübəsini öyrənir və tətbiq edir, qanunvericiliklə müəyyən edilmiş qaydada xarici ölkələrin razisində geodeziya və kartoqrafiya işlərini həyata keçirir;

Torpaq haqqında məlumat bankı yaradır, torpaq, geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin tələblərinə hüquqi və fiziki şəxslər tərəfindən riayət olunmasına nəzarəti həyata keçirir.

Yay və qış otlaq sahələrinin inzibati-ərazi vahidləri arasında uzunmüddətli istifadə üçün bölüşdürülməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir;

Öz səlahiyyətləri daxilində torpaqların kənd təsərrüfatı və meşə təsərrüfatı dövriyyəsindən çıxarılması ilə əlaqədar olaraq kənd təsərrüfatı və meşə təsərrüfatı itkilərinin miqdarının müəyyən edilməsi barədə təkliflər verir;

Müəyyən olunmuş qaydada torpaq münasibətlərinin, geodeziya və kartoqrafiya fəaliyyətinin dövlət tənzimlənməsi ilə bağlı məsələlərə dair təlimatlar və göstərişlər qəbul edir, onların yerinə yetirilməsini təmin edir və icrasına nəzarət edir, zəruri hallarda müvafiq nazirük, dövlət təşkilatları və bələdiyyələr ilə həmin məsələlərə dair normativ hüquqi aktların layihələrini razılaşdıraraq qəbul edir;

Təsərrüfat fəaliyyətinin torpağa olan zərərli nəticələrini təhlili edir, torpaqda baş verən hər hansı mənfi proseslərin əmələ gəlməsini öncədən müəyyənləşdirir və onlara qarşı mübarizə tədbirlərinin hazırlanmasında, habelə ekoloji şəraitin, eləcə də sanitar və fitosanitar normaların pozulmasının qarşısının alınmasında müvafiq dövlət orqanları ilə qarşılıqlı fəaliyyət göstərir;

Dövlət torpaq kadastrının və torpaqların monitorinqinin aparılması, yerquruluşunun həyata keçirilməsi, torpaqların mənimsənilməsi və mühafizəsi, habelə torpaqların rekultivizasiyası ilə bağlı layihə-axtarış, elmİ-tətqiqat .və təcrübi-eksperimental işlərinin aparılmasını təşkil edir;

Torpaq sahələrinin yerquruluşu planından və dövlət kadastrı məlumatlarından çıxarışlar verir;

Hər il 1 yanvar vəziyyətinə əvvəlki il üçün torpaq fondunun növlərinə, torpaqların rekultivasiyasına, mülkiyyətçilər və istifadəçilər üzrə torpaq bölgüsünə, hər 5 ildən bir isə torpaqların keyfiyyətinə (bonitirovka, iqtisadi qiymətləndirmə) dair ilkin hesabatları tərtib edir;

Torpaq vergisi dərəcələrinin müəyyənləşdirilməsi üçün kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balları müəyyənləşdirir, habelə torpağın normativ qiymətinin müəyyənləşdirilməsinə və torpaqlardan səmərəli istifadə olunması və onların mühafizəsini təmin edir iqtisadi həvəsləndirmə tədbirlərinə dair təkliflər hazırlayır;

Münbitlik xassələrini itirmiş torpaqların müvəqqəti əkin dövriyyəsindən çıxarılmasına (konservasiyasına) dair təkliflər verir, torpaqların münbitliyinin bərpası, artırılması və onların mühafizəsi üzrə investisiya proqramlarının ekspertizasını həyata keçirir, gələcəkdə həmin sahələrin kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsi barədə təkliflər verir;

Torpaq ehtiyatlarından istifadə olunmasında proqramların, sxemlərin və yerquruluşu layihələrinin dövlət ekspertizasını aparır, o cümlədən şəhər və qəsəbələrin baş planlarının, rayonların perspektiv planlaşdırılması sxemlərinin və digər layihələrin torpaqla əlaqədar hissələrini araşdırır və müvafiq rəylər verir;

Müvafiq dövlət və bələdiyyə orqanları ilə birlikdə torpaq, aqrokimya, geobotanika və digər axtarış işlərinin aparılmasını təşkil edir;

Çirklənmiş, öz keyfiyyətini itirmiş və yararsız hala düşmüş (tənəzzülə uğramış ) torpaqların konservasiya edilməsinə dair təkliflərin hazırlanmasında iştirak edir;

Torpaq bazarı subyektlərinin hüquq və vəzifələrini əhali arasında təbliğ edir, torpaq bazarını tənzimləyən rəsmi məlumatların müntəzəm toplanmasını, xüsusi bülletenlər və kütləvi informasiya vəsaitləri ilə açıqlanmasını, habelə torpaq bazarının fəaliyyəti ilə bağlı öz səlahiyyətləri daxilində digər tədbirləri görür;

Müvafiq inzibati rayon vahidlərində torpaq kadastrının aparılması məqsədilə lazımi kadastr-planlama işlərini həyata keçirir;

Öz səlahiyyətləri daxilində və qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alıb rəsmiləşdirir, torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə bu hüquqları təsdiq edən müvafiq sənədlər verir;

Azərbaycan Respublikası ərazisində baş verən dəyişikliklərə uyğun olaraq topoqrafik, inzibati, coğrafi və məlumat xəritələrində olan bütün dəyişiklikləri yeni nəşr olunan xəritələrdə əks etdirilməsini təmin edir;

Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə uyğun olaraq rayon, şəhər, şəhər tipli qəsəbələr və digər yaşayış məntəqələrinin və bələdiyyələrin sərhədlərini naturada müəyyən edir və xəritələşdirilməsini həyata keçirir;

Vahid koordinat və hündürlük sistemində obyekt və sənaye komplekslərinin, şəhər və başqa yaşayış məntəqələrinin ərazisinin 1:2000 və daha böyük, tikilməmiş (açıq) ərazilərdə isə 1:5000 və daha kiçik miqyaslı topoqrafik xəritələrinin təzələnməsini və çoxməqsədli topoqrafik planlamasımı həyata keçirir;

Azərbaycan Respublİkasının Milli Təhlükəsizlik Nazirliyi və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırmaqla aerofotoplanalma işlərini həyata keçirir və digər təşkilatları həmin məlumatlarla müəyyən olunmuş qaydada təmin edir;

Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin edən geodeziya, topoqrafiya, kartoqrafiya, hidroqrafiya və digər işləri həyata keçirir;

Torpaq, su, meşə, şəhər və digər kadastr işlərinin aparılması üçün geodeziya istinadın yaradılması, topogeodeziya, kartoqrafiya və kadastr plan və xəritələrinin tərtibatı, yeniləşdirilməsi və təminatı işlərini həyata keçirir;

Geodeziya və kartoqrafiyanın inkişafı üçün aerokosmik məlumatlar əsasında yer səthinin torpaq və bitki örtüyünü tədqiq edir;

Qanunvericiliyə uyğun olaraq geodeziya və kartoqrafiya üzrə xüsusi təminatı cihaz və avadanlıqların idxalına və ixracına nəzarət məqsədilə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyini və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinİ müvafiq metodik sənədlərlə, mütəmadi olaraq həmin cihaz və avadanlıqların siyahıları ilə təmin edir;

Ölkə ərazisində aparılan dövlət torpaq kadastrı, monitorinqi, yerquruluşu, geodeziya və kartoqrafiya işlərinin nəticələri və kartoqrafiya təminatı haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinə mütəmadi olaraq məlumatlar verir;

Bütün növ kadastrları (torpaq, meşə, su və s.) əlaqələndirmək məqsədilə qanunvericiliyə uyğun olaraq, mülkiyyət formasından asılı olmayaraq ölkə ərazisi üzrə bütün təşkilatların icra etdikləri torpaq kadastrı, yerquruluşu, geodeziya- artoqrafiya məlumatlarının saxlanılmasını və istifadəsini təmin edən tədbirlər hazırlayır və həyata keçirir;

Geodeziya tədqiqatları əsasında geodinamik (zəlzələ, sürüşmə və s.) və digər fövqəladə təbİİ hadisələrin proqnozlaşdırılması məqsədilə tədbirlər görür, bu barədə digər icra hakimiyyəti orqanlarına və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verir;

Torpaq kadastrı, torpaqların monitorinqi, yerquruluşu, torpaq islahatı, ərazi vahidlərinin sərhədlərinin müəyyənləşdirilməsi, torpaq üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı, torpaqların rekultivasiyası və münbitliyinin artırılması, geodeziya, topoqrafiya və kartoqrafiya, habelə torpaqlardan istifadə və onların mühafizəsinə, geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi işlərinin maliyyələşdirilməsinə dair təkliflər hazırlayır, büdcədən ayrılan vəsait əsasında dövlət sifarişlərini həyata keçirir və onun məqsədyönlü istifadəsinə öz səlahiyyəti daxilində nəzarət edir;

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin xəritəsini, o cümlədən topoqrafik və dəniz xəritələrini hazırlayır;

Xüsusi təyinatlı geodeziya və kartoqrafiya avadanlıqlarının və cihazlarının uçotunu aparır;

Coğrafi adların dəyişdirilməsində qeydiyyatın aparılmasını təmin edir;

Müasir geodeziya, topoqrafiya və kartoqrafiya alətlərinin və cihazlarının tətbiqi üçün şərait yaradır və lazımi tədbirlər görür;

Qanunvericİlikdə müəyyən olunmuş xüsusi təyinatlı (sahəvi) topoqrafiya, geodeziya, kartoqrafiya və qravimetriya İşlərinin yerinə yetirilməsinə xüsusi razılıq (lisenziya) verir;

Dövlət torpaq kadastrı, torpaqların monitorinqi, yerquruluşu, geodeziya, topoqrafiya və kartoqrafiya sahəsində normativ texniki sənədlərin hazırlanması və tətbiqinin vahid rejim və normativ texniki sənədlər əsasında həyata keçirilməsini təmin edir;

Qanunvericilikdə müəyyən edilmiş qaydada Komitə. işçilərinin j attestasiyasını keçirir, kadrların hazırlanması və ixtisaslarının artırılması üzrə tədbirlər | görür;

Qanunvericilikdə müəyyən olunmuş qaydada kargüzarlıq işini təşkil edir, torpaq, yerquruluşu, geodeziya, topoqrafiya, kartoqrafiya və torpaqla bağlı digər məsələlərin həllinə dair şikayət və təkliflərə baxır, öz səlahiyyəti daxilində həmin məsələləri həli edir, lazımi hallarda bu barədə müvafiq qərarlar qəbul edir və təkliflər hazırlayır;

Qanunvericilikdə müəyyən olunmuş qaydada geodeziya və kartoqrafiya ilə bağlı müvafiq məlumatları dövlət sirrinə aid edir;

Öz vəzifələrinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər funksiyaları həyata keçirir

DTXK-nın tabeliyində olan müəssisələr

Dövlət Yerquruluşu Layihə İnstitutu

Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutu (bundan sonra İnstitut) Azərbaycan SSR Nazirlər Sovetinin 04 aprel 1968-ci il tarixli 145 saylı qərarı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində olmuş keçmiş yerquruluşu ekspedisiyasının, növbəli əkin sisteminin tətbiqi üzrə respublika ekspedisiyasının, Bakı və Gəncə torpaq tədqiqatı ekspedisiyalarının bazasında təşkil olunmuş və Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 1992-ci il tarixli 227 nömrəli Fərmanı ilə keçmiş Dövlət Torpaq Komitəsinin tabeçiliyinə verilmişdir.

İnstitutun Nizamnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 04 sentyabr 1994-cü il tarixli 442 saylı qərarı ilə dövlət qeydiyyatına alınmış, Nazirliyin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən 08 dekabr 1999-cu il tarixdə və 06 may 2002-ci il tarixdə yeni redasiyada 442 say altında təkrar qeydiyyatdan keçirilmişdir.

İnstitut öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, eləcə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əmrlərini, sərəncamlarını,sifarişlərini, göstərişlərini və öz Nizamnaməsini rəhbər tutur.

İnstitut Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeçiliyində olmaqla, onun vahid sistemini təşkil edir və ona hesabat verir, tapşırıqları və müqavilələr əsasında respublikada torpaq islahatının həyata keçirilməsi ilə bağlı torpaq münasibətlərinin tənzimlənməsi, təsərrüfatçılıq formasından asılı olmayaraq torpaqlardan səmərəli istifadə edilməsi və onların münbitliyinin artırılması, ekologiyası və rekultivasiyası sahəsində yerquruluşu, torpaq kadastrı, torpaq tədqiqatı, geobotaniki tədqiqat, torpaq uçotunun aparılması, torpaq istifadəçilərinin və mülkiyyətçitlərinin sifarişi ilə yerquruluşu planlarının hazırlanması, torpaqlardan istifadəyə, onların mühafizəsinə, münbitliyinin təmin olunmasına, rekultivasiyasına dair layihələrin hazırlanması və digər layihə-axtarış işlərini həyata keçirən baş podratçı təşkilatdır, topogeodeziya, topoplanalma mühəndis-geodeziya və geniş məqsədli, müxtəlif təyinatlı xəritəçəkmə işlərini yerinə yetirir.

İnstitut öz fəaliyyətini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeçiliyində olan təşkilatlarla, habelə Dövlət və Bələdiyyə orqanları ilə, qarşılıqlı əlaqəli qaydada həyata keçirir.

İnstitut hüquqi şəxsdir, müstəqil balansa, xərclər smetasına, operativ idarəçilik hüququ ilə dövlət mülkiyyətində olan əmlaka, müvafiq bank hesablarına, Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

İnstitutun əmlakını onun əsas fondları, dövriyyə vasitələri və onun balansında olan başqa qiymətli məmulatlar təşkil edir.

İnstitutunun mərkəzi aparatı və onun vahid sistemini təşkil edən struktur bölmələrinin saxlanması və maddi-texniki təminat xərcləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Bələdiyyə orqanlarının, digər sifarişçilərin vəsaiti hesabına və qanunvericiliyinə zidd olmayan mənbələr hesabına maliyələşdirilir. İnstitut həmin vəsaitlərin sərəncamçısıdır.

İnstitutun ünvanı: Bakı şəhəri, Ş.Mehdiyev küçəsi 93a.

Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi

Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi (bundan sonra - Mərkəz) Azərbaycan Respublikası Prezidentinin 576 saylı fərmanı ilə 06.09.2001-ci il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeçiliyinə verilmişdir.

Mərkəz 12.07.1999-cu il tarixdə D-304 say altında Ədliyyə Nazirliyi HŞDQ üzrə Bakı bölgə şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmış Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Dövlət Torpaq Kadastrı, Monitorinqi və İnformasiya Mərkəzinin nizamnaməsinin yeni redaksiyasıdır və onu əvəz edir.

Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, eləcə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əmr, göstəriş, sərəncamlarını və bu Nizamnaməni əldə rəhbər tutur.

Mərkəz Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyində olmaqla onun vahid sistemini təşkil edir və ona hesabat verir.

Mərkəz hüquqi şəxsdir, müstəqil balansa, xərclər smetasına, bank idarələrində hesablaşma hesablarına, özünə məxsus olan əmlaka, Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri və Mərkəzin adı həkk olunmuş dairəvi möhürə, müvafiq ştamplara və blanklara malikdir.

Mərkəzin aparatı və regional torpaq qeydiyyatı mərkəzləri onun vahid strukturunu təşkil edir.

Mərkəzin ünvanı: Bakı şəhəri Ş.Mehdiyev küçəsi 93a.

Dövlət Aerogeodeziya Müəssisəsi

Azərbaycan Respublikası Prezidentinin 18.04.2001-ci il tarixli, 460 saylı fərmanı ilə Azərbaycan Respublikası Dövlət Geodeziya və Kartoqrafiya Komitəsi və Dövlət Torpaq Komitəsi ləğv edilmiş və iki komitənin əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yaradılmışdır.

Dövlət Aerogeodeziya Müəssisəsi, Azərbaycan Respublikası Prezidentinin 06.09.2001-ci iı tarixli, 576 saylı fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərkibinə daxil edilmişdir.

Dövlət Aerogeodeziya müəssisəsi SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən 16 saylı müəssisənin varisidir.

Dövlət Aerogeodeziya müəssisəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Nazirlər Kabinetinin qərar və sərəncamlarına, eləcə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əmr, göstəriş, sərəncamlarına və bu Nizamnaməyə əsaslanır.

Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Aerogeodeziya Müəssisəsi geodeziya, topoqrafiya, kartoqrafiya, aerofotoplanalma və dəniz geodeziyası işlərini Azərbaycan Respublikasının «Geodeziya və Kartoqrafiya haqqında» qanununa əsasən həyata keçirən baş podratçı təşkilatdır.

Dövlət Aerogeodeziya müəssisəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeçiliyində olmaqla, onun vahid sistemini təşkil edir və ona fəaliyyətinin nəticələri haqqında hesabat verir.

Dövlət Aerogeodeziya Müəssisəsi hüquqi şəxsdir.

Müəssisə aparatının və onun vahid sistemini təşkil edən şöbələrin saxlanılması və maddi-texniki təminat xərcləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və digər sifarişçilərin vəsaiti və qanunvericiliyə zidd olmayan mənbələr hesabına maliyyələşdirilir.

Müəssisənin ünvanı: Bakı şəhəri, Atatürk pr.-70,

tel: 461-71-17, 461-82-44

faks: 461-84-00

Bakı Kartoqrafiya Fabriki

Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Kartoqrafiya Fabriki (bundan sonra-Fabrik) Azərbaycan Respublikası Prezidentinin 576 saylı fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeçiliyinə verilmişdir.

Fabrik 28.08.1995-ci il tarixdə D-669 say altında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinin Bakı Kartoqrafiya Fabrikinin nizamnaməsinin yeni redaksiyasıdır və onu əvəz edir.

Fabrik öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını , Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əmr, sərəncam, göstərişlərini və bu Nizamnaməni rəhbər tutur.

Fabrik hüquqi şəxsdir, müstəqil balansa, operativ idarəçilik hüququ ilə dövlət mülkiyyətində olan əmlaka, müvafiq bank hesablarına. Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə. müvafiq ştamplara və blanklara malikdir.

Fabrik Azərbaycan Respublikasında kartoqrafiya sahəsində dövlət siyasətini həyata keçirir.

Fabrik öz fəaliyyətini Dövlət və Bələdiyyə orqanları ilə. habelə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeçiliyində olan təşkilatlarla qarşılıqlı əlaqəli qaydada həyata keçirir.

Fabrikin aparatının və onun vahid sistemini təşkil edən şöbələrinin saxlanılması. maddi-texniki təminat xərcləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və digər sifarişçilərin vəsaiti və qanunvericiliyə zidd olmayan mənbələr hesabına maliyyələşdirilir. Fabrik həmin vəsaitlərin sərəncamçısıdır.

Fabrik Bakı şəhərində yerləşir.

DTXK-nın ünvanı

Ünvan : Bakı şəhəri Ş. Mehdiyev küç. 93a
Telefon : +(99412)432 89 59
Faks : +(99412)432 89 59
E-mail: press@dtxk.gov.az
İnternet səhifəsi: www.dtxk.gov.az
yuxarı