AZƏRBAYCAN RESPUBLIKASININ DAŞINMAZ ƏMLAKIN DÖVLƏT REYESTRI XIDMƏTI

  • Tarix
  • Struktur
  • Əsas fəaliyyət istiqamətləri
  • Xidmətin vəzifələri
  • Xidmətin hüquqları
  • Xidmətin ərazi idarələri
  • Xidmətin beynəlxalq əlaqələri
  • Xidmətin yerləşdiyi ünvan

    Tarix

    Bütün dövrlərdə, mülkiyyət hüququ, mülki münasibətlərin tənzimlənməsi məsələləri insanları düşündürmüş, cəmiyyətin əsas, aparıcı funksiyalarından biri olmuş, xarakterindən asılı olmayaraq bütün ictimai-siyasi formasiyalarda dominant rol oynamışdır. Feodal üsul-idarəsinin, şahların, dünyanı fəth edən hökmdarların qılıncları bölünmüş dünyanı yenidən bölmüş, torpaqlar, sərhədlər dəyişdirilmiş, qanlı və talançı müharibələr bir mal-mülk sahibini var-yoxdan çıxarmış, digərini isə varlandırmış, şan-şöhrət sahibi etmişdir. Zaman-zaman Azərbaycan da qonşu dövlətlərin təcavüzünə məruz qalmış, torpaqlarımız yadların əlinə keçmiş, vətənimiz bölünmüşdür.

    XIX əsrin əvvəllərində tarixi Azərbaycanın ərazisində 19-dan çox xanlıq mövcud olmuşdur. 1804-1828-ci illər ərzində Rus imperiyası tədricən Azərbaycan ərazilərini zəbt etmişdir. İlk dəfə olaraq Bakı və onun ətraf ərazilərində yaşayan əhalinin daşınar və daşınmaz əmlakları vergiyə cəlb olunmaq məqsədilə 22 dekabr 1816-cı ildə siyahıya alınmağa (kameralnıye opisaniya) başlanmışdır. Növbəti siyahıalma 1832-ci ilə təsadüf edir ki, bu zaman Bakı və onun ətrafı ilə yanaşı o vaxtkı Şimali Azərbaycanın da bütün ərazisi bu siyahıyaalmadan keçmişdir. 1892-ci ildə ilk dəfə olaraq Bakı şəhər idarəsi tərəfindən Bakı şəhərinin baş planına baxılaraq təsdiq edilmişdir. Şəhər idarəsinin nəzdində statistika şöbəsi fəaliyyət göstərmişdir. Şöbənin inventar bürosu tərəfindən Bakı şəhərinin inventar planı tərtib edilmiş, şəhər evləri qiymətləndirilmişdir.

    1910-1914-cü illərdə yeni tikilən evlər qiymətləndirilmişdir. 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra ölkədə milliləşmə siyasəti həyata keçirilməyə başladı. Sahibkarlara məxsus olan mal-mülklər 1921-ci ilin iyun ayına qədər Azərbaycan İnqilab Komitəsinin (Azrevkom) daha sonra isə Azərbaycan SSR Xalq Komissarları Soveti və Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin qərarları ilə dövlət mülkiyyəti elan edilərək milliləşdirildi. Dövlətə məxsus daşınmaz əmlakın qeydiyyatı və uçotu yerli icraiyyə orqanlarında - “Bələdiyyələşdirilmiş tikililərin reyestr kitabları”nda, vətəndaşlara məxsus tikili və qurğuların qeydiyyatı və uçotu isə 1928-ci ildən başlayaraq mülkiyyət formasından asılı olmayaraq yerli kommunal təsərrüfatı orqanlarında aparılmağa başladı.

    Şəhər mənzil-kommunal təsərrüfatının və abadlıq işlərinin idarə olunmasının daha da yaxşılaşdırılması, nəzarətin gücləndirilməsi məqsədilə Azərbaycan SSR Xalq Komissarları Soveti 1941-ci il 31 may tarixli 2100 nömrəli “Azərbaycan SSR şəhər torpaqlarının və mənzil təsərrüfatının əsas fondu, şəhər abadlıq və kommunal müəssisələrinin inventarlaşdırması haqqında” qərar vermişdir. Bakı şəhəri və respublikanın digər yaşayış məntəqələrində mənzil-kommunal təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi və əhaliyə xidmətin yaxşılaşdırılması məqsədilə “Bakı şəhərində mənzil-kommunal təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 28 aprel tarixli 140 nömrəli qərarına müvafiq olaraq Kommunal Təsərrüfatı Nazirliyinin Bakı şəhərində yerləşən təşkilatları - o cümlədən Bakı Şəhər Texniki İnventarlaşdırmaBürosu eksperiment şəklində birbaşa Bakı şəhər İcraiyyə Komitəsinin tabeliyinə verilmişdir. 1987-ci ildən başlayaraq yerli kommunal təsərrüfatı orqanlarının tərkibində toplanmış arxiv materiallarının bazasında rayonlararası texniki inventarlaşdırma büroları yaradılmağa başlandı.

    1993-cü ildən, ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə qayıtdıqdan sonra özəlləşmə, mülkiyyət münasibətlərinin tənzimlənməsinin yeni yaranmış situasiyada həlli sahəsində real, qanunlara söykənən, başqa ölkələrin təcrübəsinə əsaslanan mühüm dövlət tədbirləri görülməyə başladı. Aqrar İslahat Komissiyaları yaradıldı. MDB məkanında ilk dəfə məhz bizim respublikamızda kolxoz və sovxozların əmlakının kəndlilərə paylanması, dövlət, kolxoz və sovxozlara məxsus torpaqların əvəzsiz olaraq vətəndaşlara pay formasında verilməsi nəticəsində ötən illər ərzində 860 minə yaxın ailə, o cümlədən 3 milyondan çox insan torpağa aid Dövlət aktı almışdır. Dövlətə məxsus 33000-dən çox əmlak fiziki və hüquqi şəxslərin mülkiyyətinə verilmişdir.

    2001-ci ildən bələdiyyələrin mülkiyyətinə verilən torpaq sahələrinin sərhədləri müəyyənləşdirildi və beləliklə yeni bir mülkiyyət növünün bələdiyyə mülkiyyətinin əsası qoyuldu. Böyük inamla demək olar ki, bu iş Heydər Əliyev kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin də apardığı daxili siyasətin prioritet sahələrindəndir. Mülki Məcəllənin qəbulu, sonralar bu Məcəllədə edilən dəyişikliklər və bu dəyişikliklərin tətbiq edilməsi ilə əlaqədar verilən Fərmanlarda yeni bir ideyanın bütün növ əmlak hüquqlarının bir orqanda - Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması və mülkiyyət hüquqlarını təsdiq edən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi həqiqətə çevrildi. Qısa bir müddət ərzində 2005-ci il fevralın 7-dən Azərbaycan Respublikası NazirlərKabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yaranması haqqında Azərbaycan Respublikası Prezidentinin 188 nömrəli Fərmanı imzalanandan bu günə kimi müəyyən qanunvericilik bazası yaranmışdır. Bu proses bu gün də davam edir.

    Mütəxəssislərin, sadə vətəndaşların qanunvericilik bazamızdan istifadəsini asanlaşdırmaq məqsədi ilə onu bir kitabda toplamağı qərara aldıq. Xidmətin fəaliyyət istiqamətlərinə aid qanunvericilik bazasında dəyişikliklər baş verdikcə kitab da təkmilləşdiriləcəkdir. Əməkdaşlarımızın arxiv sənədlərini araşdırması nəticəsində ilk rəsmi reyestr kitablarının 1868-ci ildən aparılmağa başlandığının şahidi olduq. İnamla demək olar ki, bu tarix 140 illik bir dövrü əhatə edir. Arxivlərdə qorunub saxlanılan möhürlənmiş və tikilmiş, səliqə ilə, gözəl xətlə, xüsusi mürəkkəblə doldurulmuş bu sənədlər böyük bir tarixin səhifələridir.

    Struktur

    Xidmətin mərkəzi aparatı və onun strukturunda olan yerli qurumları, həmçinin Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Xidmətin ümumi strukturunu təşkil edir. Xidmətin işçilərinin ümumi say tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.

    Xidmətin strukturu Mərkəzi Aparatdan və onun ərazi idarələrindən ibarətdir. Xidmətin Mərkəzi Aparatı dövlət büdcəsi hesabına, onun ərazi qurumları isə ozünümaliyyələşdirmə prinsipi ilə işləyir.

    Ərazi idarələri elə prinsiplə yaradılmışdır ki, rayonlar arasında məsafələr təxminən 35-40 kilometrdən artıq olmasın. Bu isə mülkiyyət hüququnu rəsmiləşdirmək istəyən insanlara göstərilən xidmətin səmərəli olması üçün edilmişdir.

    Əsas fəaliyyət istiqamətləri

    Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:

    Xidmətin vəzifələri

    Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmət aşağıdakı vəzifələri yerinə yetirir:

    Paralel olaraq kompüterdən istifadə etmədən istənilən yazı üsulu ilə kağız (yazılı sənədlər) üzərində və kompüterdən istifadə etməklə elektron daşıyıcıları (disk, disket və s.) üzərində dövlət reyestrini tərtib etmək və aparmaq;

    hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək;

    təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq;

    bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydìyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydìyyatının dayandırılması üçün digər əsasların olub-olmamasını müəyyən etmək;

    hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək;

    qanunla müəyyən edilmiş müddətdə hüquqları dövlət qeydiyyatına almaq, habelə tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququnu və eyni zamanda onun ipoteka ilə yüklülüyünü qabaqcadan qeydiyyata almaq;

    qanunla müəyyən edilmiş hallarda və qaydada hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək;

    dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək;

    pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı ver¬məyən dərəcədə zədələnmiş sənədləri hüquqların dövlət qeydiyyatı üçün qəbul etməmək;

    dövlət reyestrinə daxil edilən hər bir daşınmaz əmlak obyektinə Azərbaycan Respublikasının ərazisində dəyişməyən, təkrarolunmaz daşınmaz əmlak obyektinin vahid şəkildə olduğunu göstərən daşınmaz əmlakın dövlət reyestr nömrəsi vermək;

    hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək;

    qanuna uyğun olaraq daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış vermək və ya belə arayışın verilməsindən imtina etmək;

    hüquq sahibinin sorğusuna əsasən ona məxsus olan daşınmaz əmlak haqqında digər şəxslərə verilən arayışlar barədə qanunla müəyyən edilmiş müddətdə hüquq sahibinə məlumat vermək;

    dövlət reyestrini, ərizə jurnalını və hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər daxil edilən qovluqları daimi saxlamaq;

    qanunla müəyyən edilmiş müddətdə hüquqların dövlət qeydìyyatı zamanı buraxılan texniki səhvləri aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək;

    qanunla müəyyən edilmiş hallarda məhv olmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatını ləğv etmək;

    “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək daşınmaz əmlak üzərində hüquqların qeydiyyatını aparmış dövlət orqanlarının verdikləri bu Qanuna uyğun olaraq dövlət reyestrində saxlanılmalı olan məlumatları dövlət reyestrinə daxil etmək;

    qanunvericìliklə müəyyən edilmiş qaydada təqdim edilən Azərbaycan Respublikasının dövlət əmlakının Registrinə daxil olan məlumatları, o cümlədən daşınmaz dövlət əmlakının istifadəyə və icarəyə verilməsinə, habelə girova qoyulmasına dair əqdlərìn qeydiyyatı haqqında məlumatları, daşınmaz əmlakın ipotekası barəsində verilən qiymətli kağızlar haqqında məlumatları dövlət reyestrinə daxil etmək;

    qanunvericiliklə müəyyən edilmiş qaydada yaşayış fondundan qeyri-yaşayış fonduna və ya əksinə keçirilmiş daşınmaz əmlak obyektləri barədə məlumatları dövlət reyestrinə daxil etmək;

    daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid kadastrını tərtib etmək və aparmaq;

    ayrı-ayrı daşınmaz əmlak obyektləri üzrə kadastr tərtib edən və aparan icra hakimiyyəti orqanlarının qanunvericiliklə müəyyən edilmiş qaydada təqdim etdikləri məlumatları daşınmaz əmlakın vahid kadastrına daxil etmək;

    daşınmaz əmlakın vahid kadastrının məlumatlarını sorğu əsasında dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə vermək;

    üzərində binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, əmlak kompleksi kimi müəssisələr olan torpaq sahələrində (üzərində dövlət müəssisə və obyektləri olan torpaq sahələri istisna olmaqla) mərzçəkmə işlərini aparmaq;

    tikililərin, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri və əmlak kompleksi kimi müəssisələrin (dövlət müəssisə və obyektləri istisna olmaqla) inventarlaşdırılmasını aparmaq;

    mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydìyyatı üçün zəruri olan müvafiq texniki sənədlər tərtib etmək;

    qanunla müəyyən edilmiş hallarda və qaydada tikililərin, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri və əmlak kompleksi kimi müəssisələrin (dövlət müəssisə və obyektləri istisna olmaqla) inventar və bazar müna¬sibətlərinə uyğun real dəyərinin müəyyənləşdirilməsini təmin etmək;

    dövlət reyestrinə daxil edilmiş daşınmaz əmlakın inventar və bazar münasibətlərinə uyğun real dəyəri üzrə məlumat bankını yaratmaq;

    daşınmaz əmlakın inventar və bazar münasibətlərinə uyğun real dəyəri haqqında məlumatı sorğu əsasında dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə vermək;

    öz səlahiyyətləri daxilində aşkar olunan qanun pozuntuları haqqında qanunvericiliyə uyğun tədbirlər görülməsini təmin etmək;

    Xidmətin fəaliyyəti barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabatlar vermək;

    öz səlahiyyətinə aid olan məsələlər barəsində qanunvericilik aktlarının hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək;

    Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;

    Xidmətin işçilərinin sosial vəziyyətinin və mədəni-məişət şəraitinin yaxşılaşdırılmasının təmin edilməsi üçün öz səlahiyyətləri daxilində tədbirlər görmək;

    Xidmətin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görmək;

    qanunvericiliklə nəzərdə tutulmuş digər və¬zifələri yerinə yetirmək.

    Xidmətin hüquqları

    Xidmət öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlar vardır:

    Xidmətin ərazi idarələri

    Ərazi İdarəsinin adı və onun tərkibinə daxil olan rayonlar Ünvan və əlaqə telefonları
    Bakı Şəhər Ərazi İdarəsi Bakı şəhəri Az 1154, Bakı şəhəri, Zeynal Xəlil küç, 11a
    466-20-79
    Əli Bayramlı Şəhər Ərazi İdarəsi (Əli Bayramlı şəhəri və Hacıqabul rayonu) Az 1800, Əli Bayramlı şəhəri, H.Əliyev pr. 44
    (0-197) 5-52-45
    Sumqayıt Şəhər Ərazi İdarəsiSumqayıt şəhəri Az 5000, Sumqayıt şəhəri, 5-ci məhəllə, 19 b
    (0-164) 5-31-42
    Gəncə Şəhər Ərazi İdarəsi (Gəncə şəhəri, Xanlar və Daşkəsən rayonları) Az 4700, Gəncə şəhəri, Veteranlar küç.2
    (0-22) 6-37-22
    Abşeron Rayon Ərazi İdarəsi (Abşeron, Xızı və Siyəzən rayonları) Xırdalan qəs., H.Tağıyev küç., 31-ci məhəllə
    442-16-56
    Beyləqan Rayon Ərazi İdarəsi (Beyləqan, Füzuli və Ağcabədi rayonları) Az 1200, Beyləqan şəhəri, general M.Əsədov küç.
    (0-152) 2-16-33
    Bərdə Rayon Ərazi İdarəsi (Bərdə, Ağdam və Tərtər rayonları) Az 0900, Bərdə şəhəri, Nizami küç. 77
    (0-110) 5-56-05
    Qəbələ Rayon Ərazi İdarəsi (Qəbələ, Oğuz və İsmayıllı rayonları) Az 3600, Qəbələ şəhəri, H.Əliyev pr. 35
    (0-160) 5-09-49
    Yevlax Rayon Ərazi İdarəsi (Yevlax, Ağdaş rayonları və Mingəçevir şəhəri) Az 6600, Yevlax şəhəri, H.Əliyev pr. 51
    (0-166) 6-60-91
    (0-166) 6-70-09
    Goranboy Rayon Ərazi İdarəsi (Goranboy, Samux rayonları və Naftalan şəhəri) Az 2200, Goranboy şəhəri, D.Qorqud küç. 7
    (0-234) 5-29-36
    Lənkəran Şəhər Ərazi İdarəsi (Lənkəran şəhəri və Astara, Lerik rayonları) Az 4200, Lənkəran şəhəri, T.İsmayılov küç.103
    (0-171) 5-22-18
    Cəlilabad Rayon Ərazi İdarəsi (Cəlilabad, Masallı və Yardımlı rayonları) Az 1500, Cəlilabad şəhəri, H.Əliyev pr. 151
    (0-114) 3-10-80
    Sabirabad Rayon Ərazi İdarəsi (Sabirabad, Saatlı və İmişli rayonları) Sabirabad şəhəri, H.Əliyev pr.31
    (0-143) 5-12-47
    Salyan Rayon Ərazi İdarəsi (Salyan, Biləsuvar və Neftçala rayonları) Az 5200 Salyan şəhəri, H.Əliyev pr. 107A
    (0-163) 5-19-89
    Tovuz Rayon Ərazi İdarəsi (Tovuz, Ağstafa və Qazax rayonları) Az 6000, Tovuz rayonu, Düz Cırdaxan kəndi
    (0-231) 5-52-79
    Ucar Rayon Ərazi İdarəsi (Ucar, Kürdəmir, Zərdab və Göyçay rayonları) Az 6100, Ucar şəhəri, N.Nərimanov küç. 13
    (0-170) 5-01-29
    Xaçmaz Rayon Ərazi İdarəsi (Xaçmaz, Dəvəçi, Quba və Qusar rayonları) Şamaxı Rayon Ərazi İdarəsi (Şamaxı, Qobustan və Ağsu rayonları) Az 2700, Xaçmaz şəhəri, N.Nərimanov küç. 10
    (0-172) 3-63-48
    Şamaxı şəhəri, H.Əliyev küç, 27
    (0-176) 5-11-91
    Şəki Şəhər Ərazi İdarəsi (Şəki şəhəri, Qax rayonu) Şəki şəhəri, M.F.Axundov pr. 102a
    (0-177) 4-26-20
    Şəmkir Rayon Ərazi İdarəsi (Şəmkir və Gədəbəy rayonları) Şəmkir şəhəri, S.Vurğun küç. 162
    (0-241) 2-30-59
    Zaqatala Rayon Ərazi İdarəsi (Zaqatala və Balakən rayonları) Zaqatala şəhəri, 28 may küç. 77
    (0-174) 5-26-61

    Xidmətin beynəlxalq əlaqələri

    Dünya Bankwww.worldbank.org
    KFW Bankı (Almaniya) www.kfw.de
    SECO (İsveçrə) www.seco-admin.ch
    GTZ Əməkdaşlıq Fondu (Almaniya) www.gtz.de
    JİCA Azərbaycan – Yaponiya Əməkdaşlıq Fondu www.jica.go.jp
    RLS şirkəti www.rls.com
    USAID təşkilatı www.usaid.gov
    TİKA (Türkiyə Cümhuriyyəti Baş Bakanlığının Türk İşbirliyi və Kalkınma İdarəsi Başkanlığı) www.tika.gov.tr

    Xidmətin yerləşdiyi ünvan

    Bakı şəhəri, Zeynal Xəlil küşəsi, 11a
    E-mail: office@propertyregister.gov.az
    İnternet səhifəsi: www.propertyregister.gov.az
    yuxarı