AZƏRBAYCAN RESPUBLIKASI DÖVLƏT SOSIAL MÜDAFIƏ FONDU

Fondun tarixi

Bu günki Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun formalaşması tarixi, ölkəmizdə iqtisadi münasibətlərin, eləcə də sosial sığorta və pensiya təminatı üzrə köklü dəyişikliklərin dinamikası ilə birbaşa əlaqəlidir.

Məlum olduğu kimi, SSRİ dövründə Azərbaycanda sosial sığorta və pensiya məsələləri müstəqil respublika qanunvericiliyi çərçivəsində deyil, ümumittifaq qanunvericiliyi çərçivəsində inkişaf etmişdir.

Sovet pensiya təminatı sistemi ‹‹haqqı ödəmədən sığorta›› prinsipi ilə qurulmuşdu. Zəruri maliyyə vəsaitləti yalnız dövlət büdcəsi və ya müəssisələrin ödənişlərindən götürülürdü.

Bu tipli pensiya təminatının maliyyə modeli, habelə pensiyaçıların sayının müntəzəm olaraq artması mövcud pensiya sisteminin sabit fəaliyyətinə mənfi təsir göstərirdi. 1980-cı illərdə ölkədə təsərüfat formalarının dəyişməsi, əksər müəssisələrin təsərüfat hesabı və özünümaliyyələşdirməyə keçməsi onlarda çalışan işçilərin gələcək təminatını çətinləşdirirdi.

1990-cı ildə SSRİ Sosial sığorta Fondu yaradıldı və tabeçiliyindən asılı olmayaraq, bütün müəssisə, idarə, təşkilat, kooperativ, sovxoz, kolxoz və digər təşkilatların onun hesabına ayırmalar etməsi qərara alındı. Bundan sonra „Azərbaycan SSR-də sosial sığorta üzrə idarəçiliyin təkmilləşdirilməsi və maliyyələşdirmə qaydası haqqında“ Azərbaycan SSR Nazirlər Kabinetinin və Həmkarlar İttifaqlarının Azərbaycan Respublika Şurasının qərarı ilə (08.05.1991) Həmkarlar İttifaqlarının Azərbaycan Respublikası Şurasının nəzdində Azərbaycan SSR Sosial Sığorta Fondu yaradıldı.

“SSRİ Pensiya Fondunun yaradılması haqqında” SSRİ Nazirlər Sovetinin Qərarı ilə (15.08.1990) pensiya təminatını maliyyələşdirəcək SSRİ Pensiya Fondu təşkil olundu və SSRİ Pensiya Fondunun Azərbaycan şöbəsi yaradıldı. SSRİ Pensiya Fondu tərəfindən rəsmiləşdirilən “SSRİ Pensiya Fonduna sığorta haqlarının ödənilməsi və uçotu, SSRİ Pensiya Fondunun vəsaitlərinin xərclənməsi qaydası haqqında” qərarda Pensiya Fonduna SSRİ Sosial Sığorta Fondu ilə birlikdə sığorta haqlarının toplanmasının təmin edilməsi həvalə olundu.

Azərbaycan xalqının öz dövlət müstəqilliyini bərpa etməsi haqqında Konstitusiya aktı elan edildikdən sonra respublikanın dövlət təsisatlarının yenidən təşkilinə başlanıldı. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə (16.12.1991) SSRİ Pensiya Fondunun Azərbaycan şöbəsi Azərbaycan Respublikasının Pensiya Fonduna çevrildi.

”Sosial Sığortaya və Məşğulluq Fonduna normativ ayırmalar haqqında“ Azərbaycan Respublikasının 31 dekabr 1991-ci il tarixli Qanununun bəzi maddələrinə əlavə və dəyişikliklərin edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə 1 iyun 1992-ci tarixdən sosial sığorta üzrə ayırmaların əməyin ödənişi fondunun 40%-ni təşkil etdiyi müəyyən olundu. Qeyd olunan məbləğin 85%-nin Respublika pensiya Fonduna, 15%-nin isə Sosial Sığorta Fonduna daxil olması nəzərdə tutuldu.

Sosial sığorta və pensiya təminatının maliyyələşdirilməsi sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 1992-ci il tarixli “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun yaradılması haqqında” Fərmanı ilə Azərbaycan Respublikası Pensiya Fondu və Azərbaycan Respublikasının Sosila Sığorta Fondu bazasında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) yaradıldı. Müstəqil maliyyə-bank sisteminə malik olan DSMF-yə Azərbaycan Respublikası ərazisində dövlət pensiya təminatının, müavinət və ödəniş xərclərinin maliyyələşdirilməsi başlıca vəzifə kimi həvalə olundu.

1997-ci ildə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minəmsi ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti məcburi dövlət sosial sığortası sahəsində dövlət idarəetməsini həyata keçirən orqan kimi daha da təkmilləşdi.

Ölkədə sosial sığorta və pensiya təminatı məsələlərinin Avropa standartlarına uyğun qaydada tam formalaşmasını nəzərdə tutan Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası”nın icrası məqsədilə 2001-2005-ci illərdə həyata keçirilən tədbirlər Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətinin keyfiyyətlə yenidən qurulmasını şərtləndirmişdir.

2001-ci ilin noyabrın 27-dən “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar Fond dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərməkdədir.

Konsepsiyanın müddəalarının yerinə yetirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət pensiya sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında” 04 avqust 2003-cü il tarixli 908 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pensiyaların və pensiyalara əlavə olunan müavinətlərin təyin olunması, maliyyələşdirilməsi və ödənişinə nəzarət üzrə funksiyaları məcburi dövlət sosial sığortası və fərdi uçot sahəsində idarəetməni həyata keçirən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna verilmişdir. Bununla da İslahat Konsepsiyasında nəzərdə tutulan yeni sığorta-pensiya orqanının fəaliyyəti təşkil olunmuşdur.

Ölkədə vahid sığorta-pensiya sisteminin qurulması ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış 22 dekabr 2006-cı il tarixli 498 və 499 nömrəli fərmanlara əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin Dövlət Sosial Müdafiə Fondu vasitəsilə məcburi dövlət sosial sığortası ilə əhatə olunmasına və əmək pensiyaları ilə təminatına keçilmişdir. Bu əsasda Fondun Əsasnaməsinə bir sıra dəyişikliklər edilmiş, o cümlədən dövlətin əmək pensiyaları sahəsində siyasətinin istiqamətlərinə dair təkliflər hazırlanması və bu siyasətin həyata keçirilməsi əsas vəzifələrə aid edilmişdir.

Fondun strukturu

DSMF-nin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilən sədr rəhbərlik edir. Sədrin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən bir müavini vardır.

Mərkəzi aparatın strukturuna aşağıdakı 11 şöbə və 2 sektor, həmçinin Azərbaycan Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının birgə layihəsi olan “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Potensialının Gücləndirilməsi” layihəsi daxildir.

  1. Sığorta-pensiya siyasəti və strateji araşdırmalar şöbəsi
  2. Maliyyə-büdcə şöbəsi
  3. Əmək pensiyaları şöbəsi
  4. Hüquq şöbəsi
  5. Daxili audit şöbəsi
  6. Fərdi uçotun təşkili şöbəsi
  7. İnformasiya texnologiyaları şöbəsi
  8. Kadr və kadr hazırlığı şöbəsi
  9. Büdcənin icrasının uçotu şöbəsi
  10. Pensiya sənədləri və müraciətlərlə iş şöbəsi
  11. Təsərrüfat şöbəsi
  12. Beynəlxalq əlaqələr sektoru
  13. Ümumi sektor
  1. Naxçıvan Muxtar Respublikası İdarəsi
  2. İri sığortaedənlərlə iş üzrə Departament
  3. Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş departamenti
  4. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamenti
  5. 76 şəhər (rayon) şöbəsi.

DSMF-nin Mərkəzi aparatının və yerli orqanlarının strukturu təkmilləşdirilərək həyata keçirilən işlərin operativliyinin, sistemliliyinin və səmərəliliyinin təmin edilməsi üçün qarşıda duran məsələlərin keyfiyyətlə icra edilməsinə imkan verən idarəetmə mexanizmi yaradılmşdır.

Fondun əsas vəzifələri

Fondun əsas vəzifələri aşağıdakılardır:

Fondun hüquqları

Fond öz vəzifə və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir.

Fondun beynəlxalq əlaqələri

DSMF beynəlxalq əlaqələrin genişləndirilməsi vasitəsilə beynəlxalq səviyyədə sosial sığorta və pensiya fondlarının müsbət təcrübəsinin öyrənilməsi və iş praktikasında tətbiqinə böyük əhəmiyyət verir.

Sosial sığorta haqlarının toplanması, pensiya təminatı sahəsində yeniliklər, həyata keçirilən pensiya islahatları, qarşıya çıxan çətinliklər, onlardan çıxış yolları, İKT-nin son nailiyyətlərinin sosial müdafiə sistemində tətbiqi, idarəetmə məsələləri ilə bağlı fərqli və müasir yanaşma tərzi və bir çox istiqamətlər üzrə dünyada baş verən proseslərin öyrənilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondu digər dövlətlərin sosial sığorta və pensiya fondları ilə əməkdaşlıq münasibətlərini inkişaf etdirərək təcrübə və informasiya mübadiləsini həyata keçirir. Həmçinin, Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramı, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq və mötəbər təşkilatların respublikada fəaliyyət göstərən nümayəndəlikləri ilə sıx əməkdaşlıq həyata keçirilir.

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) 2004-cü ilin 6-7 may tarixlərində Cenevrədə keçirilən 88-ci iclasında Assosiasiyaya tamhüquqlu üzv qəbul olunmuş, 2004-cü il 12-18 sentyabr tarixlərində Çin Xalq Respublikasının Pekin şəhərində keçirilən Assosiasiyanın 28-ci Baş Assambleyasında Fondun sədri bu təşkilatın Büro üzvü seçilmişdir.

Mənzil - qərargahı Cenevrə şəhərində yerləşən Assosiasiyanın hazırda dünyanın 150 ölkəsindən 370 tamhüquqlu və assosiativ üzvü vardır.

2006-cı il 2 noyabr tarixdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Beynəlxalq Sosial və Pensiya Fondlar Assosiasiyasında üzvlüyü rəsmiləşdirilmişdir.

2007-ci il 10–15 sentyabr tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində keçirilən Birinci Ümumdünya Sosial Təminat Forumu zamanı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Beynəlxalq Sosial Təminat Assosiasiyasının yeni təşkil olunacaq “Avropa Şəbəkəsi” qurumunun Rəhbər Komitəsinin üzvü seçilmişdir.

Həyata keçirilən pensiya islahatı Konsepsiyası Pensiya islahatının əsas məqsədi və prinsipləri

Pensiya islahatı vətəndaşların sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin təmin olunması məqsədilə aşağıdakı mühüm problemlərin həllinə yönəldilir׃

Yuxarıda göstərilən əsas məqsədə nail olmaq və qarşıda duran problemləri həll etmək üçün pensiya islahatının aşağıdakı prinsiplər əsasında həyata keçirilməsi nəzərdə tutulur;

Pensiya sisteminin idarə olunması

Oratmüddətli perspektivdə pensiya islahatı siyasəti üçnövlü pensiya təminatı sisteminin təşkilinə yönəldilməlidir. Birinci növ pensiya təminatı məcburi dövlət sığorta sistemini təşkil edən əmək pensiyasını nəzərdə tutur. Əmək pensiyası islahatına aşağıdakı prinsipial tələb qoyulmalıdır;

Pensiya təminatı sisteminin ikinci növü birinci növlə əhatə olunmayanlara, yaxud əmək pensiyaları almayanlara sosial kömək göstərilməsini nəzərdə tutur. İlk iki növ pensiya qocaların, əlillərin və ailə başçısını itirmiş şəxslərin sosial müdafiəsinin həyata keçirilməsi məqsədinə xidmət edir.

Pensiya təminatı sisteminin üçüncü növünü qeyri-dövlət pensiyaları təşkil edir. Qeyri-dövlət pensiya sisteminin formalaşmasını və inkişafını dövlətin nəzarəti altında həyata keçirmək nəzərdə tutulur.

Pensiyaların plastik kartlarla ödənişi

Sığorta-pensiya sistemində həyata keçirilən ən uğurlu islahat tədbirlərindən biri pensiyaların ödənişində kart sisteminin tətbiqidir. Bunun nəticəsində pensiyaların əhaliyə çatdırılmasında uzun illərdən bəri mövcud olan problemlər aradan qaldırılmışdır.

İslahatların mühüm həlqəsi kimi pensiya və müavinətlərin əhaliyə çatdırılmasında müasir texnologiyaların tətbiqinə nail olunmuşdur.

Azərbaycan Respublikasının şəhərlərində və rayon mərkəzlərində əhaliyə pensiya və müavinətlərin plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi sisteminin qurulması 2004-2006-cı illər ərzində müvəffəqiyyətlə həyata keçirilmişdir və hazırda sistemin əhatə dairəsi genişləndirilməkdədir.

Bu məqsədlə Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələri tərəfindən əhalinin maarifləndirilməsi üçün lazımi izahat işləri aparılmış, televiziya vasitəsilə reklam çarxları nümayiş etdirilmiş, pensiyaçılara xidmət edəcək bankomatların quraşdırılması və plastik kartların vətəndaşlara çatdırılaraq ödənişin bu sistemdə aparılması üçün məqsədyönlü fəaliyyət təşkil olunmuşdur.

Hazıradək əmək pensiyaçılarının 860 min nəfərinin pensiya-müavinətlərinin ödənişi bankomatlar və pos-terminallar vasitəsilə plastik kartlarla aparılır ki, bu da ümumi pensiyaçıların 80 faizini təşkil edir.

Eyni zamanda, kənd ərazisində yaşayan pensiyaçıların pensiya və müavinətlərinin onların öz xahişləri əsasında plastik kartlarla (öz istəkləri ilə istənilən bankomatdan ala bilərlər) ödənilməsinə başlanılmışdır.

Fondun yerləşdiyi ünvan

Bakı şəhəri, AZ – 1122, H. Zərdabi pr-ti, 80
Tel: +(994 12) 434 60 18
Faks: +(994 12) 434 55 87
E-mail: sspf@sspf.gov.az
İnternet səhifəsi: www.sspf.gov.az
yuxarı