AZƏRBAYCAN RESPUBLİKASININ DİASPOR İLƏ İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

  • Komitənin tarixi

  • Komitənin vəzifələri

  • Komitənin hüquqları

  • Komitənin beynəlxalq əlaqələri

  • Komitənin yerləşdiyi ünvan

    Komitənin tarixi

    Xalqımız dövlət müstəqilliyini bərpa etdikdən sonra milli birliyin təminatı, dünya azərbaycanlılarının vahid milli mənafe ətrafında birləşməsi dövlət quruculuğunun əsas vəzifələrindən biri kimi ortaya çıxdı. Müstəqilliyə yeni qədəm qoymuş dövlətdə bu mühüm vəzifənin yerinə yetirilməsi bir çox ideoloji, siyasi, sosial-iqtisadi məsələlərin həlli ilə bağlı idi. Lakin milli potensialın dünya miqyasında səfərbər edilərək vahid məqsədə yönəldilməsi məhz dövlətçiliyin qorunmasına və inkişafına zəmin olduğundan ölkəmizdə az bir müddətdə bu sahədə sözün həqiqi mənasında fövqəladə işlər görüldü. Dünyanın müxtəlif yerlərində məskunlaşmış azərbaycanlıların mütəşəkkil diaspor kimi formalaşması, lobbiçiliyin təşkili Azərbacan Respublikasının xarici siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Bu isə əslində respublikamızda aparılan dövlət siyasəti ilə ümummilli mənafelərin ortaqlaşması deməkdir. Azərbaycan Respublikası dünya azərbaycanlıları tərəfindən milli-tarixi təkamülün bəhrəsi, milli mənliyin rəmzi, Ana Vətən kimi qəbul edildi.

    Dövlət maraqları ilə milli mənafeyin vəhdəti sovet dönəmindən sonra ictimai şüurda inqilabi hadisə, milli təkamüldə keyfiyyətcə yeni mərhələ idi. Bunun əsas zəmini Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin dünya azərbaycanlıları arasında böyük nüfuza sahib olması, dövlətçilik metodologiyasının, həm də milli ideologiyanın yaradıcısı kimi qəbul edilməsidir. Məhz onun iradəsi ilə müstəqilliyimizin ilk illərindən Azərbaycan Respublikası dünya azərbaycanlılarının mənafe və maraqlarınıın təminatçısı olduğunu rəsmən bəyan etdi və xaricdə yaşayan azərbaycanlılarla dövlət səviyyəsində sistemli iş aparılmağa başladı.

    Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının dünyaya inteqrasiyası, iqtisadi-mədəni inkişafı, müstəqilliyimizin gerçək təsbitində böyük rol oynayan çoxsaylı xarici səfərləri zamanı həmvətənlərimizlə görüşlər keçirərək, onların problemləri ilə maraqlanmış, dəyərli tövsiyələrini vermiş, səfirliklərimizi bu işə cəlb etmiş, soydaşlarımızı ölkəmizin ictimai, iqtisadi, mədəni həyatında fəal iştiraka dəvət etmişdir.

    Həmvətənlərimizin milli-mənəvi birliyində önəmli hadisə olan bu görüşlər, eləcə də hər il dekabrın 31-də Dünya azərbaycanlılarının həmrəylik günü ilə əlaqədar Azərbaycan xalqına müraciəti, bu münasibətlə respublikamızda və xaricdə keçirilən tədbirlər Heydər Əliyevin bəyan etdiyi prioritet məsələnin həllində - diasporumuzun mütəşəkkil qüvvə kimi formalaşmasında, lobbiçilik fəaliyyətimizin istiqamət və perspektivlərinin müəyyənləşməsində həlledici amillərdən olmuşdur.

    Milli birliyin ideoloji əsası olan azərbaycançılıq ideyası və məfkurəsi məhz dahi rəhbər Heydər Əliyev tərəfindən formalaşdırılmışdır. Dünya azərbaycanlılarının mənəvi birliyini, əqidə və əməl ortaqlığını, vətənə bağlılığını təmin edən bu məfkurənin mühüm müddəaları ümummilli lider Heydər Əliyevin "Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciət"ində öz konseptual ifadəsini tapmışdır. Xalqımızın tarixi keçmişinə, müasir dövrə konseptual qiymət verilən, mənəvi dəyərlərimizi ümumiləşdirən, milli idealları əks etdirən bu tarixi sənəd bir çox önəmli cəhətləri ilə yanaşı, dünya azərbaycanlıları ilə iş üzrə fəaliyyət perspektivlərini müəyyənləşdirdi. Böyük siyasətçinin bu müraciətində, çıxışlarında milli birliyin təməl prinsipləri kimi tarixi yaddaş və varisliyin qorunması, ana dilinin inkişafı və tətbiqinin genişlənməsi, mədəni özünəməxsusluğun, etnoqrafik özəlliklərin, milli əxlaq və mənəviyyatın hifz edilməsi, həmvətənlərimizin ümummilli ideallara sadiqliyi, siyasi-iqtisadi maraqların təminatı, milli simanı və mədəniyyəti saxlamaqla, dünyaya inteqrasiyanın vacibliyi təsbit edilmişdir.

    Müstəqilliyinin ilk illərindən etibarən azərbaycanlıların təşkilatlanması məsələsi ilk növbədə ideoloji və tarixi əhəmiyyət daşıyan bir problem idi. Buna nail olmaq üçün Azərbaycan dövlətinin ideya-siyasi təməlini yaratmaq, onun iqtisadi qüdrətinə və siyasi nüfuzuna güclü inam formalaşdırmaq tələb olunurdu. Heydər Əliyev də bu ideyanın həyata keçirilməsi prosesinə məhz həmin amilləri nəzərə almaqla başladı. Azərbaycan dövlətinin tarixi ənənələrinin formalaşması və onun siyasi əsaslarının mükəmməl bir ideoloji sistemin tərkib hissəsi kimi təsbit olunması milli dövlətçilik təfəkkürünün meydana gələməsində müstəsna rol oynamışdır. Milli dövlətçilik düşüncəsi isə artıq XX əsrin sonları, XXI əsrin əvvəllərində vahid ideoloji konsepsiya kimi özünü təsdiq etmişdir. Dünya azərbaycanlılarının birləşdirilməsi məhz bu ideologiyaya əsaslanırdı ki, onun şəriksiz müəllifi isə Heydər Əliyevdir. Ümummilli lidermizin böyük fədakarlıqlar bahasına ayağa qaldırdığı Azərbaycan dövləti bütün dünya azərbaycanlılarının tarixi və siyasi istinadgahına, dayaq nöqtəsinə çevrilmişdir.

    2001-ci ilin mayın 23-də Heydər Əliyevin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin müzakirə edilməsi zərurətini nəzərə alaraq Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında fərmanı bu möhtəşəm ideologiyanın gerçəkləşməsinə xidmət edirdi.

    Elə həmin il noyabrın 9 və 10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil oldu. Dünya Azərbaycanlılarının I Qurultayında 36 xarici ölkədə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil etməklə 406 nümyəndə və 63 qonaq iştirak etmişdir. Azərbaycan Respublikası Qurultayda 130-dan çox dövlət və ictimai qurumlardan, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlardan, 25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq ilə təmsil olunmuşdur.

    Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi həmvətənlərimizin təşkilatlanması prosesində əhəmiyətli dönüşə gətirib çıxaran addımlar idi. Heç şübhəsiz, Heydər Əliyev bu tarixi hadisənin reallaşdırılmasına nail olmaqla Azərbaycan diasporunun daha mütəşşəkkil şəkildə və dinamik fəaliyyətinə əsas yaratmış oldu. Vacib məqamlardan biri də bundan ibarətdir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi bu tədbirlərin hər biri xaricdə yaşayan soydaşlarımızın milli maraqlarımızın gerçəkləşdirilməsində yaxından iştirakına təminat yaratmış oldu.

    Bu gün fəxrlə deyə bilərik ki, dünya azərbaycanlılarının əsl milli özünüdərk və ümummilli ideya - azərbaycançılıq, müstəqil dövlətçilik və milli-mənəvi dəyərlər ətrafında birləşməsi prosesi başlanmışdır.

    Qurultayda ümummilli lider Heydər Əliyev azərbaycanlıların təşkilatlanması üçün bir çox vəzifələrin həllinin vacibliyini qeyd etmişdi. O, Azərbaycan icmalarının fəaliyyətini əlaqələndirmək üçün xüsusi bir dövlət orqanının yaradılması ideyasını irəli sürməklə, bu tarixi missiyanın daha müvəffəqiyyətlə həyata keçirilməsinin konkret yollarını da müəyyənləşdirmiş oldu.

    Bu mənada Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" 2002-ci il 5 iyul tarixli Fərmanı Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil şəkildə koordinasiya edilməsi və dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edən mühüm tarixi sənəd idi. Qeyd etmək lazımdır ki, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmağa və Azərbaycan diasporunun fəaliyətinin milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirilməsinə imkan verdi.

    Ümummilli lider Heydər Əliyev tarixi proseslərin məntiqi ilə ortaya çıxan mövcud ictimai-siyasi vəziyyətin diqtə etdiyi şərtləri dəqiq qiymətləndirməyi bacarır və azərbaycanlıların milli birliyinin yaradılmasının çox mühüm bir vəzifə kimi qarşıda dayandığını görürdü. Ötən dövr ərzində bu sahədə əldə olunmuş nailiyyətlər Heydər Əliyevin kifayət qədər müdrik bir qərar qəbul etdiyini əyani şəkildə təsdiqləyir.

    Diaspor quruculuğunun mühüm sahələrindən biri də xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin hazırlanması və həyata keçirilməsidir. Bu siyasət uzun illər boyu Heydər Əliyevin bilavasitə məqsədyönlü fəaliyyəti sayəsində reallaşdırılmışdır. 2002-ci il dekabrın 27-də qəbul edilmiş "Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı Dövlət Siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu xaricdə yaşayan soydaşlarımız və həmvətənlərimiz qarşısında çox geniş perspektivlər açır və onların ölkəmizin milli mənafeləri ətrafında daha sıx birləşdirilməsini nəzərdə tutur. Bu qanun Azərbaycan diasporunun inkişafına dövlət qayğısının daha da artırılması, bu sahədə ciddi nailiyyətlər əldə olunması məqsədi ilə vahid strategiyanın hazırlanması kimi mühüm məsələlərin həllinə imkan yaradan hüquqi prinsipləri müəyyənləşdirir.

    Prezident İlham Əliyevin diaspor quruculuğu sahəsində qarşıya qoyduğu vəzifələri yerinə yetirən Dövlət Komitəsinin fəaliyyət göstərdiyi 6 il ərzində xariji ölkələrdə yaşayan azərbayjanlıların təşkilatlanması, soydaşlarımız arasında milli-mənəvi dəyərlərin qorunub saxlanılması, həmvətənlərimizin hüquq və azadlıqlarının qorunması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, diasporumuzun təşkilatlanması, ayrı-ayrı qurumların 1 təşkilatda birləşməsə davam etdirilmişdir.

    Belə ki, 2004-jü ilin aprel ayının 17-də Berlin şəhərində Avropa Azərbayjanlıları Konqresinin təsis konfransı keçirilmişdir. Tədbirə dünyanın 28 ölkəsində fəaliyyət göstərən 50-dən artıq diaspor təşkilatından 264 nümayəndə qatılmışdır. Təsis konfransında Avropa Azərbayjanlıları Konqresinin nizamnaməsi qəbul edilmiş və qurumun rəhbər orqanları seçilmişdir.

    2004-jü ilin may ayının 28-də Türkiyə Respublikasının İsgəndərun şəhərində bu ölkədə fəaliyyət göstərən 18 Azərbayjan ijma və birliklərini özündə birləşdirən Türkiyə Azərbayjan Dərnəkləri Federasiyasının təsis konfransı keçirilmişdir.

    2005-ji ilin aprel ayında Kanadanın Toronto şəhərində Azərbaycan Təşkilatları Federasiyasının təsis konfransının keçirilməsi Azərbayjan ijmalarının vahid təşkilatda birləşməsi prosesinin artıq mütəşəkkil xarakter aldığını və bütün dünyanı əhatə etməkdə olduğunu göstərdi.

    2004-jü ilin oktyabr ayında Ümumrusiya Azərbayjan Konqresinin II Qurultayının keçirilməsi isə Azərbayjan diasporunun həyatında ən mühüm hadisələrdən biri olmuşdur. Qurultayda Azərbayjan və Rusiya Prezidentlərinin də iştirakı onun siyasi və tarixi əhəmiyyətini artıran əsas faktlardan biri kimi səjiyyələndirilə bilər.

    2005-ji ildə UAK İdarə Heyətinin Dnepropetrovskda keçirilən toplantısında Ukrayna Azərbayjanlıları Konqresinin bütün regional təşkilatlarında gənjlər birliklərinin yaradıması barədə qərar qəbul edilmişdir.

    2006-jı ilin mart ayının 16-da Azərbayjan Respublikası Prezidentinin sərənjamı ilə Bakı şəhərində Dünya Azərbayjanlılarının II Qurultayı keçirilmişdir. Dünya Azərbayjanlılarının II Qurultayı tarixi məzmununa və ijtimai əhəmiyyətinə görə, ilk Qurultaydan bir çox jəhətləri ilə seçilirdi. Bu fərqlərdən birinjisi Azərbayjanın müstəqil dövlət olaraq keçdiyi inkişaf yolu ilə bağlıdır.

    Dünya azərbaycanlılarının II qurultayına dünyanın müxtəlif ölkələrindən ümumilikdə 1231 nümayəndə seçilmişdir. Qurultayda 49 xarici ölkədən 593 nümayəndə və 388 nəfər qonaq iştirak etmişdir. Ən çox nümayəndə və qonaqlarla təmsil olunan ölkələr Rusiya Federasiyası (200), Türkiyə (116), Ukrayna (85), Almaniya (53), Gürcüstan (40), ABŞ (38), Fransa (27), Qazaxıstan (25), İsveç Krallığı (23), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (16), Belarus (15), Kanada (13), Niderland Krallığı (14), Latviya (14), Estoniya (13) və Avstriya (10) olmuşdur.

    2007-ci il noyabrın 17-19-da yenə də Azərbaycan dövlət başçısının təşəbbüsü ilə ilk dəfə Türkiyədən kənarda-Bakıda təşkil olunan Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı da Prezident İlham Əliyevin türk xalqları arasında birliyin möhkəmləndirilməsinə verdiyi xüsusi önəmin göstəricisidir.

    30 ölkədən 550 nəfər nümayəndə və qonağın dəvət olunduğu qurultayın işində Azərbayjan Respublikasının Prezidenti jənab İlham Əliyev, Türkiyə Respublikasının Baş naziri jənab Rəjəb Tayyib Ərdoğan, Şimali Kipr Türk xalqının lideri, jümhurbaşqanı Mehmet Əli Tələt, Türkiyə Respublikasının 9-ju Prezidenti Süleyman Dəmirəl, habelə Türkdilli dövlətlərin yüksək dövlət və hökumət nümayəndələri iştirak etmişlər.

    Türk Dövlət və Jəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının açılışında Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Xıdır Saparlıyev, Qırğızıstanın təhsil və elm naziri Kanıbek Osmonaliyev, Qazaxıstan mədəniyyət və informasiya nazirinin müavini Askar Buribayev də çıxış edərək Qurultayın əhəmiyyəti barədə fikirlərini bölüşmüşlər.

    Qeyd etmək lazımdır ki, indi dünyanın əksər ölkəsində 350-dən çox Azərbayjan ijması fəaliyyət göstərir və diasporumuzun təşkilatlanma prosesi bu gün də davam edir.

    Komitənin əsas vəzifələri

    Dövlət Komitəsinin məqsəd və vəzifələrinin təfsiri Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 avqust tarixli 780 saylı Fərmanı ilə təsdiq edilmiş "Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"də öz əksini tapmışdır. Əsasnaməyə görə, Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılarla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini, onlarla əlaqələrin genişləndirilməsini və inkişaf etdirilməsini, dövlət orqanlarının və qeyri-hökumət təşkilatların bu sahə ilə bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Komitə öz fəaliyyətini digər mərkəzi və yerli icra hakimiyyəti orqanları, bələdiyyə orqanları, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri, xaricdə yaşayan azərbaycanlılarla iş aparan qeyri-hökumət təşkilatları, eləcə də fiziki şəxslərlə əlaqəli şəkildə həyata keçirir. Komitə xaricdə yaşayan azərbaycanlılara, onların yaratdıqları qurumlara, kütləvi informasiya vasitələrinə beynəlxalq hüquq normaları çərçivəsində öz tarixi Vətəni ilə əlaqə yaratmaq, ana dilini, milli-mənəvi dəyərləri mənimsəmək, yaşatmaq və inkişaf etdirmək məqsədi ilə müxtəlif yönlü təşkilati, informasiya, maddi və mənəvi yardım göstərir.

    Dövlət Komitəsinin əsasnaməsinə görə komitənin əsas vəzifələri aşağıdakılardan ibarətdir:

    – Azərbaycan Respublikasının müstəqilliyinin qorunması, milli dövlətçiliyinin möhkəmləndirilməsi və dünyada geniş təbliğ edilməsi işinə xarici ölkələrdə yaşayan Azərbaycanlılar, və digər soydaşlarımızı cəlb etmək, onların mövcud imkanlarından istifadə etmək;

    – Xaricdə yaşayan həmvətənliləri Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi islahatlar prosesinə yaxından cəlb etmək, onların Azərbaycana investisiya qoyması və ölkə hüdudlarında sərbəst fəaliyyət göstərməsi ücün əlverişli şərait yaratmaq; –

    – Xaricdə yaşayan Azərbaycanlıların Azərbaycan Respublikası ərazisində hüquqlarını və vəzifələrini müəyyənləşdirən normativ-hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;

    – Xaricdə yaşayan Azərbaycanlıların bir-biri ilə əlaqə yaratmasına, təşkilatlanması işinə dəstək vermək, yaradılan ictimai, mədəni və digər birliklərin Azərbaycan Respublikasl ilə əlaqələrinə kömək göstərmək;

    – Xaricdə yaşayan Azərbaycanlıların öz milli və vətəndaşlıq hüquqlarının təmin edilməsi ilə bağlı həyata keçirdikləri fəaliyyətə beynəlxalq sənədlərdə təsbit olunmuş insan haqlarının müdafiəsi və qorunması prinsipinə uyğun olaraq dəstək vermək, bu məqsədlə Azərbaycanlıların sıx yaşadığı dövlətlərin aidiyyəti strukturları ilə səmərəli iş mexanizmi qurmaq və problemlərin həllinə kömək göstərmək;

    – Xaricdə yaşayan Azərbaycanlıların mədəniyyət mərkəzlərinə, mədəni-maarif təşkilatlarına, kitabxanalarına, arxivlərinə, muzeylərinə, teatrlarına, musiqi ansambllarına və yaradıcı kollektivlərinə digər dövlət orqanları ilə birgə yardım göstərmək;

    – Azərbaycan Respublikasında həyata keçirilən müstəqil, hüquqi və dünyəvi dövlət, demokratik cəmiyyət quruculuğu, sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişaf haqqında xarici ölkələrdə yaşayan həmvətənlər arasında zəruri məlumatlar yaymaq;

    – Azərbaycan Respublikasının müstəqilliyinin qorunması, milli dövlətçiliyinin möhkəmləndirilməsi və dünyada geniş təbliğ edilməsi işinə xarici ölkələrdə yaşayan Azərbaycanlılar, və digər soydaşlarımızı cəlb etmək, onların mövcud imkanlarından istifadə etmək;

    – Xaricdə yaşayan həmvətənliləri Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi islahatlar prosesinə yaxından cəlb etmək, onların Azərbaycana investisiya qoyması və ölkə hüdudlarında sərbəst fəaliyyət göstərməsi ücün əlverişli şərait yaratmaq;

    – Xaricdə yaşayan Azərbaycanlıların Azərbaycan Respublikası ərazisində hüquqlarını və vəzifələrini müəyyənləşdirən normativ-hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;

    – Xaricdə yaşayan Azərbaycanlıların bir-biri ilə əlaqə yaratmasına, təşkilatlanması işinə dəstək vermək, yaradılan ictimai, mədəni və digər birliklərin Azərbaycan Respublikasl ilə əlaqələrinə kömək göstərmək;

    – Xaricdə yaşayan Azərbaycanlıların öz milli və vətəndaşlıq hüquqlarının təmin edilməsi ilə bağlı həyata keçirdikləri fəaliyyətə beynəlxalq sənədlərdə təsbit olunmuş insan haqlarının müdafiəsi və qorunması prinsipinə uyğun olaraq dəstək vermək, bu məqsədlə Azərbaycanlıların sıx yaşadığı dövlətlərin aidiyyəti strukturları ilə səmərəli iş mexanizmi qurmaq və problemlərin həllinə kömək göstərmək;

    – Xaricdə yaşayan Azərbaycanlıların keçirdikləri mühüm tədbirlərdə Azərbaycan Respublikasının müvafiq dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakına kömək göstərmək;

    – Azərbaycan Respublikasının beynəlxalq aləmdə təbliğ olunması və mənafelərinin müdafəsi işində Azərbaycana ənənəvi müsbət münasibəti olan diasporların imkanlarından istifadə etmək;

    – Diasporla işin təşkil olunması və aparılması sahəsində digər ölkələrin təcrübəsini öyrənmək, ümumiləşdirmək və tətbiq olunmasını təmin etmək.

    Komitənin hüquqları

  • xaricdə yaşayan azərbaycanlılarla bağlı normativ-hüquqi aktların hazırlanmasına və təkmilləşdirilməsinə dair təkliflərlə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etmək;

  • komitənin səlahiyyətlərinə aid olan məsələlərin həll edilməsi üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayendəliklərindən zəruri məlumat və arayışlar almaq;

  • səlahiyyətləri daxilində Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, bələdiyyə orqanları, fiziki və hüquqi şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək;

  • komitəyə həvalə edilmiş vəzifələrə aid məsələlər üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada xarici ölkələrin müvafiq orqanları ilə və beynəlxalq təşkilatlarla danışıqlar aparmaq;

  • səlahiyyətləri çərçivəsində konfranslar, müşavirələr, seminarlar keçirmək, sərgilər və digər tədbirlər təşkil etmək;

  • xaricdə yaşayan azərbaycanlılarla bağlı informasiya və nəşr fəaliyyətini həyata keçirmək;

  • öz vəzifələrini yerinə yetirmək məqsədi ilə qanunvericiliklə müəyyən olunmuş qaydada Komitənin nəzdində müvafiq qurumlar yaratmaq, onları yenidən təşkil etmək və ləğv etmək;

  • müvafiq ölkələrdə azərbaycanlılarla bağlı iş aparmaq məqsədi ilə Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə Xarici İşlər Nazirliyi tərəfindən təyin olunan işçilər haqqında təqdimat vermək;

  • komitənin səlahiyyətinə aid problemlərin öyrənilməsi üçün qanunvericiliyə uyğun olaraq müqavilə əsasında mütəxəssislər və ekspertlər cəlb etmək;

  • xaricdə yaşayan azərbaycanlılarla iş üzrə komissiyalar, koordinasiya və ekspert şuraları, işçi qrupları yaratmaq;

  • qanunvericiliklə muəyyən edilmiş qaydada kütləvi informasiya vasitələri təsis etmək, xususi bülletenlər və digər nəşrlər buraxmaq;

  • xaricdə yaşayan azərbaycanlılar, onların məktəb və digər mərkəzləri üçün ana dili dərsliklərinin, müvafiq tədris proqramlarının və vəsaitlərinin hazırlanmasında iştirak etmək;

  • səlahiyyətlərinə aid məsələlər üzrə metodik və təlimat xarakterli göstərişlər məsləhət və izahatlar vermək.

    Komitənin beynəlxalq əlaqələri

    Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin Əsasnaməsinə əsasən Komitənin xarici ölkələrdə nümayəndəliklərinin açılması nəzərdə tutulmamışdır.

    Komitənin yerləşdiyi ünvan

    Ünvan : Bakı şəhəri, Səməd Vurğun küçəsi 24. Əlaqə telefonları: 493-10-54, faks: 498-61-87 E-mail: info@diaspora.gov.az İnternet səhifəsi: www.diaspora.az , www.diaspora.gov.az E-mail: info@diaspora.gov.az
    İnternet səhifəsi: www.diaspora.az, www.diaspora.gov.az
    yuxarı