AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

  • Fondun tarixi
  • Fondun idarə olunması
  • Fondun formalaşması mənbələri və xərc istiqamətləri
  • Fondun maliyyələşdirdiyi mühüm layihələr
  • Neft Fondu və Şəffaflıq
  • Fondun ünvanı
  • Fondun tarixi

    Azərbaycan Respublikası Dövlət Neft Fondu Azərbaycan Respublikası Prezidenti, ümummilli liderimiz Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə təsis edilmişdir. Fondun Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Fond əməli fəaliyyətə 2001-ci ilin iyul ayında fondun vəsaitlərinin yerləşdirilməsi qaydalarının Prezident Fərmanı ilə təsdiq edilməsindən sonra başlamışdır. Fondun yaradılması ilk növbədə 1994-cü ildən başlayaraq Heydər Əliyev tərəfindən məharətlə həyata keçirilmiş neft strategiyası hesabına mümkün olmuşdur.

    Neft Fondu nə üçün yaradılıb? Fondun yaradılması fəlsəfəsinin əsas qayəsini Azərbaycan xalqına Tanrı tərəfindən bəxş edilmiş neft sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin edilməsi təşkil edir. Fondun qarşısında qoyulan əsas məqsədlərdən biri neft gəlirlərinin gələcək nəsillər üçün toplanaraq artırılması, digəri isə bu gəlirlərdən ölkəmizin cari sosial ehtiyaclarını, iqtisadi tərəqqi və inkişaf tələblərini nəzərə almaqla, bugünkü nəsillər üçün istifadə edilməsidir. Bundan başqa Neft Fondunun qarşısında ölkə iqtisadiyyatını artan xarici valyuta daxilolmalarının mümkün mənfi təsirlərindən qorumaq (manatın kəskin bahalaşması və yerli istehsalın rəqabət qabiliyətinin pisləşməsi), makroiqtisadi tarazlığı gözləmək və maliyyə intizamına xələl gətirməmək məqsədləri durur.

    Fondun idarə olunması

    Neft Fondu neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin:

    təmin edən xüsusi qurumdur.

    Neft Fondunun fəaliyyətinə ümumi nəzarət Müşahidə Şurası tərəfindən həyata keçirilir. Müşahidə Şurasının başlıca vəzifəsi:

  • Neft Fondunun İcraçı Direktoru tərəfindən hazırlanan illik büdcə layihəsinə və büdcənin icrası barədə hesabatlara,
  • illik hesabatlara,
  • maliyyə fəaliyyətinin auditinin nəticələrinə
  • rəy verməkdir. Azərbaycan Respublikası Prezidentinin 16 may 2007-ci il tarixli 2177 saylı Sərəncamı ilə Müşahidə Şurasının 9 nəfərdən ibarət tərkibi təsdiq edilmişdir.

    Neft Fonduna Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən İcraçı Direktor rəhbərlik edir.

    ARDNF-nin İcraçı Direktoruna:

    səlahiyyətləri verilmişdir. İcraçı Direktor ARDNF-nin illik büdcəsini, Fondun vəsaitinin istifadə edilməsinə dair illik proqramını hazırlayır və təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim edir.

    Neft Fondunun büdcəsinin icrası Müşahidə Şurası tərəfindən verilmiş rəy əsasında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə təsdiq edilmiş Neft Fondunun büdcəsinə, o cümlədən vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramına) və illik xərclər smetasına uyğun olaraq həyata keçirilir.

    Neft Fondunun valyuta vəsaitlərinin idarə olunması ilə bağlı fəaliyyəti ölkə Prezidentinin 19 iyun 2001-ci il tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalara» uyğun olaraq həyata keçirilir.

    Fondun formalaşması mənbələri və xərc istiqamətləri

    Neft Fondunun vəsaiti:

    1. hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq Azərbaycan Respublikasının payına düşən neft və qazın satışından əldə edilən xalis gəlirlər,
    2. bonuslar,
    3. akrhesabı ödənişlər,
    4. dividendlər,
    5. neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər,
    6. sərmayəçilər tərəfindən verilən aktivlərdən əldə edilən gəlirlər,
    7. Fondun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər,
    8. qrantlar və digər təmənnasız yardımlar,
    9. qanunvericiliyə uyğun olaraq digər gəlirlər və daxil olmalar hesabına formalaşır.

    Fondun xərc istiqamətləri

    Dövlət Neft Fondunun Əsasnaməsinə uyğun olaraq, Fondun vəsaiti ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə və strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşasına və bərpasına istifadə oluna bilər.

    Bundan başqa, Neft Fondu dövlət büdcəsinə transfertlər edir. Fondun xərclərinin müəyyən hissəsi isə onun idarə edilməsinə yönəldilir.

    Azərbaycan Respublikasının "Büdcə Sistemi haqqında" Qanununa uyğun olaraq, Fondun xərcləri icmal dövlət büdcəsinin tərkib hissəsidir və hər il dövlət büdcəsi ilə birlikdə ölkə parlamenti tərəfindən baxılaraq təsdiq edilir. Qanunda nəzərdə tutulduğu kimi, Fond yalnız öz büdcəsi ilə nəzərdə tutulan xərcləri həyata keçirə bilər. Fondun əməliyyat və idarə edilməsi ilə bağlı xərcləri istisna olmaqla, bütün xərcləri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Xəzinədarlığı vasitəsilə həyata keçirilir.

    Neft Fondunda toplanmış neft gəlirlərindən əldə edilən vəsaitlərin səmərəli istifadə olunmasına Azərbaycan hökuməti tərəfindən göstərilən diqqətin təzahürü kimi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 27 sentyabr 2004-cü il Fərmanı ilə "Neft və qaz gəlirlərinin istifadə olunması üzrə uzunmüddətli strategiya" təsdiq edilmişdir. Bu strategiyada vəsaitlərin aktiv şəkildə, o cümlədən iqtisadiyyatın qeyri-neft sektorunda, regionların, kiçik və orta sahibkarlığın inkişafında, infrastruktur sahələrin genişmiqyaslı inkişafında, yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsində, "insan kapitalının" inkişafına, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və digər bu kimi istiqamətlərdə istifadə olunması nəzərdə tutulur.

    Fondun maliyyələşdirdiyi mühüm layihələr

    Dövlət Neft Fondu aşağıdakı ümummilli əhəmiyyətə malik layihələrin maliyyələşdirilməsini həyata keçirir:

    1. Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi;
    2. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması problemlərinin həlli layihəsi;
    3. Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi layihəsi;
    4. Samur-Abşeron kanalının rekonstruksiya edilməsi;
    5. Dövlət İnvestisiya Şirkətinin Nizamnamə kapitalının maliyyələşdirilməsi;
    6. “Bakı-Tibilisi-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsi;
    7. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi

    Neft Fondu və Şəffaflıq

    Dövlət Neft Fondu fəaliyyətində daim şəffaflıq sahəsinə xüsusi diqqət göstərir. Neft Fondunun hesabat sistemində şəffaflığın təmin edilməsi ilk növbədə Neft Fondunun maliyyə fəaliyyəti haqqında hesabatının müstəqil auditor tərəfindən yoxlanılması vasitəsilə həyata keçirilir.

    Neft Fondu təbii ehtiyatların idarə olunmasından əldə edilən gəlirlər və onların xərclənməsi istiqamətlərinin ictimaiyyətə çatdırılmasında şəffaflığın təmin olunması üçün gəlir və xərcləri haqqında rüblük, ARDNF-in fəaliyyəti barədə illik hesabatları mətbuatda və Neft Fondunun internet səhifəsində (www.oilfund.az) mütəmadi olaraq dərc etdirir.

    Neft Fondunun fəaliyyəti ilə bağlı ictimaiyyətə dəqiq məlumatların çatdırılması məqsədi ilə media nümayəndələri üçün vaxtaşırı mətbuat konfransları təşkil edilir.

    Neft Fondu Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində fəal iştirak edir. Azərbaycan bu təşəbbüsə 2003-cü ildən qoşulmuşdur.

    Dövlət Neft Fondunun İcraçı Direktoru Azərbaycan hökumətinin 2003-cü ilin noyabr ayında yaratdığı MHŞT üzrə Komissiyanın sədridir. MHŞT-nin Azərbaycanda tətbiqi mexanizmi Komissiya tərəfindən hazırlanıb və bu mexanizmə uyğun olaraq Azərbaycan hökuməti müntəzəm olaraq Təşəbbüs üzrə hesabatlarını açıqlayır. Azərbaycan MHŞT üzrə dünyada ilk hesabatı açıqlayan ölkədir (2005-ci il martın 15-də).

    2006-cı il oktyabrın 14-16-da Norveçin paytaxtı Oslo şəhərində keçirilmiş MHŞT üzrə 3-cü Beynəlxalq Konfransda Şəffaflıq Təşəbbüsünə beynəlxalq dəstəyin təmin olunması və Təşəbbüsün fəaliyyətinin koordinasiya edilməsi məqsədilə İdarə Heyətinin yaradılması qərara alınmışdır. Azərbaycan Təşəbbüsün həyata keçirilməsində lider ölkə kimi İdarə Heyətinə üzv qəbul olunmuşdur.

    2007-ci ilin mayında Dövlət Neft Fondu MHŞT-nin tətbiqinə görə “BMT-nin Dövlət Qulluğu Mükafatı” ilə təltif edilmişdir.

    Fondun ünvanı

    Azərbaycan Respublikası, Bakı Az1014, Bül-Bül prospekti 20.
    Telefon: (+ 99412) 498-77-53
    Faks: (+ 99412) 498-76-53
    E-mail: office@oilfund.az
    İnternet səhifəsi: http://www.oilfund.az
    yuxarı