AZƏRBAYCAN FÖVQƏLADƏ İSTİNTAQ KOMİSSİYASININ ÜZVÜ MİXAYLOVUN MƏRUZƏSİ

Ermənilər tərəfindən zorakılıqlara, qarətlərə və başqa zorakılıq təzyiqlərinə məruz qalan Gəncə quberniyasının Cavanşir, Şuşa və Cəbrayıl qəzalarının müsəlman kəndlərindəki sakinlərin vəziyyətinin araşdırılması ilə bağlı. Bu məruzə ilə belə təyin edilir ki, nəzərdən keçirilən məsələ üzrə Qarabağın dörd qəzasının yerli əhalisi başlarına gələn faciələrin ağırlığına görə Azərbaycan Respublikasının ermənilərdən ziyan görən bütün başqa əyalətlərindən kəskin sürətdə fərqlənirlər.

Bakı şəhəri təslim olduqdan sonra, yəni ki, 1918-ci ilin oktyabr ayından başlayaraq, Bakı quberniyasının və Gəncə quberniyasınnı dörd qəzasının müsəlman əhalisi tədricən qəbilə nifrəti ilə vəhşiləşmiş ermənilərin onların başlarına gətirdikləri bəlalardan və vəhşiliklərdən tədricən özlərinə gəlməyə başladıqları halda Qarabağ müsəlmanları aramsız olaraq son günlərə kimi, Həm Qarabağın yerli erməni əhalisi, həm İravan quberniyasından gələn erməni qaçqınlarının, həm də Türkiyə vilayətlərindən bu əraziyə soxulub, yerli müsəlmanlardan bu günün özünə kimi Ermənistan Respublikasının hakimiyyətinə tabe olmağı tələb edən erməni əsgərləri tərəfindən ağla batan v batmayan bütün zorakılıqlara məruz qalırlar.

1. Cavanşir qəzası.

Dindirilmiş şahidlərin ifadələrinə və Cavanşir qəzasının Qəza Polis İdarəsinin rəsmi sənədlərinə əsasən (təsdiq edilmiş sənədlərin surətləri cinayət işinə əlavə edilmişdir) nəzərdən keçirilən məsələ üzrə aşağıdakı vəziyyət təyin edilir.

Hərbi hərəkətlərin Rusiya tərəfindən dayandırılmasından hələ xeyli əvvəl, erməni əsgərlərin böyük bir əksəriyyəti fərarilik edərək, öz kəndlərinə qaçarkən, özləri ilə böyük miqdarda döyüş sursatlarını: dövlət xəzinəsindən oğurladıqları tüfəngləri, pulemyotları və hər cürə döyüş ləvəzimatlarını daşıyıb gətirirdilər. Belə cinayət cazalarının təzahürünə bir tərəfdən yerli erməni ziyalıları və erməni Kəndləri İcmalarının nümayəndələri təkan verirdilərsə, digər tərəfdən Rus Polis hakimiyyətinin bu hadisələrlə bağlı fəaliyyətsizliyi və hətta məsuliyyətsizliyi bu hadisələrin ermənilərin arzularına müvafiq inkişaf etməsi üçün münbit şərait yaradırdı. Qəzanın müsəlmanları öz tarixi qonşuları ermənilərə həddən ziyadə etibar etdikləri üçün, hər-hansı bir ehtimala qarşı heç ağıllarına belə gətirmirdilər ki, daşınan döyüş sursatı və silahlar ilk öncə onların özlərinə qarşı tətbiq etmək üçün tədarük edilir; məhz elə bu baxımdan silah daşınmasının qarşısını almaq üçün heç bir tədbirə əl atmırdılar, baxmayaraq ki, artıq Evlax stansiyasında və Bərdə kəndinin şossesində müsəlmanlar artıq ermənilər tərəfindən silah daşınması halları aşkar edirdilər. Rusiyada dövlət çevrilişi baş verən andan, demək olar ki, erməni kəndlərinə açıq aşkar döyüş ləvazimatlarının, sursatların və silahların daşınma tezliyi sürətlə artmağa başladı və elə həmin anlardan başlayaraq ermənilərdə müsəlmanlara qarşı artıq bütün çılpaqlığı və sərtliyi ilə özünü biruzə verən düşmən münasibətləri və zorakılıq halları baş verməyə başladı.

Burada qəzanın müsəlman əhalisinin yaşadığı kəndlərin mövqeyini və onların ərazi xüsusiyyətlərinin üstünlüklərini qeyd etmək vacibdir. Böyük əksəriyyət təşkil etmək şərtilə bu kəndlər əsasən aşağıda düzənliklərdə yerləşirlər, amma Kelanin və Avrayan kənd icmalarının kəndləri Cavanşir qəzasının birinci dağ ətəyi və ikinci - yüksək dağ zolağında yerləşirdilər. Kelanin icmasının 12 kəndi: 1) Dəmirlər, 2) İmarət Qarvənd, 3)Çarektar, 4) Umudlu, 5) Qaralar, 6)Sırxavend, 7)Bruc, 8) Əli-ağəli, 9)Xaçın Dorbatlu, 10) Şirxavənd, 11) Çıraqlı, 12) Hacı-Herravend dörd tərfdən erməni kəndlərinin böyük bir sırasi ilə əhatələnib: Marağalı, Talış, Aşağı və yuxarı çaylı, Lüləsər, Ağdərə, Ulu Qarabəy, Kiçik Qarabəy, Çarlami, Hasariz, Vankt, Dovşanlu, Damğalu, Kələdağ və başqaları ilə. Beləliklə müsəlman kelanılılar qəzanın aşağı hisssəsi ilə əlaqə yaratmaq üçün yalnız və yalnız erməni kəndlərindən keçib gedə bilərdilər. Avrayan kənd icmasına qaldıqda isə, onun kəndləri çox yüksək dağlarda, erməni kəndlərindən yuxarıda yerləşir. Bu kəndlər öz mövqelərinə görə üstün cəhətlərə malik olub, öz dinc həyatlarını heç kimə qarışmadan yaşayırlar və onların sakinləri əsasən xüsusi mərdliyə malik olan kürd qəbilələridir. Məhz bu səbəbdən o zamanlar Kelanin icmasının heç bir kəndi heç bir hadisədən ziyan görmədi.

Ermənilərin müsəlman əhalisinin əleyhinə çıxışlarına qayıdıb, nəzər salanda görürük ki, şahidlərin ifadələri ilə təyin edilir ki, erməni silahlı quldur dəsətələri ancaq öz yaşadıqları rayonlarda, harada ki, onlar güc və təşkilatçıqlarının əksəriyyət təşkil etdikləri ərazilərdə və əsasən demək olar ki, silahsız müsəlman kəndlərinin erməni kəndləri ilə əhatə olunduğu və heç bir yerdən kömək ala bilmədiyi ərazilərdə özlərini daha qüvvətli hesab edirdilər.

Beləliklə bütünlükdə Cavanşir qəzasının yalnız Kelanı İcmasının kəndləri talan edilmişdi.

1917-ci ilin dekabr ayından başlayaraq, erməni silahlı quldur dəstələri yuxarıda adı çəkilən müsəlman cəmiyyətinin kəndlərinə soxularaq, kənd sakinlərinin evlərinə silahlı keşikçi dəstələri qoyur, kelanılılardan Ermənistan Respublikasına tabe olmağı tələb edir, onları vergilərlə yükləyərək, öz xeyirləri naminə müsəlmanlardan öz dövlətləri üçün vergi ada altında böyük pul məbləğləri qopardırdılar. Öz quldur dəsətələrinin bir ay müddətində ərzaqla təmin edilməsini və yedizdirilməsini tələb edirdilər, müslman kəndlərində qadınların zorlanması ilə müşayət edilən əyyaş məclislərinin keçirilməsinə adi hal kimi baxırdılar. Sistemli surətdə müsəlmanların mal-qarası ermənilər tərəfindən qovulub aparılmağa başlandı. Bu təqiblərə məruz qalan müsəlman kəndlərinin sakinləri faktiki halda mühasirədə olduqları üçün, öz icmalarındakı din qardaşları - aşağı kəndlərin müsəlman sakinləri ilə hər hansı bir əlaqə saxlamaq şansından məhrum idilər. Cavanşir qəzasının Müsəlman Milli Komitəsi bütün vasitələrdən istifadə edərək, ermənilərlə əvvəlki mehriban və səmimi münasibətləri qurmağa can atırdı, erməni kəndlərinə qarışıq tərkibli sülh nümayəndəlikləri göndərir, ovalıqda yerləşən bir neçə erməni kəndlərinin köçürülməsi planların işləyib hazırlayırdı. Sarov, Həsən Qay və bir neçə başqa kəndi dağ rayonuna, oradan isə Kelani icmasının sakinlərini dağətəyi ərazilərdən ovalıqlıqlara köçürməyə can atırdı. Nəticədə ovalıqda yaşayan erməni kəndlərinin sakinləri heç bir ağrısız və itkisiz bütün mal-qaraları və əmlakları ilə dağlara köçə bilidikləri halda, Kelanı İcmasının əhalisi onlara ovalıq ərazilərə köçməyə imkan verməyən erməni məngənəsinin özbaşınalıqları və zorakılıqları içində boğulurdular. Ermənilərin köçürülməsi və dağətəyi ərazilərdə yaşayan müsəlman kəndlərinin köçürülməsinin gecikdirilməsi isə, hadisələrin gedişatı göstərdiyi kimi, belə bir qənaətə gəlməyə imkan verdi ki, bu yerdəyişmələr heç də erməniləri mümkün olan təhlükədən uzaqlaşdırmaq və ya qorumaq məqsədi güdmür, əksinə bu minvalla bir tərəfdən, dağətəyi zolaqda ermənilərin silahlı qüvvələrinin xüsusi silahlandırılması ilə yanaşı digər tərəfdən, həmin ərazilərdə yaşayan müsəlman əhalinin tezliklə və müvəffəqiyyətlə qırılıb, məhv edilməsinə xidmət edir. Adı çəkilən icmanın tamamilə kölə həyat tərzi uzun aylar davam edərək, bəzi kəndlərdə 1918-ci ilin sentyabrına kimi, bəzilərində isə hətta ilin sonuna kimi davam etdi və nəticədə ümüdsizlik içində boğulan müsəlman əhalisi onları dörd tərəfdən üzük qaşı kimi əhatə edən erməni quldur dəstələrinin vəhşiliklərindən canlarını qurtarmaq üçün, nəyin bahasına olursa olsun, hətta insan itkiləri naminə belə, mühasirə halqasını yararaq, ovalıqda yaşayan müsəlman kəndlərinə köçmək, kim harada qərar tuta bilərsə, ora pənah aparmaq qərarına gəldilər. Onlar buna nail oldular, amma çox böyük itkilər bahasına.

Müsəlman qaçqınları bütün daşınan əmlaklarını itirdilər, kənd təsərrüfatı alətlərini, demək olar ki, bütün mal qaralarından evlərindən məhrum oldular, onların təsərrüfat tikintiləri tamamilə darmadağın edildi və ən başlıcası da o oldu ki, müsəlmanlardan əsasən qadınlar və uşaqlar acından, soyuqdan, xəstəlik və qaçqınlıqdan doğan başqa məhrumiyyətlər üzündən həlak oldular.

Qaçqınların çoxu onları yolda təqib edən ermənilər tərəfindən qırılıb məhv edilirdi, dicərləri isə - qaçmaq imkanından məhrum olan xəstələr, qocalar, qarılar və hətta əlillər elə qaldıqları kəndlərə soxulan ermənilər tərəfindən qırılıb məhv edilirdilər.

Ermənilərin təqiblərindən yaxa qurtarmaq üçün, bəzi kəndlərin sakinləri, məsələn, İmarət Qərvənd, Umudlunun bir hissəsi qaçmaq üçün, daha uzun dolanbac və təhlükəli dağ yollarını seçərək, Yelizavetpol qəzasının Dzeqem yolu ilə payız vaxtı, sərt Murovdağın hündür, qarlı dağlarından aşıb Cavanşir qəzasının ovalıqlarına çatana kimi məcburi köçkünlərin aqibətinə yazılan həyatın bütün amansız sınaqlarından keçdilər.

İndiki zamanda adı çəkilən kənd cəmiyyətinin qaçqınları Cavanşir ovalığının müxtəlif müsəlman kəndlərində - Seyidlər və s kəndlərdə, Şuşa qəzasının Behu Saroy, Seysulan, Ərımca, İlşıxlar, Boy Axmedi, Kahil-Qarvənd kəndlərində, din qardaşlarının ocaqları başında sığınacaq tapdılar, bütün imkanlardan məhrum, adi kəndli əməyi üçün belə lazım olan hər şeyini itirən insanlar, onların qeyri-adi rəhmdilliyinin şahidi oldular. Artıq yuxarıda qeyd olunduğu kimi Müsəlman Milli Komitəsi erməni kəndlərinə sülh nümayəndəliklərini göndərirdilər, lakin heç bir halda bu nümayəndəliklər öz barışıq missiyalarını yerinə yetirməyə nail ola bilmədilər, əksiə hətta bir dəfə şahidin ifadəsinə görə Milli Müsəlman Komitəsinin sədri Meşəli Alış İsmayılov, nümayəndəliyin başçısı kimi hədələrə və təhlükəyə məruz qalmışdı. Marağalı erməni kənd icmasının kəndxudası Nerses Manukov Avan Yüzbaşıyevin malikanəsində birbaşa deyib ki, "Bunlar hələ boş şeylərdir. Bir az səbr edin və görün başınıza nələr gələcək".

Beləliklə Cavanşir qəzasının, həmçinin ovalığın müsəlman əhalisi ermənilərin zorakılıqları ucbatından aşağıdakı ziyanlara məruz qaldılar: 1918-ci ilin baharında və yayında ermənilər Tərtər su hövzəzisinə axan kiçik çayların suyunun qarşısını bəndlərlə alaraq, suyun ovalığa çatmasına imkan vermədilər və nəticədə aran ərazilərində yerləşən Azərbaycan kəndlərinin əhalisi nəinki öz bağ və bostanlarını suvarmaqdan məhrum oldular və hətta içməli suya belə möhtac qaldılar. Onu da demək vacibdir ki, yayda Cavanşirdə su bütün canlılar və bitkilər üçün əsas həyat mənbəyi sayılır. Bütün bunlara onu da əlavə edək ki, 1918-ci ilin yayında müsəlman əhalisi adətən yayın qızmar istisindən və artıq xərclərə səbəb olan yem qıtlığından yaxa qurtarmaq üçün, həmişə olduğu kimi öz mal qarasını yaylaqlara, öz doğma torpaqlarındakı otlaqlara qaldırmaq imkanından məhrum idilər; buna səbəb isə uzun müddət ermənilərin Şuşaya və onun qəzasına aparan bütün yolları kəsməsi, aran camaatının daimi vahimədə və səksəkədə saxlaması, kəndlilərin kənd-tarla işləri ilə məşğul ola bilməməsiydi və eyni zamanda əhalinin mal qarası qovulub aparılırdı, yollarda tək qalan müsəlmanları isə vurub öldürürdülər və sonda belə təbii bir qənaətə gəlmək olur ki, qəzanın müsəlman əhalisinin həyatı həqitən də misli görünməmiş faciələr içində idi.

Hadisələrin bir qədər yaxşılaşmasına baxmayaraq, vəziyyət demək olar ki, yenə də həddən ziyadə ağır olaraq qalır, ona görə ki, yerli və gəlmə erməni əhalisi bu günə qədər Azərbaycan hökumətini tanımadıqlarını bildirərək, Cavanşir qəzasında ələ keçirib, nəzarətdə saxladıqları əraziləri Ermənistan Respublikasının mülkiyyəti hesab edirlər və bu günün özünə kimi onlar tərəfindən törədilən zorakılıq hallarının ardı-arası kəsilmir. Belə ki, Fövqəladə İstintaq Komissiyasının üzvləri qəzanın hüdudları daxilində vəziyyətlə bağlı araşdırmalar apardıqları zaman, Dəmirlən kənd sakini Cavad Əli oğlunun mal qarasını sürüb aparmış, Marağalı kəndi yaxınlığında iki müsəlman oğlan uşağını oğurlayıb aparmışdılar. Bu uşaqları çox böyük çətinliklə geriyə qaytarmaq mümkün olmuşdu. Son hadisələr zamanı vəziyyətin belə gərginləşməsi Fövqəladə İstintaq Komissiyasının üzvlərini talan edilmiş dağətəyi zolaqda yerləşən müsəlman kəndlərini baxışdan keçirmək imkanından belə məhrum etdi. Ona görə ki, yerli baxış keçirmək üçün bir sıra erməni kəndlərinin içindən keçib getmək, hətta komissiya üzvləri üçün belə azadlıqdan məhrum olmaq, Komissiyanın iş və sənədlərinin əllərindən alınması ilə nəticələnə bilməsi inkarolunmaz fakt idi.

Bütün bunlarla yanaşı elə bu günlərin özündə ermənilər şəxsən heç bir maneəsiz qəzanın aran ərazisi ilə müsəlman kəndlərinin içindən hərəkət edir, çox böyük sayla hər həftə Tərtər bazarında peyda olurlar, müsəlmanlarla nəinki sərbəst ticarət əlaqələrini qururlar və hətta cinayət əməllərinə əl ataraq, müsəlmanlardan oğurladıqları mal-davarı elə burada onların özlərinə də satırlar (bax şahid İsgəndərovun ifadəsi l. d. 5).

Erməni quldur dəstələrinin Cavanşir qəzasının hüduları içərisində törətdikləri məzmun və ağırlığına görə daha cidid cinayət əməllərinin heç olmasa qısa siyahısına keçməzdən əvvəl qeyd etmək vacibdir ki, yuxarıda adları sadalanan Kelanı Kənd İcmasının 12 kəndindən başqa ermənilər tərəfindən aşağıdakılar törədilmişdir. Belə ki, ermənilər öz kəndlərini Marağalıda iki müsəlmanı - Məhəmməd İsgəndər oğlu və Müslüm Rəhim oğlunu qətlə yetirərək, meyitləri Daşarxı kanalına atıblar; Fındıqlı adlanan yerdə Dovşanlıdan olan ermənilər kənd ayaqçısı Fəxrəddin cəfərqulu oğlunu və onun iki müsəlman yol yoldaşını qətlə yetirib, onların dörd öküzünü qarət ediblər; Sarov kəndinin erməniləri Bruc kəndinin çobanlarına qarət məqsədilə hücum edərək, atəş açıb, onları vahiməyə salaraq, mal-qaranı Çaylı erməni kəndinə qaçırdıblar; silahlanmış Ağdərə ermənilərinin quldur dəstəsi Qapanlı müsəlman kənd sakinlərinin 600 baş qoyun və 50 baş iri buynuzlu mal-qarasını oğurlayıb aparıblar; elə həmin quldur dəstəsi başqa qapanlıların 250 qoyununu və 61 baş iri buynuzlu mal-qarasını qaçırdıb apardılar; Ağdərə erməniləri Qarapirim kənd sakini cümşüd bəyin 1350 qoyununu və 4 atını sürüb qaçırdıblar; Dovşanlı erməniləri Qarakor kəndinin özündə Ocaqverdi Molla Qəmbər oğlunu və Eyvaz Molla Novruz oğlunu öldürdülər, özü də qeyd etmək lazımdır ki, birincisinin arvadı Sona Şahməmməd qızı xüsusi vəhşiliklə qətlə yetirildi; Qulyataq ermənilərinin quldur dəstəsi Sırxəvəndlilərin 122 baş iri buynuzlu mal-qarasını, Qalayçılardan isə 105 baş malı qovub apardı; Ağdəmir ermənilərinin quldur dəstəsi Qapanlı kənd sakinlərinin mal qarasını qaçırmağa cəhd etdi və araya düşən atışmada Qurban Allahverdi oğlu öldürüldü; Çoxlu Dəyirman adlanan yerdə erməni əsgərlərindən və yerli kənd əhalisindəndən ibarət olan 500 nəfərdən ibarət quldur dəstəsi Qoturlu kənd sakinlərinin karvanına hücum edərək, onların ümumi məbləği 1 milyon 200 min rubla yaxın atlarını, öküzlərini, pullarını, ev əşyalarını və mallarını qarət etdilər; mülkədər Nuribəyin torpaqlarında Ağdərə ermənilərinin quldur dəstəsi İmarət Qərvndlilərin mal-qarasanı taladı; Çıraqlı kənd sakini İsgəndər Əli oğlunun Sendrəl yeri adlanan ərazidə 115 baş iri buynuzlu mal-qarasını erməni quldur dəstələri talayıb apardılar və bu hadisə zamanı hücum edənlər tərəfindən fars mənşəəli çoban Novruz öldürüldü; Ağdərə ermənilərinin quldur dəstəsi Ozok yeri adlanan ərazidə Paprəvənd kənd sakini Həsrət Ağakişi oğlunu öldürüb 12 baş qoyununu qaçırtdılar; Papravəndli Albənd Sadıq oğlunu qoyun satmaq adı altında aldadıb öz kəndlərinə apararaq, onu öldürdülər və meyidini gizlətdilər, qətl hadisəsi bu ilin yanvar ayında baş vermişdi; Ağdərə ermənilərinin quldur dəstəsi Qalayçılar kənd sakinlərinin 84 baş iri buynuzlu mal qarasını və atlarını qovub apardılar; yenə Ağdərə erməniləri Qarapirim kənd əhalisi ilə atışmaya başlayaraq, onların 1350 qoyununu və 3 atını qaçırtdılar.

Yuxarıda sadalanan ermənilər tərəfindən ayrı-ayrılıqda törədilmiş bəzi cinayətlərin şərhinin qısa siyahısından aşkar görünür ki, ermənilər əsasən qoyunu, iri buynuzlu mal-qaranı və atları aparmaqla müsəlman təsərrüfatlarının özülünü dağıtmaq, talanmış Azərbacan kəndlilərini ac qoymaqla didərgin salmaq niyyətini güdürdülər. Qəza sakinlərinə qarşı çoxsayda törədilən qətllər, öldürülənlərin nə yaşlarına, nə cinslərinə, nə də azyaşlı uşaq, qoca və hətta əlil olmasına rəhm edilməməsi, ermənilərin bəzi aşağıda sadalanan cinayət hadisələrini xüsusi vəhşilik və görünməmiş qəddarlıqla həyata keçirtdilərin sübuta yetiririr. Bu minvalla qəddarcasına Umudlu kənd sakini Süleyman Qazax Aslan oğlu, Məmməd Meşəli Paşa oğlu və Kazım Atam oğlu qətlə yetirilib, şaqqalanaraq, parça-parça doğranıldılar - onları öz kəndliləri belə vəziyyətdə tapmışdı. Hacı Qərravənd kənd sakini Zeynəb Şirin qızının cəsədi döşləri kəsilmiş halda tapılmışdı. Dovşanlı şöbəsinin Korakor kənd sakini Ramazan Novruzəli oğlu, Qönçə Ocaqqulu qızı və çolaq Suleyman Həsənəli oğlu Boqmukanli erməni Zəhariya Kukurovanın sözlərinə görə vəhşicəsinə öldürülmüş sonra isə onların meyitləri yandırılmışdı. Sırxavənd - Boluqaya kəndinini sakini Soltan Əli İman oğlu Qazançı kəndinin yanında tutulub saxlanıldıqdan bir vaxt sonra onun yandırılmış meyidi tapılmışdı. Güney-Qaya - Sırxavənd kənd sakinləri Şərif İsmayıl oğlu və Rəcəb Novruz Əli oğlunun ermənilər tərəfindən qətlə yetirilən və başları kəsilib atılan cəsədləri tapılmışdı. Müsəlman kəndlərinə hucum edən erməni quldur dəstələrinin üzvlərini və onların başçılarından çoxlarını, şahidlərin ifadələrindən göründüyü kimi, müsəlman şahidləri öz verdikləri ifadələrdə tanıdıqlarını bildirirdilər, lakin burada yalnız tam adları familiyaları tanınan şəxslərin adları çəkiləcək. Daha dürüstü, məhz: Yuxarı Qarxun mülkünün mülkədarı mühəndis Konstantan Nikitiç Abramov, Avan Yüzbaşevin malikanəsinin idarəçisi Baqrat bəy Məlik Şahnazarov, Marağalı Kənd İcmasının kəndxudası Nerses Manukov, Gülyataq kənd sakini İvan bəy Mirzəbəyov, Dovşanlı kəndindən Artemiy və Muki Sukiasovlar, Efrem və Nikolay Şahbağovlar, Bozorkənd sakini Nikolay Saruxanov, Vəng kəndindən Tiqran Asan cəlalov, Domqalı kəndindən Tsaçur Mosesov, Lüləsəs kəndindən Vaqon Bejanov, Yuxarı və Aşağı Çaylı sakinləri Şimir Ağabəyov, Setrak Usubov, Talışi kəndindən Tyuni Atambekov, Ağdərə kənd sakini Karapet Anastasov, Talışi kəndindən İsaak, Minas Ter-Danilov qardaşları, yenə həmin kənd sakini Rüstəm Babayev, Həsənriz kəndindən Sukias Qandazxazov, Çardaxlıdan Bəxşi Ovanesov, aşağı Çaylı kəndindən Akocan Masesov, Nikolay Soqratov, Ağdərəli Maroks bəy Ter-Astçaçurov, Marqoşovan kəndindən Atakişi Xaçaturov. Bir çox başqalarının isə şahidlər tərəfindən yalnız adları ilə quldur dəstələrinin iştirakçısı oluduğu bildirilir. Adları tam çəkilən ermənilər nəinki quldur dəstələrinə rəhbərlik edirdilər və hətta onların müsəlmanları öz əli qətlə yetirməkdə və onlara əzab verməkdə şəxsən iştirak etdiklərini şahid ifadələri təsdiq edirlər.

Zərəçkənlərin aktlarından belə qənaətə gəlmək olur ki, dağətəyi zolağın müsəlman kəndlərinin bu hadisələr zamanı çəkdikləri ziyanların həcmi ən təmkinli minumum hesablamalarla bir neçə on milyon rubl həcmindən aşağı deyil.

2. Cəbrayıl qəzası

Cəbrayıl qəzası 12 müsəlman və 3 erməni kənd icmalarından ibarətdir. Məhz bu fərqə və müsəlman kəndlərinin əksər hissəsinin aran ərazisində topoqrafik baxımdan yerləşməsinə görə, bu torpaqlara ermənilərin layiqli müqavimətə rast gələcəkləri ehtimalından soxulmağa cürət etmədikləri üçün, bu qəzanın əhalisi Cavanşir qəzasında oluduğu kimi, əsasən Qarabağ dağlarının dağətəyi zolağında ermənilərin təcavüzünə məruz qaldılar.

Şahidlərin verdikləri ifadələrdən təyin olunur ki,1918-ci ilin dekabr ayına kimi dağətəyi zolaqda yaşayan müsəlmanlar həm mülkədarlar, həm də kəndlilər daxil olmaq şərtilə, Qarabağın digər qəzalarındakı tatar (?) (türk - red) müsəlman kəndlərində ermənilərin törətdikləri vəhşiliklər, quldur dəstələrinin hucum və qarətləri, zorakalıqları, ağlasığmayan azğınlıqları haqqında eşitsələr də belə, qəzanın qonşu erməni kəndlərinin sakinləri və onların hörmətli ağsaqqalları tərəfindən müntəzəm olaraq sakitləşdirildikləri və əmin-amanlıqla bağlı onları inandıran bir səviyyədə təskinlik aldıqları üçün, nəin ki, hər hansı bir müdafiə tədbirlərinə hazırlıq görürdülər, hətta əksinə olaraq, ağıllarına belə gətirmirdilər ki, ermənilər bu təbliğatın arxasında onların kəndlərinin darmadağın edilməsi ləyihələrini cızırlar.

1918-ci ilin dekabr ayının birinci günlərində ermənilər qəzanın müsəlman əhalisinə qarşı hərbi əməliyyatlara başladılar, ilk öncə ayrı-ayrı müsəlmanlar qətlə yetirilməyə başlandı, qismən də mal-qara oğurlanırdı və nəhayət, artıq mütəşəkkil təşkil edilmiş silahlı erməni quldur dəstələri tatar (?türk) kəndlərinə qarşı açıq hücümlara başladılar. Lakin bütün bunlara baxmayaraq, şahidlərin ifadələrindən artıq ermənilərin açıq aqressiyaya başladıqları məlum idi və Cəbrayıl Qəza Rəisinin Qarabağ General-Qubernatorunun adına göndərdiyi 17 fevral 1919-cu il tarixli raportunda belə yazılırdı: "qəzanın müsəlman əhalisi belə hadisələri böyük kədər hissi ilə qarşılayaraq, heç bir aktiv hərəkətlərə başlamadan yalnız özlərini və öz əmlakların qorumaq naminə müdafiə mövqeyini tutaraq, erməni hücumlarından yayınmağa çalışırlar, ermənilərə qarşı heç bir qanuna zidd hərəkətlərə yol vermirlər, bunu sübut etmək üçün qeyd etmək kifayətdir ki, qəzada bir erməni kəndi belə heç bir hadisədən heç bir ziyan görməmişdir".

Bu hadisələrdən sonra ermənilərin müsəlman kəndlərinə qarşı törətdikləri cinayətlərin qısa sadalanmasına keçərək, hal hazıradək aşağıdakılar görürük: Düdükçü, Edillu, Ağbulaq, Qoqa, Çirakuz, Axullu kəndlərində yaşayan ermənilər 1918-ci ilin dekabr ayının 26-na keçək gecə Düdükçü kəndindəki müsəlmanlar yaşayan hissəyə hucum edərək, onların evlərini talayıb, darmadağın etmiş, evlərə od vurub yandırmışdılar; 1918-ci il dekabrın 7-də elə adı çəkilən kəndlərin erməni sakinləri Arış kənd əhalisinin qoyunlarını oğurlayıb aparmışdır; 1918-ci il, dekabrın 5-də silahlı erməni quldurları Qarkelli kəndinə silahlı basqın edərək, qoyunları sürüb aparmışdı; 10 dekabrda Doşulu Məhərrəm Musa oğlunun qoyunları ermənilər tərəfindən qaçırıldı; elə həmin tarixdə silahlı ermənilər Əfəndilər kənd sakini Mir Yusif Mir Həsən oğlunun iri buynuzlu mal-qarasını apardı; 2 dekabrda silahlı erməni quldur dəstəsi Aşıq Məlikli kəndini od vurub yandıraraq, darmadağın etdilər, evlər talan edildi, əhalinin mal qarası qovulub aparıldı; yenə həmin tarixdə erməni quldur dəstəsi Xolaflı, Tatar, Şıxlar kəndlərinə soxularaq, kənd sakinlərinin əmlakını dağıdıb taladı, mal-qaranın bir hissəsini qırıb tökdü, bir hissəsini də qovub apardılar.

Dekabrın 18-də Sirik kəndi ermənilər tərəfindən yandırılaraq talan edildi; 1919-cu il, fevralın 27-də Ağcakənd, Delenlər və Mülkədarlı kəndəlirində yaşayan ermənilər bir də təkrar Sirik kəndinə hücum edərək, bu kəndin Nusaslu şöbəsini yandırdılar, 1919-cu il, mart ayının 29-da Axillidən olan ermənilər öz kəndliləri İbad Məmiş oğlunu özünün torpaq sahəsində əkinini şumlayan zaman başından yaraladılar; 1918-ci ilin avqust ayında silahlı ermənilər Qərvənd kəndinin köç yerinin ayağında iki çobanı öldürüb, bütün kənd əhalisinin iri və xırda buynuzlu mal qarasını qovub apardılar ev əmlaklarını qarət etdilər; 1919-cu ilin yanvarında Qaradağlı kənd sakinlərindən Molla Nəbiyə Hacı Mahmud oğlunun və Eyvaz Mehrəli oğlunun qoyunlarını silahlı ermənilər qovub apardılar; 1918-ci ilin baharında ermənilərin silahlı quldur dəstəsi arabaçını və Zərgər kənd sakini Bədir xan Məmiş oğlunu soydular; 1918-ci ilin payızında Hadrut Muxan və Noramanik kəndindən olan Serqey Nikolayans və Serqey Lal adlı iki erməni öz kəndləri yaxınlığında Boliant kəndindən olan iki müsəlmanı - cəfər Ələkbər oğlu və Nəsir Məhərrəm oğlunu qarət etdikdən, sonra isə öldürdülər, onların çılpaq cəsədləri sonradan yarğanın dibində tapıldı; 1918-ci ildə cilono və Mülkədari kəndlərinin erməniləri Eyvazlu kəndinə hucum edərək, əhalinin bütün mal-qarasını sürüb apardılar, evlərini isə talan etdilər və Hüseyn Allahverdi oğlunu öldürdülər; həmin ilin qışında Dolanlar kənidinin erməniləri Şıxlar kəndinə vəhşicəsinə basqın edərək, evlərə od vurub yandırdılar, kəndlilərin əmlaklarını talan etdilər, mal-qaranı qovub apardılar; Mülkədari kəndinin erməniləri Məliklu kəndini darmadağın etdilər, evləri yandırdılar, əmlakları daşıyıb apardılar, mal qaranı qaçırtdılar.

Müsəlman kəndlərinin talan edilməsi insanların qətli və yaralanmaları ilə müşayət edilirdi, belə ki, Axullu kəndində 3 kişi, 3 qadın bir uşaq qətlə yetirilmiş, bir kişi isə yaralanmışdı; Məliklu kəndində bir kişi öldürülmüşdü, Tatar kəndində bir nəfər yaralanmışdı, Evatlu kəndində bir nəfər öldürülmüşdü, Şıxlar kəndində bir nəfər yaralamışdı, Məzrə kəndində isə altı nəfər öldürülmüşdü, Sirik kəndində on bir nəfər kişi, 10 qadın, 14 uşaq öldürülmüş, iki kişi isə yaralanmışdı.

Aranı qızışdıran və quldur dəstələrinə başçılıq edən ermənilərbərəsində verilən şahid ifadələrindən göründüyü kimi müsəlmanlar ganilərin çoxlarını tanımışdılar, lakin burada yalnız adları və famiyaları tam göstərilənlərin adları sadalanacaq: məhz, Düdükçü kənd sakinləri Balasan Ayrapetov, Arutyun Loqmatov, Karapet Oqancanov, İvan Beylərov, Usup Xaçiyev, Ovakim Barxudarov, Sarkis Mirzəyev, Kemrakuç kənd sakinləri - Sumğat Mirzəyev, gizir Aslan Sarkisov, Avetis Petrosov, Nikolay Baxdıyev, Aleksand Seyranov, Edinlu kənd sakinləri - Bəxşi Ağacanov, Qeraim Mirzəyev, Bəxşi Paxapetov, Moses Qəhrəmanov, Şuşa qəzasının Çirakuz kənd sakinləri - Xurşud bəy, Markar bəy, İşxan bəy və sumbat bəy İşxanovlar, Qoqa kənd sakinlərindən - Muki Səfərov, Savad Ter-Qriqorov, Sarkis Kekuns, David Oqacanov, Şuşa qəzasının Çanaxçı kənd sakinləri Sokrat bəy Məlik-Şahnəzərov, kəndxuda Markez, Miülkədari kənd sakinləri - Muxan Martisov, Nikolay Petorosov, Ovşar və Tiqran Poqosovlar, Dolanlar kənd sakinləri - cəlal Cavadov, Oqacan Mirzəcanov, Ağa Sarkis Martirosov, Qaraxan Cavadov, Muxan və Cavad Oqacanovlar, İvan Arzusanov, Daşbaşı kənd sakinlərindən Baxçi və Natur Stepanslar, Muxam və Simon Nisyanslar, Ovanes və Akapcan Qarabəyovlar, Zəmzur kənd sakinlərindən - Muxan Mikirqaçev, Aleksandr Melkumov, Ovanes Mosesyans, Ağcakənd sakinlərindən - Qevond və Tateves Mikayılovlar, Qayk və Tiqran Akopcanovlar, Mirzə Avenosov, İşxan Sarkiscanov, cilan kənd sakinlərindən Markar Kazarov və Ovşar Musiyev.

Müsəlmanlara dəyən ziyanlarla bağlı zərərçəkən kəndlilər və mülkədarlar tərəfindən təqdim edilən ərizələr və aktlardan belə bir qənaətə gəlmək olur ki, Cəbrayıl qəzasının müsəlmanlarına dəyən ziyanların məbləği bir neçə on milyon rublarla ölçülür. Mal-qaranın qarət olunub aparılması ev əşyalarının, kənd təsərrüfatı alətlərinin talan edilməsi və taxıl ehtiyatlarının zorla kəndlilərin əlindən alınması nəzərə çarpacaq dərəcədə qəzanın müsəlman kəndlisinin iqtisadi vəziyyətini böhran halına gətirib çıxardı və onun ödəmə qabiliyyətini heçə endirdi.

3. Zəngəzur qəzası

Ermənilərin müsəlmanların başlarına müntəzəm gətirdikləri fəciələr və vəhşiliklərə görə bu qəza demək olar ki, bu günün özünədək fövqəladə çətin vəziyyətdə qalmaqda davam edir.

Yüksək dağlıq ərazilərdə yerləşən bu qəza Şuşa qəzası istiqamətindən tamamilə, Cəbrayıl qəzası tərəfindən qismən yolu kəsilmiş haldadır. Müsəlman kəndlərinin erməni kəndlərinin əhatəsində yalqız olmasından istifadə edən ermənilər adətən bu şəraitdən bəhrələnərək, öz qüvvələrinin çoxluğuna və hərbi təhcizatına arxayın olaraq, fürsəti əldən vermədən təcili surətdə hücumlara keçərək, sözün əsil mənasında ağalıq etməyə başladılar. Bu qəzada bütün başqa qəzalara nisbətən müsəlmanların vəziyyəti bir də ona görə ağırlaşdı ki, erməni kəndlərinin başdan-ayağa silahlanmış quldur dəsətələrindən savayı burada general Andranikin başçılığı altında erməni əsgərlərindən ibarət olan düzgün təşkil edilmiş erməni silahlı qüvələrinin nəzərəçarpacaq dərəcədə böyük olan nizami qoşun hissələri var idi. Belə böyük qoşun hissələrinə və yerli erməni silahlı quldur dəstələrinə başçılıq edən general Andranik, Azərbaycan ərazilərinə soxulduqdan sonra, ehtimal etmək olar ki, əlində Ermənistan dövlətinin direktivlərini rəhbər tutaraq, qoşun yeritdiyi ərazilərdə müsəlman əhalisinə qarşı belə bir tələb irəli sürdü ki, ya Ermənistan hökumətinə tabe olsunlar, ya da ki, yaşadıqları qəzanın ərazilərini tərk etsinlər, beləliklə o hər hansı bir halda qəzanın ərazisini əhalisi ilə birlikdə və ya onlarsız Ermənistan respublikasının tərkibinə qatmağa cəhd edirdi. Zəngəzur qəzasının müsəlmanları öz kəndlərində bütün dünyadan, erməni müdaxiləsi nəticəsində təcrid olunduqları üçün, heç yerdən kömək və müdafiə xarakterli yardım ala bilməmələri üzündən, bəzi kəndlərdə zəif silahlanmış kiçik dəstələrə malik olduqlarından, bir sözlə bütünlükdə ciddi hərbi qüvvələrə malik olmamalarına baxmayaraq, ermənilərin tələblərinə tabe olmaq arzusunda olmadığını bildirdilər. Bundan qəzəblənən ermənilər ağlasığmayan qəddarlıq və vəhşiliklər nümayiş etdirdilər. Öz respublikalarının ərazələrini açıq aşkar genişləndirməyə can ataraq, onlar yerli müsəlman əhalidən heç kimə, hətta könüllü sürətdə sığınacaq axtarmaq niyyəti ilə öz doğma yurd-yuvalarını atıb gedənlərə belə rəhm etmirdilər. Ermənilər bütün bunlara baxmayaraq kəndləri yerlə-yeksan edərək, sonuncu evinə kimi yandırıb dağıdır, dinc əhalini vəhşicəsinə qırır, mal-qaranı qovub aparır, müsəlmanların əmlakını talan edərək, onların torpaq sahələrini əllərindən alıb şumlayırdılar. Hal-hazırki məqamda yalnız Oxçı dərəsinin müsəlmanları öz yurd yerlərinin qəhrəmancasına müdafiəsini davam edə bilirlər.

Sisyan mahalının birinci polis sahəsinin bütün müsəlman kəndlərinin hamısı, ikinci sahəsinin böyük əksəriyyəti, üç, dörd və beşinci polis sahələrinin isə nəzəçarpacaq hisssəsi yerlə-yeksan edilmişdir. Bir çox kəndlər sözün əsil mənasında yerlə yeksan edilib və hətta onlar ermənilər tərəfindən dağıdılaraq şumlanıb, nəticədə isə 50.000 nəfərdən artıq müsəlman qaçqını Cəbrayıl qəzasının dördüncü sahəsində müvəqqəti yerləşiblər. Şahidlərin verdikləri ifadələrə və rəsmi sənədlərin bildirdikləri məlumatlara görə qəzanın 115 kəndi darmadağın edilərək, məhv edilmişdir: 1. Ağulu, 2. Dərəbas, 3. Dulus, 4. Qurtlar, 5. Şəki, 6. Urut, 7. Vaqudı, 8. İrmis, 9. Bəhrilu, 10. Qızılcıq, 11. Dərəkənd, 12. Qarakilsə, 13. Məliklu, 14. Dortnı, 15. Dovruz, 16. Qardığa, 17. Oxtar, 18. Çobanlu, 19. Qadayolu, 20. Çullu, 21. Şabadin, 22. Almalıq, 23. Çanaxçı, 24. cibili, 25. Ağkənd, 26. Turapxanlu, 27. Qulud, 28. Bekdaş, 29. İncevar, 30. Siznak, 31. Qaraçiman, 32. Katar, 33. Seyidlər, 34. Xalac, 35. Daşnov, 36. Baydaq, 37. Noraşenik, 38. cidcumlu, 39. Həyaqulu, 40. Qomarat, 41. Dərzili, 42. Qazançı, 43. Şayıblı, 44. Taqamir, 45. Tey, 46. Atkis, 47. Şarikan, 48. Dolutlu, 49. Avqanlı, 50. Tanzavər, 51. Mac, 52. Birinci Xocağan, 53. Emizlu, 54. Bukaqar, 55. Mülk, 56. Bənövşəpüş, 57. Birinci Vartanazur, 58. İkinici Vartanazur, 59. Leqvaz, 60. Əlidərə, 61. Mərziqit, 62. Tuqut, 63. Puşanlu, 64. Razidərə, 65 Məmməd İsmayıl, 66. Human-Dadanlu, 67. Tatarkənd, 68. Kelu qışlaq, 69. Zamlar, 70. Əsgərlər, 71. Qaragöl, 72. Çuxur-Yurd, 73. Nəcəflər, 74. Qarakelu, 75. Şaiflu, 76. Birinci Qayagölü, 77. İknici Qayagölü, 78. Burunlu, 79. Burcalılar, 80. Gün-Qışlaq, 81. canbər, 82. Xırdaqışlak, 83. Tuafşalu, 84. Şirikan, 85. Qazanşi, 86. Qaralar, 87. Hemeran, 88. Xotanan, 89. Oxtarlu, 90. Xudayarlu, 91. Şəkərlu, 92. Klinçu, 93. Tarnalu, 94. Nüvədi, 95. Toqan, 96. Boqarlu, 97. Sanalu, 98. Səfi-Yurt, 99. Kürgilu, 100. Çatarist, 101. Priveslu, 102. Meşəli İsmayıllar, 103. Burcalar-Dərzili, 104. Subuklu, 105. Məzmazak, 106. Təzəqurdlu, 107. Fərəcan, 1108. Suarası, 109. Bayramuşağı, 110. Koknakənd, 111. Qüşlaq, 112. Zabux, 113. Baylandur, 114. Bağırbeklu, 115. Keravis-Abdallar.

Bu qəzanın ermənilər tərəfindən qismən və ya tam dağılmış, yandırılmış əsas kəndlərinin siyahısıdır, ondan başqa yenə 10-a yaxın kənd və sərbəst ada malik olmayan, müvəqqəti qazmalarda ibarət olan 2 - 5 ev arasında yurd yerləri darmadağın edilərək, yandırılıb viran qoyulmuşdur. Yuxarıda adları sadalanan bütün kəndlər yandırılıb, əhalinin əmlakı daşınıb, malqara sürülüb aparılıb və ərazilər ermənilər tərəfindən tutulub və bu günün özünə qədər məsəlmanlar həmin yerlərə qayıtmaq imkanına malik deyildirlər.

Burada kiçik bir məruzədə hər bir kənd üzrə baş verən cinayət hallarını, ermənilərin müsəlman kəndlərinin əhalisinə qarşı törətdikləri vəhşiliklərin siyahısını ayrı-ayrılıqda sadalamaq mümkün deyil, Həmçinin misli görünməmiş qəddarlıq hallarının, insanların vəhşicəsinə öldürülməsinin, işgəncələrə məruz qalmasının qədərsiz sayını və hər bir kəndə olan qurbanların siyahısını da göstərmək imkan xaricindədir. Bütün bunlar ətraflı surətdə kifayət qədər geniş qəzanın araşdırılmasında və ona əlavə edilmiş akt və protokollarda şərh olunub, əksini tapmışdır. Burada isə yalnız ermənilərin dinc müslman əhalisinin başına gətirdikləri ən faciəvi və xüsusi qəddarlığı ilə seçilən hallar barəsində deyiləcəkdir.

Bütün sadalanan kəndlər üzrə 3.257 kişi, 2.276 qadın və 2.196 uşaq öldürülərək qətlə yetirilmiş, 1.060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdır, yekun olaraq bütün müsməlman qəzasında hər iki cinsdən 10.068 insan öldürülmüş və şikəst edilmişdir. Lakin onu da qeyd etmək vacibdir ki, erməni vəhşiliklərinin bu dəhşətli martiroloqu - şəhidlərin siyahı kitabı çətin ki, reallığa yaxın olsun, həqitətdə bu rəqəmlər göstərildiyindən xeyli artıq olmalıdır, çünkü qəzanı bürüyən vəhşi bir xaosun, qarşıqlığın içində, sayı bilinməyən və nəzarət edilməsi qeyri-mümkün olan qətllərin içində bir çox hadisələr: kütləvi qətllər, müsəlmanların kütləvi və panik qaçışı üzündən araşdırılmamış qaldı. Şahidlərin ifadələrinə əsasən ermənilərin xüsusi qəddarlığı ilə insanları vəhşətə gətirən aşağıdakı hadisələr araşdırılıb təyin edilmişdir. Baqudı kəndinin erməni əsgərlərinə verilən 15 ən gözəl qızı başlarına gətirilən müsibətlərin şərəfsizliyinə, ləyaqətsizliyinə və onlara verilən işgəncələrə dözmədiklərindən və həmçinin fiziki əzablara tab gətirmədiklərindən ölüb getdilər; elə həmin kəndin özündə 400 yaxın müsəlman, kənd ermənilər tərəfindən dağıdılaraq taran ediləndə, müsibətlərdən yaxa qurtarmaq, ermənilərin burada onlar toxunmayacaqlarına ümid bəsləyərək məscidə yığışırlar, lakin ermənilər məscidin girişlərini bağlayıb, pəncərələrdən içəri əl bombaları atıb, sonra da məscidi içindəki insanlarla birlikdə yandırdılar; elə həmin kənddə müsəlman gəlini Qədəm Tahir qızını xəncərlə doğradılar və onun döşlərini kəsib, elə doğrayıb öldürdükləri körpə uşağının ağzına verdilər; yenə həmin kəndə Yolçu Şıxhüseyn oğlunu öldürüb, ermənilər onun cinsiyyət orqanını kəsərək, elə ölünün öz ağzına soxdular; yenə həmin kənddə qızlardan Nisə Aman qızı, Əcəb Nuxbala qızı, Sona cəfər qızı və Şahnuli cəfər qızı ölənə kimi ermənilər tərəfindən zorlandılar; elə həmin kəndin yanında Gülməstə Qasım qızı öldürülmüşdü, onun döşlərini kəsib onurğa sütununa nal mıxlamışdılar; Nüvədi kəndində Ermənilər yüz yaşlı yatağından tərpənmək iqtidarında olmayan qocanı süngü ilə deşib qətlə yetirdilər; elə həmin kəndin küçələrində ermənilər qılıncla qaçıb canını qurtarmaq istəyən qadınların və uşaqların başların kəsdilər; Şəki kəndində küçələri döşləri kəsilən qadınların və iki yerə şaqqalanan balaca uşaqların meyitləri ilə dolu idi; İrmişlı kəndini viran qoyarkən ermənilər südəmər uşaqları sügngüyə keçirdib göyə qaldırırdılar, ölənlərin tikə-tikə doğranmış cəsədləri tapılırdı; Aqudi kəndində ermənilər adamlardan xristian dinini qəbul etməyi tələb edir, qadınların döşlərini kəsib, körpə uşaqların ağızlarına soxurdular; Aqudi kəndində ermənilər Qulam Apiyə Şəkər oğlunun ayaqlarını diri-diri kəsib onu süngülərlə bizləyərək, şallaqla döyərək qanını itirib, ölənə qədər yeriməyə məcbur etdilər; elə həmin kəndin bütün gözəl qızları ermənilər tərəfindən əvvəl zorlandılar və sonra isə öldürüldülər; Çullu kəndində ermənilər yataqda xəstə yatan doqquz adamı qılıncdan keçirdilər; Bağırbeklu kəndində bir evə yeddi kişi və bir qadını salaraq, hamısını evlə bir yerdə diri-diri yandırdılar; Müsəlmanlar kəndində öldürülən insanların meyitləri o dərəcədə əcaib hala salınmışdı ki, onları tanımaq qeyri-mümkün idi - əlsiz, ayaqsız və başsız cəsədləri heç kim tanıya bilmirdi; Qatar kəndində möhtərəm ağsaqqalı sayılan Məşədi Qələndər Məşədi Qulu oğlu qətlə yetirilərək, üstünə kerosin tökülüb yandırılmışdı; elə həmin kəndə ermənilər Kərbalayi Allahverdi Hüseyn Əli oğlunun əl-ayağını bağlayıb, yerə yıxaraq mal kimi başını kəsdilər; Birinci Vartanazur kəndində qılıncla doğranan qadın və uşaqların sayı hesabı yox idi; İravan quberniyasının Novobəyazit qəzasının Rəhman-Əfəndi kəndində qoca İbrahim Hacı Hüseyn oğlunun gözlərini diri-diri çıxardılar, öldürdükdən sonra isə cəsədini yandırdılar.

Qəzanın müsəlman əhalisinin çəkdikləri müsibətlərin natamam siyahısı baxın bunlardan ibarətdir. Qadınların zorlanması, işgəncələrə məruz qalması və öldürülməsi halları o qədər çoxdur ki, indiki məruzədə onları sayıb qurtarmaq mümkün deyildir, şahidlər belə təsdiq edirlər ki, bu tipli fəcilər, zorakılıqlar demək olar ki, qəzanın hər bir kəndində törədilirdi.

Müsəlman kəndlərinin əksəriyyətinin talan edilib, viran qoyulması general Andranikin qoşunlarının qəzanın ərazisinə soxulduqdan sonra baş verirdi və çoxsaylı şahidlər öz ifadələrində təsdiq ediblər ki, bütün qarətlər və qətllər əsasən onun rəhbəriyi altında həyata keçirilirdi və onun adından əhalidən təslim olmaq və qoşunlara itaət göstərmək tələb edilirdi. Hadisələr 1918-ci ilin yayında və payızında baş verirdi. Hücum edən ermənilərdən və quldur dəsətlərinin başçılarından, şahidlərin verdikləri ifadələrdən və rəsmi sənədlərdən göründüyü kimi müsəlmanlar qatillərin çoxlarını tanıyırdılar, belələri yüzlərlədir və onlar vaxtı çatanda ayrı-ayrı cinayət işlərində cəzalarını alacaqlar. Aşağıda isə şahidlər tərəfindən tez-tez xatırlanan, birbaşa müsəlman kəndlərinə hucumlara rəhbərlik edən, adları və familiyaları tam bilinən şəxslərin adları sadalanacaq. Bunlar məhz aşağıdakılardır: Görus şəhərinin sakinləri - Nikolay Osinov, Simon Mirumov, Darabas kəndindən - Şamir Şaxnazarov, Mehri kəndindən - David Arşak, Matvesov Vaçiantsı, Kovar kəndini sakini - Amazaps, Qyalür kəndindən - Ağabəy məlik Oqacanov, Astazur kəndindən - gizir Ağabəy Mudusi Latvakanov, elə həmin kəndin sakini - Nikolay Barsamov, "Yapon" ləqəbli sürgünə göndərilmiş qaçaq erməni, Ostazurlu keşiş Ter-David, Darabas kənd sakinləri - David və Kaspar Keşişovlar, Axlatian kəndindən - Ovakim Qevorkov və Yaqub Arustamov, Qalacı kənd sakinləri - İvan Martirosov, Manuçar Poqosov, Aqalo Oqacanov, Dulus kəndindən - Nepoqos Kapriyelov, Sarkiscan Tevosov, Darabas kəndindən - Stepan Poqosov, Aleksandr Kukiyev, Sirkatas - kəndindən Misrop Kuniyev, Efrem Rüstəmov, Kuris kəndindən - Lalazar və və Qərib Qəribovlar, Savkar kəndindən - Xuba Davidov, David Mnasakonov, Manuçar Tyüniyev, Arçazur kəndindən - Konstant Asriyev, Xotanan kəndindən - zabit Ovanes Ter-Petrosov, Axtaxana kəndinin keşişi Ter-Qrikor Ter-Minasov, mühəndis Sumbat Məlik Stepanov, Qeryusax şəhərində yaşayan keçmiş polis pristavı (rəisi) İsaaak Buşinüyev və Seretakov, Muqancuk kəndindən - Dadaş və Xaçaeur Osinov, Gülgüm kəndindən - Tevi Mnasakanov, Uqurçal kənd icmasının keçmiş kəndxudası Nikolay Petrosov, Bız kəndindən - Samson Məlik-Parsadanov, Akarak kəndindən - İvan Kazarov, Ayrapet Stepanov, Efrem Aqğaxanov, Arnik Simonov, Arçazur kəndindən - Sumbat Məlik -Stepanov və Kovar kəndindən -Aqolo Poqosov.

Zəngəzur qəzasının yüzdən yuxarı müsəlman kəndinin viran qoyulub, talanması on minlərlə iri buynuzlu mal-qaranın, bir neçə yüz min qoyunun qovulub aparılması, bağların, əkinlərin məhv edilməsi, bütün bunlar müsəlmanların iqtisadi vəziyyətini kökündən laxlamasına gətirib çıxardı, qəzada dilənçi kökünə düşüb, Azərbaycanın başqa kəndlərinə qaçan əhalinin sayı 50.000 nəfəri ötdü. Dəyən ziyanın ən minumum məbləği milyard manat ətrıfında oldu.

"Azərb.SSR EA Xəbərləri". Tarix, fəlsəfə və hüquq seriyası. Baku, 1989, №3;

MDAOR Azərb. SSR, f.970, op.10. d.161, s.1-9.